Millat al-Islam

Chapter 92 · 21 verses · Alikhan Musayev

Surah Al-Lail in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Lail (1283 reciters)
Meccanسورة الليل21 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ ١And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ٢And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ٣And olsun kişini və qadını yaradana إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ ٤Sizin can atdıqlarınız başqa-başqadır فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ٥Kim haqqını verir və Allahdan qorxursa وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ٦və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ ٧Biz onu ən asan olana nail edəcəyik وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ٨Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ٩və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ١٠Biz onun üstünə ən çətin olanı yükləyəcəyik وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ ١٢Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ١٣Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir فَأَنذَرۡتُكُمۡ نَارًا تَلَظَّىٰ ١٤Mən sizi alov saçan bir odla qorxutdum لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى ١٥Ona ancaq ən bədbəxt kimsə girər ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ١٦O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى ١٧Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ ١٨O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٍ تُجۡزَىٰٓ ١٩Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ٢٠O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər وَلَسَوۡفَ يَرۡضَىٰ ٢١O, mütləq razı qalacaqdır

Translation: Alikhan Musayev.