Millat al-Islam

Chapter 77 · 50 verses · Alikhan Musayev

Surah Al-Mursalat in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Mursalat (1212 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفًا ١And olsun xeyirlə göndərilənlərə فَٱلۡعَٰصِفَٰتِ عَصۡفًا ٢və şiddətlə əsənlərə وَٱلنَّٰشِرَٰتِ نَشۡرًا ٣And olsun Allahın əmrini yaydıqca yayanlara فَٱلۡفَٰرِقَٰتِ فَرۡقًا ٤haqqı nahaqdan ayırdıqca ayıranlara فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا ٥və zikri çatdıranlara – عُذۡرًا أَوۡ نُذۡرًا ٦üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ ٧Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ ٨Ulduzlar sönəcəyi zaman وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ ٩Göy yarılacağı zaman وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ ١٠Dağlar dağılacağı zaman وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ ١١Elçilərə vaxt təyin olunacağı zaman – لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ ١٢deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?” لِيَوۡمِ ٱلۡفَصۡلِ ١٣Deyiləcəkdir: “Ayırd etmə gününədək!” وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ١٤Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ١٥Qiyaməti yalan sayanların o Gün vay halına أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ ١٦Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ١٧Sonrakıları da onlara qatacağıq كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ١٨Biz günah sahibləri ilə belə davranırıq وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ١٩Qiyaməti yalan sayanların o gün vay halına أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ ٢٠Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi فَجَعَلۡنَٰهُ فِي قَرَارٍ مَّكِينٍ ٢١Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi – إِلَىٰ قَدَرٍ مَّعۡلُومٍ ٢٢məlum bir vaxta kimi فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ٢٣Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٢٤Qiyaməti yalan sayanların o gün vay halına أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا ٢٥Məgər Biz yeri məskən etmədikmi – أَحۡيَآءً وَأَمۡوَٰتًا ٢٦dirilər və ölülərə وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٍ وَأَسۡقَيۡنَٰكُم مَّآءً فُرَاتًا ٢٧Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٢٨Qiyaməti yalan sayanların o gün vay halına ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٩Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلٍّ ذِي ثَلَٰثِ شُعَبٍ ٣٠Üç qola ayrılan kölgəliyə gedin!” لَّا ظَلِيلٍ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ٣١Ora nə kölgə salır, nə də alovdan qoruyur إِنَّهَا تَرۡمِي بِشَرَرٍ كَٱلۡقَصۡرِ ٣٢Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür كَأَنَّهُۥ جِمَٰلَتٌ صُفۡرٌ ٣٣Onlar sanki sarı dəvələrdir وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٣٤Qiyaməti yalan sayanların o gün vay halına هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ ٣٥Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ ٣٦Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٣٧Qiyaməti yalan sayanların o gün vay halına هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ٣٨Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik فَإِن كَانَ لَكُمۡ كَيۡدٌ فَكِيدُونِ ٣٩Əgər hiyləniz varsa, Mənə qarşı işlədin وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٠Qiyaməti yalan sayanların o gün vay halına إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٍ وَعُيُونٍ ٤١Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ ٤٢və istədikləri meyvələr içində olacaqlar كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٤٣Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٤٤Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٥Qiyaməti yalan sayanların o gün vay halına كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ٤٦Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٧O gün Qiyaməti yalan sayanların vay halına وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ٤٨Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٩O gün haqqı yalan sayanların vay halına فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ٥٠Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar

Translation: Alikhan Musayev.