Millat al-Islam

Chapter 16 · 128 verses · Khan Musayev

Surah An-Nahl in Azerbaijani

Arabic with tafsir Listen to Surah An-Nahl (1182 reciters)
Meccanسورة النحل128 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ١Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini is­təmə­yin. Allah müş­riklərin Ona qoşduqları şəriklərdən uzaq­dır və uca­dır يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ٢Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: “Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!” خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٣Allah göyləri və yeri ger­çək yarat­mışdır. O, müş­riklə­rin qoş­duqları şə­riklərdən ucadır خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ ٤Allah insanı nütfədən ya­rat­dı. O isə açıq-aşkar mübahi­səçi­yə çevrildi وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٌ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ٥Mal-qaranı da O yaratdı. On­larda sizin üçün bə­dəninizi isti sax­la­yan yun ge­yim və baş­qa faydalar var­dır. Həmçi­nin onlar­dan yeyirsiniz وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ ٦Mal-qaranı axşam töv­ləyə qay­tar­dıqda, səhər çölə burax­dıq­da onlara baxıb fərəh­lənir­siniz وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٍ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٌ رَّحِيمٌ ٧Onlar yüklərinizi, özünü­zün çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Həqi­qə­tən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةًۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ٨Atları, qatırları və uzun­qu­laqları sizə həm minik, həm də zi­nət olsun de­yə Allah ya­ratdı. O, sizin hələ bilmədiyi­niz bir çox şey­lə­ri də yaradır وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٌۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ٩Doğru yol göstərmək Al­laha aid­dir. Əyri yollar da var­dır. Əgər O is­tə­səydi, sizin ha­mınızı doğru yola yö­nəl­dərdi هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۖ لَّكُم مِّنۡهُ شَرَابٌ وَمِنۡهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ ١٠Göydən su endirən Odur. Bu, həm sizin içməyi­niz, həm də içində mal-qaranızı otar­dığınız otların bitməsi üçün­dür يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ١١Allah onunla sizin üçün dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bunda düşünən bir qövm üçün də­lil­lər vardır وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَعۡقِلُونَ ١٢O, gecəni və gündüzü, gü­nəşi və ayı sizə xidmət et­mə­yə yö­nəlt­di. Ul­duz­lar da Onun əm­ri ilə ram edilmişdir. Sözsüz ki, bun­lar­da anlayan insanlar üçün əla­mətlər vardır وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَذَّكَّرُونَ ١٣Yer üzündə sizin üçün ya­ratdığı müxtəlif rəngli şey­ləri də si­zə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün də­lillər vardır وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمًا طَرِيًّا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةً تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٤O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرًا وَسُبُلًا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٥O, sizi silkələməsin de­yə, yer üzün­də möhkəm dağ­lar və düz­gün səmt gö­türəsi­niz deyə, çaylar və yollar ya­ratdı وَعَلَٰمَٰتٍۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ ١٦Əlamətlər yaratdı. İn­san­lar ul­duz­lar vasitəsilə də get­dik­ləri yo­lu müəy­yənləşdirirlər أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ١٧Heç yaradan da yarada bil­mə­yən kimi ola bilərmi? Dü­şü­nüb ibrət götürməyəcək­si­niz­mi وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ ١٨Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ ١٩Allah sizin gizli saxla­dıq­larınızı da, aşkara çıxart­dıq­la­rı­nızı da bilir وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـًٔا وَهُمۡ يُخۡلَقُونَ ٢٠Allahdan başqa tapındıq­ları büt­lər heç bir şey yarada bil­məz­lər. Çünki onlar özləri yaradıl­mışlar أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٍۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٢١Onlar ölüdürlər – diri de­yillər və nə vaxt dirildilə­cək­lə­rini də bilmirlər إِلَٰهُكُمۡ إِلَٰهٌ وَٰحِدٌۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسۡتَكۡبِرُونَ ٢٢Sizin məbudunuz Tək olan İlah­dır. Axi­rətə inanma­yan­la­rın qəlbləri haqqı in­kar edir. Öz­ləri də təkəbbürlüdürlər لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ ٢٣Şübhə yoxdur ki, Allah on­ların gizli saxladıqlarını da, aşka­ra çıxart­dıq­larını da bilir. Həqi­qətən də, O, təkəb­bürlü olanları sev­mir وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٢٤Onlardan: “Rəbbiniz pey­ğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keç­mişdəkilərin nağıl­ları­dır!”