Millat al-Islam

Chapter 27 · 93 verses · Khan Musayev

Surah An-Naml in Azerbaijani

Arabic with tafsir Listen to Surah An-Naml (1243 reciters)
Meccanسورة النمل93 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٍ مُّبِينٍ ١Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir هُدًى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ٢Möminlərə doğru yol gös­təricisi və müjdədir ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٣O kəslərə ki, namaz qılır, zəkat ve­rir və axirətə qətiy­yət­lə ina­nırlar إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ٤Həqiqətən, Axirətə iman gətirmə­yənlərin bəd əməllərini on­la­ra yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar azğın­lıq­ları üzün­dən heç nə an­lamadan yer üzün­də veyllənirlər أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٥Bunlar əzabı ağır olacaq kimsə­lər­dir. Axirətdə ən çox ziyana uğ­raya­caq kəslər də elə onlardır وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ ٦Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارًا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ٧Bir zaman Musa öz ailə­si­nə: “Mən, doğrudan da, bir od gör­düm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gə­ti­rim ki, qı­zı­n­a­sınız”– de­mişdi فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٨Musa oraya gəlib çatanda ona ni­da gəldi: “Odun için­də­ki də, ət­rafın­da­kı da mübarək­dir­lər. Aləmlərin Rəbbi olan Allah pak və mü­qəddəsdir يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدۡبِرًا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ١٠Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını gör­dük­də dö­nüb qaç­dı və geriyə də dön­mədi. Allah dedi: “Ey Musa! Qorx­ma! Elçilər Mənim hüzu­rumda qorxmazlar إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ ١١Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yax­şılıq edərsə, bil­sin ki, Mən Ba­ğışlayanam, Rəhmliyəm وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا فَٰسِقِينَ ١٢Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıx­sın. Fi­ro­­na və onun tayfasına gön­dərilən doqquz möcü­zə­dən bi­ri budur. Hə­qi­qətən, onlar fa­siq bir tayfadır!” فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةً قَالُواْ هَٰذَا سِحۡرٌ مُّبِينٌ ١٣Möcüzələrimiz onlara aş­kar şə­kildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedi­lər وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمًا وَعُلُوًّاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٤Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمًاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ١٥Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!” وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ١٦Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür” وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ١٧Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٌ يَٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ١٨Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər” فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحًا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّٰلِحِينَ ١٩Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!” وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ٢٠Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur لَأُعَذِّبَنَّهُۥ عَذَابًا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٍ مُّبِينٍ ٢١O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm” فَمَكَثَ غَيۡرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٍ يَقِينٍ ٢٢Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm إِنِّي وَجَدتُّ ٱمۡرَأَةً تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٍ وَلَهَا عَرۡشٌ عَظِيمٌ ٢٣Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ٢٤Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ٢٥Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ ۩ ٢٦Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur” ۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ٢٧Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ٢٨Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!” قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٌ كَرِيمٌ ٢٩Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣٠O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ٣١Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”» قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ٣٢Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.” قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٍ وَأُوْلُواْ بَأۡسٍ شَدِيدٍ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ٣٣Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!” قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةًۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ٣٤Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٍ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ٣٥Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٌ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ٣٦Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةً وَهُمۡ صَٰغِرُونَ ٣٧Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!” قَالَ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ٣٨Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?” قَالَ عِفۡرِيتٌ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٌ ٣٩Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!” قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٌ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ ٤٠Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!” قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ٤١Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?” فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ٤٢Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!” وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٍ كَٰفِرِينَ ٤٣Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةً وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٤Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!” وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ٤٥Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi elçi göndərdik. Onlar isə bir-biri ilə müba­rizə aparan iki fir­qə­yə bölündülər قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٦O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pis­li­yə tə­ləsir­siniz? Nə üçün Allah­dan bağışlanmağınızı di­lə­mir­­siniz? Ola bil­sin ki, sizə rəhm olu­na” قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٌ تُفۡتَنُونَ ٤٧Onlar dedilər: “Biz sə­nin və sə­nin­lə birlikdə olanların uc­ba­tın­dan uğur­suz­luğa uğra­dıq”. Saleh dedi: “Sizin uğur­suz­lu­ğunuz Allah yanında­dır. Siz sı­na­ğa çəkilən bir qövmsü­nüz” وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٍ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ٤٨Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fə­sad törə­dir, yaxşı işlər görmürdülər قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ٤٩Onlar dedilər: “Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik” وَمَكَرُواْ مَكۡرًا وَمَكَرۡنَا مَكۡرًا وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٠Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ٥١Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَعۡلَمُونَ ٥٢Haqsızlıqları üzündən vi­ran qal­mış evləri də budur. Hə­qi­qə­tən, bun­da bilən adam­lar üçün ibrət var وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٣İman gətirib Allahdan qor­xanları isə xilas etdik وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٥٤Lutu da yada sal. Bir za­man o öz qövmünə demişdi: “Gö­zü­nüz görə-gö­rə murdar işmi görəcəksiniz أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةً مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ تَجۡهَلُونَ ٥٥Siz qadınları qoyub şəh­vətlə ki­şi­lərəmi yaxınlaşacaqsınız? Yox, siz cahil bir qövmsünüz!”

