Millat al-Islam

Chapter 26 · 227 verses · Alikhan Musayev

Surah Ash-Shu'araa in Azerbaijani

Arabic with tafsir Listen to Surah Ash-Shu'araa (1194 reciters)
Meccanسورة الشعراء227 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

طسٓمٓ ١Ta. Sin. Mim تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢Bunlar aydın Kitabın ayələridir لَعَلَّكَ بَٰخِعٌ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ ٣Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةً فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ ٤Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٍ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ ٥Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٦Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٍ كَرِيمٍ ٧Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٨Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٩Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٠Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün – قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ ١١Firon xalqının yanına! Onlar qorxmurlarmı?” قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ١٢Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ ١٣belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər وَلَهُمۡ عَلَيَّ ذَنۢبٌ فَأَخَافُ أَن يَقۡتُلُونِ ١٤Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram” قَالَ كـَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ١٥Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٧İsrail oğullarını bizimlə birgə burax!” قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ ١٨Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ١٩Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!” قَالَ فَعَلۡتُهَآ إِذًا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ٢٠Musa dedi: “Mən onu edəndə nadan olmuşam فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمًا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ ٢١Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi وَتِلۡكَ نِعۡمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٢Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir” قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٣Firon dedi: “Aləmlərin Rəbbi nədir?” قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٢٤Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ ٢٥Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?” قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٢٦Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!” قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٌ ٢٧Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ٢٨Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ ٢٩Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!” قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٍ مُّبِينٍ ٣٠Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?” قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٣١Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!” فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٌ مُّبِينٌ ٣٢Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ ٣٣Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌ ٣٤Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ٣٥O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٣٦Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ ٣٧bütün bilikli sehrbazları sənin yanına gətirsinlər” فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ ٣٨Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ ٣٩Camaata deyildi: “Siz də yığışırsınızmı لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ٤٠Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq” فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ٤١Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذًا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ ٤٢Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm” قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ٤٣Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!” فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ ٤٤Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ٤٥Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ٤٦Sehrbazlar səcdəyə qapandılar قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٤٧və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ٤٨Musanın və Harunun Rəbbinə!” قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٍ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ٤٩Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm” قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ٥٠Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ ٥١Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq” ۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ ٥٢Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٥٣Firon şəhərlərə əsgər toplayanlar göndərdi إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٌ قَلِيلُونَ ٥٤O dedi: “Bunlar kiçik bir dəstədir وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ ٥٥Onlar bizi qəzəbləndirmişlər وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ ٥٦Biz hamımız ayıq-sayıq olmalıyıq” فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٍ وَعُيُونٍ ٥٧Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ ٥٨xəzinələrdən və gözəl yerlərdən də qovduq كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٥٩Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ ٦٠Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ ٦١İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər قَالَ كـَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ ٦٢Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٍ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ ٦٣Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ ٦٤O birilərini də ora yaxınlaşdırdıq وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ ٦٥Musa və onunla birlikdə olanların hamısını xilas etdik ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ٦٦O birilərini isə suya qərq etdik إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٦٧Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦٨Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ ٦٩Onlara İbrahimin əhvalatını da oxu إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ٧٠Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi قَالُواْ نَعۡبُدُ أَصۡنَامًا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ٧١Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik” قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ٧٢O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ ٧٣Yaxud sizə xeyir və ya zərər verirlərmi?” قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ٧٤Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük” قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ٧٥O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ ٧٦həm siz, həm də ulu babalarınız فَإِنَّهُمۡ عَدُوٌّ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ ٧٧Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ ٧٨O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ ٧٩O Rəbb ki, məni yedirdir və içirdir وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ ٨٠O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ ٨١O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ ٨٢O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram رَبِّ هَبۡ لِي حُكۡمًا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ٨٣Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٍ فِي ٱلۡأٓخِرِينَ ٨٤Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ٨٥Məni Nəim bağının varislərindən et وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ٨٦Atamı bağışla! Çünki o, azanlardandır وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ ٨٧Onların dirildiləcəyi gün məni rüsvay etmə يَوۡمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ ٨٨O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٍ سَلِيمٍ ٨٩Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ ٩٠Cənnət müttəqilərə yaxınlaşdırılar وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ ٩١Cəhənnəm də azğınlara göstərilər وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ ٩٢Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz – مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ ٩٣Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?” فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ ٩٤Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ ٩٥İblisin bütün əsgərləri də habelə قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ ٩٦Onlar orada höcətləşərək deyərlər تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٍ مُّبِينٍ ٩٧“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٩٨o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ ٩٩Bizi ancaq günahkarlar azdırdı فَمَا لَنَا مِن شَٰفِعِينَ ١٠٠İndi isə bizim nə şəfaətçilərimiz وَلَا صَدِيقٍ حَمِيمٍ ١٠١nə də bizə canıyanan bir dostumuz var فَلَوۡ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠٢Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!” إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٠٣Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٠٤Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ ١٠٥Nuh tayfası da elçiləri yalançı saydı إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ ١٠٦O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٠٧Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٠٨Allahdan qorxun və mənə itaət edin وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٠٩Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١١٠Allahdan qorxun və mənə itaət