– deyərlər لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةً يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ٢٥Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٦Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ٢٧Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyə­cək: “Haqqında mü­bahisə et­di­yiniz şə­riklərim harada­dır?” Elm ve­rilmiş kimsələr deyə­cək­lər: “Şübhəsiz ki, bu gün kafir­lərə rüs­vay­çılıq və əzab üz ve­rə­cək!” ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨Mələklər özlərinə zülm edən kim­sələrin canlarını aldıq­ları za­man onlar bo­yun əyib: “Biz heç bir pislik et­mir­dik!”– deyə­cəklər. On­­la­ra belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr et­diyinizi bi­lir فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٢٩Elə isə içində əbədi qa­la­cağınız Cəhənnəmin qapıla­rına gi­rin! Təkəb­bürlülərin qa­lacağı yer necə də pisdir!” ۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرًاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٌۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٌۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ٣٠Müttəqilərə: “Allah nə nazil etmiş­dir?”– deyildikdə, onlar: “Xe­yir nazil et­mişdir!”– deyərlər. Bu dünyada xeyirli iş­lər görənlər üçün gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Axirət yur­du isə daha xe­yir­li­dir. Müt­tə­qi­lərin yurdu necə də gö­zəldir جَنَّٰتُ عَدۡنٍ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ٣١Onlar ağacları altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٢O kəslər ki, tər-təmiz ol­duqları halda, mələklər onla­rın ca­nı­nı alıb de­yirlər: “Sizə sa­lam olsun! Əməllərinizə görə Cənnətə gi­rin!” هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٣٣Yoxsa kafirlər mələklə­rin onların yanına gəlməsindən və ya­xud Rəbbi­nin əmrinin (Qiyamət gününün) gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? On­lardan əvvəlki­lər də be­lə etmiş­dilər. Allah onlara zülm etmədi, la­kin onlar özləri özlərinə zülm edir­di­lər فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٤Onlara törətdikləri əməl­lə­rin pis cəzası nəsib oldu və is­teh­za etdikləri əzab onları ağu­şuna aldı وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٍ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٍۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٣٥Müşriklər dedilər: “Əgər Allah is­təsəydi, biz də, ataları­mız da Ondan baş­qa heç nəyə ibadət etməz və Onun izni ol­madan heç nəyi haram say­maz­dıq!” Bəli, on­lardan əvvəl­kilər də eynilə dav­ran­mışdılar. Məgər elçilərin vəzi­fə­si ancaq açıq-aydın təbliğ et­mək de­yil­mi وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٣٦Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٣٧Sən onların doğru yola gəl­məsinə nə qədər çalışsan da, bil ki, Allah az­dır­dığı kimsələri doğru yola yönəltməz və on­lara kö­mək edən də olmaz وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقًّا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٨Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ٣٩Allah ölüləri dirildəcək­dir ki, ixti­laf­da olduqları şey­ləri on­lara bildirsin və kafir­lər də özlə­rinin yalançı olduqlarını dərk et­sinlər إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ٤٠Biz bir şeyi yaratmaq is­tə­dik­də, ona ancaq: “Ol!”– de­yirik, o da olur وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةًۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١Zülmə uğradıldıqdan son­ra Allah yolunda hicrət edən­ləri dün­ya­da gözəl bir məs­kəndə sakin edəcəyik. Axi­rət mü­kafatı isə da­ha böyük­dür. Kaş bi­ləy­dilər ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٤٢Onlar səbirli olanlar və an­caq Rəbbinə təvəkkül edən­lərdir وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالًا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٤٣Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz ki­şiləri el­çi gön­dərmiş­dik. Əgər bilmirsi­nizsə, Zikr əh­lindən so­­­ruşun بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٤٤Biz onları aydın dəlillər və ki­tab­larla göndərdik. Sənə də Zikri nazil etdik ki, insan­lara, on­lara nazil olanı izah edə­sən və bəlkə on­lar fikirləşələr أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٤٥Alçaq hiylələrə əl atan­lar Allahın onları yerə batır­ma­yaca­ğı­na və yaxud gözləmə­dik­ləri bir yerdən əzabın on­la­ra gəlməyə­cə­yi­nə əmindir­lər­mi أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ ٤٦Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxala­ma­ya­ca­ğınımı dü­şünürlər? Axı onlar Allahdan yaxa qur­tara bil­məyə­cək­lər أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٌ رَّحِيمٌ ٤٧Yaxud vahimə içində ol­duqları halda Allahın onları ya­xa­la­mayaca­ğını­mı düşünür­lər? Hə­qiqətən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٍ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ ٤٨Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşa­hidə etmə­yib­lərmi? Onların köl­gələri müti surətdə Allaha səc­də edərək sağa-sola əyilir وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٍ وَٱلۡمَلَٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٤٩Göylərdə və yerdə olan­la­rın ha­mısı, heyvanlar da, mə­ləklər də təkəb­bür göstər­mə­dən Allaha səcdə qılırlar يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ ۩ ٥٠Onlar özlərinin fövqün­də olan Rəb­bindən qorxur və on­lara əmr olu­nanları yerinə yeti­rirlər ۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ فَإِيَّٰيَ فَٱرۡهَبُونِ ٥١Allah: “İki məbuda sita­yiş etmə­yin! O, yalnız Tək bir İlah­dır. Yalnız Mən­dən qor­xun!”– dedi وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ ٥٢Göylərdə və yerdə nə var­sa, Onun­dur. Din də daim Ona məx­susdur. Siz Allahı qo­yub başqasın­danmı qor­xur­su­nuz وَمَا بِكُم مِّن نِّعۡمَةٍ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ ٥٣Sizə verilən nemətlərin ha­mısı Allahdandır. Sonra sizə bəla gəl­diyi za­man ancaq Ona yalva­rırsınız ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٥٤Bəlanı sizdən sovuşdur­duq­dan son­ra sizlərdən bəzilə­ri Rəb­bi­nə şərik qoşur لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٥٥Onlar Bizim onlara ver­di­yimiz ne­­mətlərə nan­korluq etsin­lər deyə belə edir­lər. Hə­ləlik əy­lənin! Tezliklə biləcək­siniz وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ ٥٦Onlar özlərinə verdiyi­miz ruzi­dən heç nə dərk et­mək qabi­liyyətində ol­mayanlara pay ayı­rırlar. Allaha and ol­sun ki, atdı­ğı­nız iftiralara görə müt­ləq sorğu-sual olunacaqsınız وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ٥٧Onlar qızları Allaha aid edir­lər. O, pak və müqəddəs­dir. Öz­lərinə isə is­tədik­lərini məx­sus edirlər وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدًّا وَهُوَ كَظِيمٌ ٥٨Onlardan birinə qızı ol­ması ilə müjdə verildikdə hik­kə­sin­dən üzü qap­qara qaralır يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ٥٩Verilən bəd xəbər ucba­tın­dan ca­maatdan gizlənir. Bil­mir nə et­sin, körpə­ni rüsvay­çı­lıq içində saxlasınmı, yoxsa onu torpağa göm­sün? Onların ver­dik­ləri qərar necə də pisdir لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٦٠Yaramaz sifət axirətə inan­ma­yan­lara xasdır. Ən Uca sifət isə Allaha məx­susdur. O, Qüd­rət­lidir, Hikmət sahibidir وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةً وَلَا يَسۡتَقۡدِمُونَ ٦١Əgər Allah insanları et­dikləri zülmə görə cəza­lan­dır­say­dı, yer üzün­də heç bir can­lını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möh­lət ve­­rir. Onların əcəlinin çatdığı an bir­cə saat belə nə yubanar, nə də tezləşə bilər وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ٦٢Onlar özlərinin xoş­lama­dıq­ları qız­ları Allaha aid edir­lər. Dil­­ləri də yalan­dan ən gö­zəl aqibətin onların olacağını söy­ləyir. Şüb­hə­siz ki, od onlar üçün ha­zır­lanmış­dır və onlar orada tərk olu­na­­caq­lar تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ٦٣Allaha and olsun ki, sən­dən əvvəl də ümmətlərə elçilər gön­dərmişdik. Şey­tan isə o ka­fir ümmətlərin əməl­lərini öz­lə­rinə gö­zəl­ gös­tərmişdi. Şeytan bu gün də onların dos­tu­dur. Onlar üçün ağrılı-acılı bir əzab vardır وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدًى وَرَحۡمَةً لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٦٤Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixti­laf­da olduqları şeyləri bə­yan edə­sən və bu, mömin adamlar üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَسۡمَعُونَ ٦٥Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةًۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّٰرِبِينَ ٦٦Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içən­lə­rin boğazından rahat ke­çən təmiz süd içirdirik وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرًا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَعۡقِلُونَ ٦٧Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ٦٨Rəbbin bal arısına belə vəhy et­di: “Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ٦٩Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٍ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ ٧٠Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Siz­lər­dən bəziləri vax­tilə bildiyi şey­ləri unutsun deyə öm­rü­nün ən rəzil ça­ğı­na çatdırılacaq. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hər şeyə qa­dir­dir وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٍ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ٧١Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقًا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـًٔا وَلَا يَسۡتَطِيعُونَ ٧٣Müşriklər Allahı qoyub on­lara göy­lərdə və yerdə olan ruzi­dən heç bir şey verməyən və buna gücləri çatmayan büt­lərə ibadət edirlər فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٧٤Heç kəsi Allaha oxşat­ma­yın. Hə­qiqətən, Allah bilir, siz isə bil­mirsiniz ۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدًا مَّمۡلُوكًا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٍ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرًّا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥Allah, heç bir şeyə gücü çat­ma­yan və başqasının malı olan bir kölə ilə, dərgahı­mız­dan özünə verdiyimiz gözəl ru­zi­dən gizli və aşkar xərcləyən kim­sə­ni məsəl çəkdi. Heç on­lar eyni ola bilər­lər­mi? Həmd Allaha məxsus­dur, lakin onla­rın çoxu bunu bilmir وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ٧٦Allah eləcə də iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, heç bir şeyə gücü çat­mır və öz ağasına bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz. Məgər doğru yolda olub əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə belə bir adam ey­ni ola bilərmi وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ٧٧Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəl­mə­si bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qa­dirdir وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٨Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığı­nız bir halda çıxart­dı, sizə qu­laq, göz və ürək verdi ki, bəl­kə şükür edə­si­niz أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٍ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٧٩Məgər onlar Allaha tabe olub ha­vada uçan quşları gör­mür­lər­mi? Onları havada sax­layan ancaq Allahdır. Həqi­qə­tən, bunda iman gətirən insan­lar üçün dəlil­lər vardır وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتًا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثًا وَمَتَٰعًا إِلَىٰ حِينٍ ٨٠Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın də­rilərindən istər səfərə çıxdı­ğınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asan­lıqla apara biləcəyiniz çadır­lar, üstəlik də on­­ların yunundan, tiftiyindən və tükün­dən müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları və başqa şey­lər dü­zəltdi وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنًا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١Allah, yaratdıqları şey­lər­­dən sizin üçün kölgələr əmə­lə gə­tir­di, dağ­larda sizin üçün ma­ğa­ralar saldı, sizi istidən qo­ru­yacaq pal­tarlar və döyüşdə mü­ha­fi­zə edə­cək zirehli ge­yimlər düzəltdi. Be­ləcə, Allah Öz ne­mətini sizə tamam­layır ki, bəl­kə müsəlman ola­sı­nız فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢Əgər üz çevirsələr, bil ki, sənin və­zifən ancaq aşkar təb­liğ etməkdir يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ٨٣Onlar Allahın neməti haq­qında bil­dikləri halda, sonra­dan onu inkar edir­lər. Onların ço­xu kafirdir وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤Hər ümmətdən bir şa­hid gön­də­rə­cəyimiz gün, kafirlərə üzr­xahlıq etməyə izin verilmə­yəcək və üzr diləmələri də tə­ləb olun­ma­ya­caqdır وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٨٥Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngül­ləş­di­riləcək, nə də onlara möhlət veriləcək وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦Müşriklər Allaha qoş­duq­la­rı şərik­lə­rini gördükdə de­yə­cək­lər: “Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!” Büt­lər isə on­la­ra: “Şübhəsiz ki, siz ya­lançı­sı­nız!”