أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ١Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı kiحَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ ٢gömülməklə qəbirləri ziyarət etdinizكـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٣Yox-yox! Siz aqibətinizi hökmən biləcəksinizثُمَّ كـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٤Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksinizكـَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ٥Xeyr! Kaş ki, yəqin biləydinizلَتَرَوُنَّ ٱلۡجَحِيمَ ٦Siz Cəhənnəmi mütləq görəcəksinizثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ٧Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksinizثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ٨Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız