Millat al-Islam

Chapter 76 · 31 verses · Khan Musayev

Surah Al-Insan in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Insan (1352 reciters)
Medinanسورة الإنسان31 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٌ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـًٔا مَّذۡكُورًا ١Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٍ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا ٢İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا ٣Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلًا وَسَعِيرًا ٤Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٍ كَانَ مِزَاجُهَا كَافُورًا ٥Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər عَيۡنًا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرًا ٦Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمًا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرًا ٧Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينًا وَيَتِيمًا وَأَسِيرًا ٨Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءً وَلَا شُكُورًا ٩və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسًا قَمۡطَرِيرًا ١٠Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!” فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةً وَسُرُورًا ١١Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةً وَحَرِيرًا ١٢onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسًا وَلَا زَمۡهَرِيرًا ١٣Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلًا ١٤Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٍ مِّن فِضَّةٍ وَأَكۡوَابٍ كَانَتۡ قَوَارِيرَا۠ ١٥Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq قَوَارِيرَاْ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقۡدِيرًا ١٦Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا ١٧Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək عَيۡنًا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلًا ١٨Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır ۞ وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤًا مَّنثُورًا ١٩Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمًا وَمُلۡكًا كَبِيرًا ٢٠Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٌ وَإِسۡتَبۡرَقٌۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابًا طَهُورًا ٢١Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­ إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءً وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا ٢٢Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir” إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلًا ٢٣Biz Quranı sənə hissə-hissə aramla nazil etdik فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورًا ٢٤Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةً وَأَصِيلًا ٢٥Səhər-axşam Rəbbinin adını zikr et وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلًا طَوِيلًا ٢٦Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمًا ثَقِيلًا ٢٧Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا ٢٨Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٌۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا ٢٩Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا ٣٠Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا ٣١O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır

Translation: Khan Musayev.