Juz 20

۞ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٍ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٌ يَتَطَهَّرُونَ ٥٦Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ٥٧Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرًاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ٥٨Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ٥٩De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٍ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٌ يَعۡدِلُونَ ٦٠Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارًا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٦١Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٦٢Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ٦٣Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٌ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ٦٤Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin” قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٦٥De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər بَلِ ٱدَّٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكٍّ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ ٦٦Həm də onların elmi axi­rəti qav­rayıb dərk edə bil­məz. Üs­tə­lik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar” وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبًا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ٦٧Kafirlər dedilər: “Məgər biz və ata­larımız torpağa qa­rış­dıq­dan sonra qəbirlərdən çı­xar­dılacağıq لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٦٨Bu dirilmə həm bizə, həm də əv­vəllər atalarımıza vəd olun­muş­du. Bu, keçmişdəki­lə­rin uydurduğu əfsanələ­r­dən başqa bir şey deyil” قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٦٩De: “Yer üzündə gəzib dolaşın və görün günah­karla­rın aqi­bə­ti necə ol­muş­dur” وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٍ مِّمَّا يَمۡكُرُونَ ٧٠Onlara görə kədərlənmə və qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٧١Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ ٧٢De: “Ola bilsin ki, tələ­sik istə­di­yiniz şeyin bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır” وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ ٧٣Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, la­kin on­ların əksə­riy­yəti naşükür­dür­ وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٧٤Şübhəsiz ki, sənin Rəb­bin onların qəlblərinin gizli sax­la­dıq­la­rını və onla­rın aşkar et­diklərini bilir وَمَا مِنۡ غَآئِبَةٍ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٍ مُّبِينٍ ٧٥Göydə və yerdə elə bir giz­li şey yoxdur ki, açıq-aydın Ya­zı­da (Lövhi-məh­fuzda) ol­ma­sın إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ٧٦Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin ço­xu­nu anlatmaq­dadır وَإِنَّهُۥ لَهُدًى وَرَحۡمَةٌ لِّلۡمُؤۡمِنِينَ ٧٧Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٧٨Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ٧٩Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٨٠Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٨١Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən ۞ وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةً مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ٨٢O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٍ فَوۡجًا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ٨٣Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ٨٤Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?” وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ٨٥Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٨٦Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ٨٧Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ٨٨Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٌ مِّنۡهَا وَهُم مِّن فَزَعٍ يَوۡمَئِذٍ ءَامِنُونَ ٨٩Hər kim yaxşı əməllə gəl­sə, ona da­ha yaxşısı (Cən­nət) ve­ri­lər. Onlar o gün dəh­şətli qorxu hissindən uzaq olar­lar وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٩٠Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de­yilər: “Mə­gər siz an­caq etdi­yi­niz əməllərə görə cəzalan­dı­rıl­mırsınız?” إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٍۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩١De: “Mənə ancaq bu şə­hərin (Mək­kənin) Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. O şəhər ki, Rəbbim onu toxunulmaz buyur­muş­dur. Hər şey yalnız Onun­dur. Mənə əmr olunub ki, müsəl­man olum وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ٩٢və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğ­ru yol­da olmuş olar. Haqq yoldan azana isə be­lə de: “Mən ancaq xə­bərdar edənlər­də­nəm!” وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٣De: “Həmd, Alla­ha məxsusdur! O Öz dəlillərini sizə gös­tə­rə­cək, siz də onları tanıyacaq­sı­nız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”

Translation: Khan Musayev.