بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
عَمَّ يَتَسَآءَلُونَ ١Onlar nə barədə bir-birindən soruşurlar عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ ٢Böyük bir xəbər barəsində – ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ ٣elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər كـَلَّا سَيَعۡلَمُونَ ٤Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər ثُمَّ كـَلَّا سَيَعۡلَمُونَ ٥Bir daha xeyr! Onlar hökmən biləcəklər أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدًا ٦Məgər Biz yeri yataq etmədikmi وَٱلۡجِبَالَ أَوۡتَادًا ٧Dağları da payalar وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجًا ٨Biz sizi cüt yaratdıq وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتًا ٩Yuxunuzu da sizin üçün rahatlıq etdik وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسًا ١٠Gecəni örtük etdik وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشًا ١١gündüzü isə ruzi qazanmaq vaxtı وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعًا شِدَادًا ١٢Üstünüzdə yeddi möhkəm göy qurduq وَجَعَلۡنَا سِرَاجًا وَهَّاجًا ١٣və çox parlaq bir çıraq yaratdıq وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءً ثَجَّاجًا ١٤Biz buludlardan şırıl-şırıl axan yağmur endirdik ki لِّنُخۡرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا ١٥onunla toxum və digər bitkilər yetişdirək وَجَنَّٰتٍ أَلۡفَافًا ١٦habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتًا ١٧Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجًا ١٨Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبًا ١٩O gün göyün qapıları açılacaq وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا ٢٠Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادًا ٢١Həqiqətən, Cəhənnəm pusquda dayanıb kafirləri gözləyir لِّلطَّٰغِينَ مَـَٔابًا ٢٢O, həddi aşanların qayıdacağı yerdir لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابًا ٢٣Onlar orada əsrlər boyu qalacaqlar لَّا يَذُوقُونَ فِيهَا بَرۡدًا وَلَا شَرَابًا ٢٤Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar إِلَّا حَمِيمًا وَغَسَّاقًا ٢٥İçdikləri yalnız qaynar su və irin olacaq – جَزَآءً وِفَاقًا ٢٦törətdikləri əməllərinə uyğun bir cəza kimi إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابًا ٢٧Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابًا ٢٨Ayələrimizi də qətiyyətlə təkzib edirdilər وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبًا ٢٩Biz hər bir şeyi hesablayıb yazmışıq فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا ٣٠Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا ٣١Həqiqətən, müttəqilər üçün nicat yeri vardır حَدَآئِقَ وَأَعۡنَٰبًا ٣٢Həmçinin bağlar və üzümlüklər وَكَوَاعِبَ أَتۡرَابًا ٣٣dolğun döşlü həmyaşıd qızlar وَكَأۡسًا دِهَاقًا ٣٤və ləbələb doldurulmuş qədəhlər də vardır لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا كِذَّٰبًا ٣٥Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا ٣٦Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابًا ٣٧Göylərin, yerin və onların arasında olanların Rəbbi ər-Rəhmanın mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفًّاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابًا ٣٨Ruh Cəbrail və mələklər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ٣٩O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابًا قَرِيبًا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا ٤٠Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”