edin!” ۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ١١١Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?” قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ ١١٢Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ ١١٣Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ ١١٤Mən iman gətirənləri qovan deyiləm إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ ١١٥Mən yalnız açıq-aşkar bir qorxudanam” قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ ١١٦Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən” قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ ١١٧Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١١٨Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!” فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١١٩Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ ١٢٠Yerdə qalanları isə suya qərq etdik إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٢١Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٢٢Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ ١٢٣Ad tayfası da elçiləri yalançı saydı إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ١٢٤O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٢٥Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٢٦Allahdan qorxun və mənə itaət edin وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٢٧Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعۡبَثُونَ ١٢٨Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz) وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ١٢٩Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ ١٣٠Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٣١Allahdan qorxun və mənə itaət edin وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ١٣٢Bildiyiniz nemətləri sizə verəndən qorxun أَمَدَّكُم بِأَنۡعَٰمٍ وَبَنِينَ ١٣٣O sizə heyvanat və oğul-uşaq verdi وَجَنَّٰتٍ وَعُيُونٍ ١٣٤üstəlik bağlar və çeşmələr də əta etdi إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٍ ١٣٥Mən sizə üz verəcək böyük günün əzabından qorxuram” قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ ١٣٦Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ ١٣٧Bu, yalnız və yalnız əvvəlkilərin adətidir وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ١٣٨Biz əzaba düçar olan da deyilik” فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٣٩Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٤٠Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ ١٤١Səmud tayfası da elçiləri yalançı saydı إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ١٤٢O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٤٣Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٤٤Allahdan qorxun və mənə itaət edin وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٤٥Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ ١٤٦Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız فِي جَنَّٰتٍ وَعُيُونٍ ١٤٧Bağlar və bulaqlar içində وَزُرُوعٍ وَنَخۡلٍ طَلۡعُهَا هَضِيمٌ ١٤٨əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا فَٰرِهِينَ ١٤٩Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٥٠Allahdan qorxun və mənə itaət edin وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ ١٥١Həddi aşanların əmrinə tabe olmayın ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ١٥٢Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər” قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٥٣Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٥٤Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər” قَالَ هَٰذِهِۦ نَاقَةٌ لَّهَا شِرۡبٌ وَلَكُمۡ شِرۡبُ يَوۡمٍ مَّعۡلُومٍ ١٥٥Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz) وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٍ ١٥٦Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar” فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ ١٥٧Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٥٨Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٥٩Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ ١٦٠Lut tayfası da elçiləri yalançı saydı إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ١٦١O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٦٢Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٦٣Allahdan qorxun və mənə itaət edin وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦٤Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ ١٦٥Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ١٦٦və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız” قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ ١٦٧Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!” قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ ١٦٨O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ ١٦٩Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٧٠Biz onu və onun bütün ailəsini xilas etdik إِلَّا عَجُوزًا فِي ٱلۡغَٰبِرِينَ ١٧١Geridə qalanlar arasındakı yaşlı qadından başqa ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ١٧٢Sonra da o birilərini darmadağın etdik وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرًاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ١٧٣Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٧٤Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٧٥Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ ١٧٦Əykə əhli də elçiləri yalançı saydı إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ ١٧٧O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٧٨Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ ١٧٩Allahdan qorxun və mənə itaət edin وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٠Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir ۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ ١٨١Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ ١٨٢Düz tərəzi ilə çəkin وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ١٨٣İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ ١٨٤Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!” قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ ١٨٥Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən وَمَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ ١٨٦Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفًا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ١٨٧Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir” قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ١٨٨Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir” فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ ١٨٩Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةًۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٩٠Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٩١Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٩٢Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ ١٩٣Onu sadiq Ruh (Cəbrail) endirdi – عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ ١٩٤sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ ١٩٥Bu Quran açıq-aydın ərəb dilində nazil edildi وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ ١٩٦Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَٰٓؤُاْ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٩٧Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ ١٩٨Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ ١٩٩və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ٢٠٠Biz küfrü günahkarların qəlbinə belə salarıq لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٢٠١Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar فَيَأۡتِيَهُم بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ ٢٠٢O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ ٢٠٣Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?” أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ٢٠٤Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ ٢٠٥Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ ٢٠٦sonra vəd olunduqları əzab onlara yetişsə مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ ٢٠٧onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ٢٠٨Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ٢٠٩Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ ٢١٠Quranı şeytanlar endirmədi وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ ٢١١Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ٢١٢Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ ٢١٣Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ ٢١٤Ən yaxın qohumlarını qorxut وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٢١٥Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol) فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٌ مِّمَّا تَعۡمَلُونَ ٢١٦Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!” وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ٢١٧Qüdrətli və Rəhmli olana təvəkkül et ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ ٢١٨O səni namaza duranda da görür وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ ٢١٩səcdə edənlər içində hərəkət edəndə də إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٢٢٠Həqiqətən də, O, Eşidəndir, Biləndir هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ٢٢١Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ ٢٢٢Onlar hər bir yalançıya və günahkara nazil olarlar يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ ٢٢٣Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ ٢٢٤Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٍ يَهِيمُونَ ٢٢٥Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur) وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ ٢٢٦və etmədikləri şeylərə aid söhbət açırlar إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ ٢٢٧Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər

Translation: Alikhan Musayev.