– deyə ca­vab qay­taracaq­lar وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٨٧O gün müşriklər Allaha təs­lim ol­duq­larını bildirəcək və uy­dur­duqları büt­lər onlardan uzaq­laşıb qeyb ola­caq­lar ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابًا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨Kafir olub insanları Allah yolundan sapdıranlara törət­dik­lə­ri fitnə-fəsada görə əzab üs­tündən əzab artıra­cağıq وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنًا لِّكُلِّ شَيۡءٍ وَهُدًى وَرَحۡمَةً وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩O gün hər ümmətə özlə­rin­dən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirə­cə­yik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğ­ru yol gös­təricisi, mərhəmət və müjdə ola­raq na­zil etdik ۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠Həqiqətən, Allah əda­lət­li olmağı, yaxşılıq etməyi və qo­hum­­la­ra haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər tö­rət­məyi və azğın­lıq etmə­yi isə qadağan edir. O si­zə öyüd-nəsihət ve­rir ki, bəlkə düşünüb ibrət ala­sınız وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١Allahla bağladığınız əh­də sadiq olun; möhkəm and iç­dik­dən sonra and­larınızı poz­ma­yın. Çünki siz Allahı özü­nü­zə zamin etmi­siniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثًا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٩٢İpliyini möhkəm əyir­dik­­dən sonra onu açıb sökən qa­dın ki­mi olmayın. Bir camaat di­gər bir camaatdan sayca və ma­lca daha çox olduğu üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə müt­ləq bildi­rəcəkdir وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةً وَٰحِدَةً وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ ٩٣Əgər Allah istəsəydi, si­zi vahid bir ümmət edərdi. La­kin O, istədiyini az­dırır, istə­di­yini də doğru yola yönəl­dir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٌ ٩٤Andlarınızı aranızda hiy­lə vasi­tə­si­nə çevirməyin. Yox­sa aya­ğınız möh­kəm dayanmış ikən sü­rüşər və insanları Allah yolun­dan döndərdiyinizə görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də böyük bir əzab ha­zırlanar وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٌ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥Allahla bağladığınız əh­di ucuz qiy­mətə satmayın. Əgər bi­lir­­sinizsə, Allah yanında olan savab sizin üçün daha xe­yir­li­dir مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٍۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦Sizdə olan nemətlər tü­kə­nəcək, Allah yanında olan nemət­lər isə daim qala­caq­dır. Sə­birli olanlara etdik­ləri yaxşı əməl­lərə gö­rə müka­fatlarını ve­rə­cəyik مَنۡ عَمِلَ صَٰلِحًا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٌ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةًۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ٩٨Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sı­ğın إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٩٩Şübhəsiz ki, şeytanın, iman gə­ti­rib yalnız öz Rəbbinə təvək­kül edənlər üzərində heç bir hökm­ranlığı yoxdur إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠Onun hakimiyyəti yal­nız onu özünə dost tutanlar və Alla­ha şərik qo­şanlar üzərin­də­dir وَإِذَا بَدَّلۡنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən an­caq bir ifti­ra­çısan!”– deyir­lər. Halbuki Allah nə na­zil et­diyini daha yaxşı bilir. Xeyr! On­la­rın çoxu bunu bilmir قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدًى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir” وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيٌّ وَهَٰذَا لِسَانٌ عَرَبِيٌّ مُّبِينٌ ١٠٣Biz onların: “Quranı ona bir in­san öyrədir!”– de­dik­lə­ri­ni bi­lirik. Onla­rın istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu isə açıq-aydın ərəb dilidir إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤Allahın ayələrinə inan­ma­yan­la­rı, əlbəttə ki, Allah doğ­ru yo­la yönəlt­məz və onlar üçün ağrılı-acılı bir əzab var­dır إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ ١٠٥Yalanı ancaq Allahın ayə­lərinə inanmayanlar uydu­rurlar. Məhz onlar­dır yalan­çı­lar مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرًا فَعَلَيۡهِمۡ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ١٠٦Qəlbi imanla sabit qal­dığı halda haqqı danmağa məc­bur edi­lən kəslər is­tisna ol­maq­la, kim iman gətirdikdən sonra Allahı in­kar etsə və qəlbini küf­rə açsa, Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧Bu ona görədir ki, on­lar dünya həyatını axirətdən