Millat al-Islam

Chapter 53 · 62 verses · Khan Musayev

Surah An-Najm in Azerbaijani

Arabic with tafsir Listen to Surah An-Najm (1285 reciters)
Meccanسورة النجم62 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ١And olsun batmaqda olan ulduza مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ٢Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ ٣O, öz istəyi ilə danışmır إِنۡ هُوَ إِلَّا وَحۡيٌ يُوحَىٰ ٤Bu, ona təlqin edilən bir vəhydir عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ٥Bunu ona çox qüvvətli olan öy­rət­di – ذُو مِرَّةٍ فَٱسۡتَوَىٰ ٦gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ ٧O, ən uca üfüqdə idi ثُمَّ دَنَا فَتَدَلَّىٰ ٨Sonra Muhəmmədə yaxın­laşıb aşağı endi فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ٩O, iki yay uzunluğunda, hətta on­dan da yaxın məsafə­də idi فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ ١٠Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ ١١Peyğəmbərin qəlbi gör­dü­yünü ya­lan saymadı أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ ١٣Onu bir daha öz sürə­tin­də enər­kən gördü – عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ ١٤son həddəki Sidr ağacı­nın yanın­da عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ ١٥Məva bağı da onun ya­nındadır إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦O zaman Sidr ağacını bürüyən bürümüşdü مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧Peyğəmbərin gözü ya­yın­madı və həddi aşmadı لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ١٨O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ ١٩Siz tapındığınız Lat və Uz­zanı gör­dünüzmü وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ ٢٠Həmçinin üçüncü olan Mənatı da أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ ٢١Məgər oğlanlar sizin, qız­lar Allahındırmı تِلۡكَ إِذًا قِسۡمَةٌ ضِيزَىٰٓ ٢٢Onda bu ədalətsiz bölgü olardı إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٌ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣Onlar sizin və ataları­nı­zın qoy­duqları adlardan başqa bir şey de­yil. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. On­lar yal­nız zənnə və nəfs­lərinin istəklərinə uyar­lar. Halbuki Rəb­bindən onlara doğru yolu göstərən rəh­bər ar­tıq gəl­mişdir أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ ٢٤Yoxsa insan üçün istə­di­yi hər şey hazırlanmışdır فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥Axirət də, dünya da Alla­hındır ۞ وَكَم مِّن مَّلَكٍ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔا ٢٨Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə ola­raq zən­nə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٢٩Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəb­bin Onun yo­lun­dan azanı da, doğru yolla gedəni də yaxşı ta­nıyır وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١Göylərdə və yerdə nə varsa, Alla­hındır. Bu, Allahın pislik edən­lərə əməl­lərinin cə­zasını verməsi, yaxşılıq edən­ləri isə ən gö­zə­li ilə (Cənnətlə) müka­fatlandırması üçündür ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər. Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. O, si­zi tor­paqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində ruşeym ha­lında olanda da sizi yaxşı ta­nı­yırdı. Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ ٣٣Gördünmü üz çevirəni وَأَعۡطَىٰ قَلِيلًا وَأَكۡدَىٰٓ ٣٤malından azacıq verib sonra heç verməyəni أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ ٣٥Məgər o, qeybi bilirmi ki, bunu görsün أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ ٣٦Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ ٣٧Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi أَلَّا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰ ٣٨Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ٣٩İnsan can atdığı şeyə nail olar وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ ٤٠Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ ٤١Sonra da ona bunun əvə­zi tam ve­riləcək!” وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢Son dönüş sənin Rəbbi­nədir وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ ٤٣Güldürən də, ağladan da Odur وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا ٤٤Öldürən də, dirildən də Odur وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ٤٥O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı – مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ ٤٦axıdılan bir nütfədən وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ ٤٧Təkrar diriltmək də Ona aiddir وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ ٤٨Dövlətli edən də, kasıb edən də Odur وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ ٤٩Şira ulduzunun da Rəbbi Odur وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ ٥٠O, əvvəlki Ad tayfasını məhv etdi وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ ٥١Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı وَقَوۡمَ نُوحٍ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ ٥٣Alt-üst olmuş kəndləri də O vi­ran qoydu فَغَشَّىٰهَا مَا غَشَّىٰ ٥٤Onların başına gətirdi­yi­ni gətir­di فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən هَٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ٥٦Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır أَزِفَتِ ٱلۡأٓزِفَةُ ٥٧Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥٨Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ ٥٩Yəni siz bu Sözə təəccüblənirsiniz وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ ٦٠Gülürsünüz, heç ağla­mır­sınız وَأَنتُمۡ سَٰمِدُونَ ٦١Və qəflət içində oynayıb əylənirsiniz فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ ۩ ٦٢Siz Allaha səcdə qılın və Ona iba­dət edin

Translation: Khan Musayev.