üs­tün tu­turlar. Həm də Allah ka­firləri doğru yola yönəltmir أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨Bunlar o kəslərdir ki, Allah on­ların qəlbinə, qulaqla­rına və göz­lərinə möhür vur­muşdur. Onlar əsl qafil­dir­lər لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩Heç şübhəsiz ki, zi­ya­na uğra­yan­lar da onlardır ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٌ رَّحِيمٌ ١١٠Sınağa çəkildikdən son­ra hicrət edənləri, daha sonra cihad edib çətin­lik­lə­rə dözən­lə­ri, bun­lar­dan sonra əlbəttə, Rəb­bin Bağış­­la­yandır, Rəhmli­dir ۞ يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٍ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٍ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١١١O gün hər kəs öz ca­nı­nı qurtar­mağa çalışacaq, hər kəsə et­di­yi əməl­lə­rin əvəzi tam verilə­cək və onlara zülm edil­məyə­cəkdir وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرۡيَةً كَانَتۡ ءَامِنَةً مُّطۡمَئِنَّةً يَأۡتِيهَا رِزۡقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢Allah təhlükəsizlik və əmin-aman­lıq içində olan bir diyarı (Mək­­kə­ni) məsəl çəkir. Ona öz ruzisi hər yer­dən bol-bol gəlirdi. La­kin o diyarın əha­lisi Allahın nemətlərinə nan­korluq etdi, Allah da onları et­dikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٌ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu ya­lan­çı say­dı­lar. Buna gö­rə də zülm et­dikləri zaman əzab onları ya­xaladı فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًا طَيِّبًا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤Allahın sizə verdiyi ha­lal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsi­nizsə, Onun nemətinə şükür edin إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ١١٥O sizə ancaq ölü hey­va­nı, qanı, donuz ətini və Allah­dan baş­qa­sı üçün kəsilən hey­vanı haram etmişdir. Hər kəs harama meyl etmə­dən və həd­di aş­madan bun­lardan yemə­yə məcbur olarsa, ona günah gəl­məz. Həqiqətən, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٌ وَهَٰذَا حَرَامٌ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦Dilinizin uydurduğu ya­lana əsa­sən: “Bu halaldır, o ha­ram­dır!”– demə­yin, çünki Alla­ha qarşı ya­lan uydur­muş olur­sunuz. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar nicat tap­maz­lar مَتَٰعٌ قَلِيلٌ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١١٧İndi onlar az bir mən­fə­ət əldə et­mişlər, axirətdə isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨Sənə xəbər verdiyimiz şey­ləri da­ha öncə yəhudilərə də ha­ram etmişdik. Biz onlara zülm et­mədik, lakin onlar özləri öz­lə­­rinə zülm edirdilər ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٌ رَّحِيمٌ ١١٩Şübhəsiz ki, Rəbbin, avam­lıq­la­rı üzündən pis iş gö­rən, on­dan sonra tövbə edib öz­lərini islah edənləri, bütün bun­lar­dan son­ra, əlbəttə ki, Rəb­bin ba­ğış­layacaq və rəhm edəcək إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٠Həqiqətən, İbrahim Alla­ha mü­ti, hənif bir rəhbər idi. O, müş­riklərdən deyil­di شَاكِرًا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ١٢١O, Allahın nemətlərinə şü­kür edən idi. Allah onu seç­miş və doğru yola yönəlt­miş­di وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةًۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axi­rətdə də əmə­lisalehlər­dən­dir ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفًاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣Sonra sənə belə vəhy et­dik: “Hə­nif İb­rahimin dininə ta­be ol. O, müşrik­lər­dən deyil­di” إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤Şənbə günü ancaq o gü­nün barə­sində ixtilafa düşən­lərə va­cib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ix­tilafa düş­dük­lə­ri şey barəsində onla­rın arasında hökm verəcəkdir ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١٢٥İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şüb­həsiz ki, Rəb­bin azğınlığa dü­şənləri də, doğru yolda olan­la­rı da yaxşı tanı­yır وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٌ لِّلصَّٰبِرِينَ ١٢٦Günahkarı cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyir­lidir وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٍ مِّمَّا يَمۡكُرُونَ ١٢٧Səbir et! Sənin səbrin an­caq Allah­dandır. Onlara gö­rə kə­dər­lənmə və qurduqları hiy­lələr­dən ötrü də sıxılma إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ ١٢٨Həqiqətən də, Allah On­dan qor­xanlar və yaxşı işlər gö­rən­lər­lədir

Translation: Khan Musayev.