Millat al-Islam

Chapter 30 · 60 verses · Khan Musayev

Surah Ar-Rum in Azerbaijani

Arabic with tafsir Listen to Surah Ar-Rum (1233 reciters)
Meccanسورة الروم60 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓ ١Əlif. Ləm. Mim غُلِبَتِ ٱلرُّومُ ٢Rumlular məğlub edildi­lər فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ ٣ən aşağı və ya ən yaxın bir yer­də. Lakin onlar öz məğ­lu­biyyət­lə­rin­dən sonra qələbə ça­lacaqlar فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٍ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ ٤bir neçə il ərzində. Əv­vəl də, son­ra da hökm Alla­hındır. O gün mömin­lər se­vi­nəcəklər بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٥Allahın köməyi ilə. O, is­tədiyinə kömək edir. O, Qüd­rətlidir, Rəhm­lidir وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٦Budur Allahın vədi. Allah Öz və­di­nə xilaf çıxmaz. Amma in­san­ların ək­səriyyəti bunu bil­mir يَعۡلَمُونَ ظَٰهِرًا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ ٧Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər أَوَلَمۡ يَتَفَكَّرُواْ فِيٓ أَنفُسِهِمۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٍ مُّسَمًّىۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ بِلِقَآيِٕ رَبِّهِمۡ لَكَٰفِرُونَ ٨Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةً وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٩Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُواْ بِهَا يَسۡتَهۡزِءُونَ ١٠Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ١١Allah məxluqatı əvvəlcə heçdən ya­radır, öldürdükdən son­ra onu yenidən dirildir. Bun­dan sonra isə siz Ona qay­ta­rı­la­caq­sınız وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ ١٢O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ ١٣Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٍ يَتَفَرَّقُونَ ١٤Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٍ يُحۡبَرُونَ ١٥İman gətirib yaxşı işlər görən­lə­rə gəlincə isə, onlar Cən­nət bağ­ça­la­rın­da şadlıq içində olacaqlar وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ١٦Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sa­yan­lar isə əzaba giriftar edi­lə­cəklər فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ ١٧Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيًّا وَحِينَ تُظۡهِرُونَ ١٨Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ ١٩O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌ تَنتَشِرُونَ ٢٠Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةً وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ٢١Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّلۡعَٰلِمِينَ ٢٢Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَسۡمَعُونَ ٢٣Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءً فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَعۡقِلُونَ ٢٤Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةً مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ ٢٥Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلٌّ لَّهُۥ قَٰنِتُونَ ٢٦Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir ضَرَبَ لَكُم مَّثَلًا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٌ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٍ يَعۡقِلُونَ ٢٨O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٍۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٢٩Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفًاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٠Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir ۞ مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ ٣١Tövbə edərək Ona üz tu­tun, On­dan qorxun, namaz qı­lın və şə­rik qo­şanlardan ol­ma­yın مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعًاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٣٢O kəslərdən ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٌ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٣٣İnsanların başına bir bə­la gəldiyi zaman Rəbbinə üz tu­tub Ona yalvarır­lar. Sonra O, Özündən onlara bir mər­hə­mət daddıran ki­mi, onlardan bir dəs­tə Rəbbinə şərik qoşur لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٤Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nan­kor­luq etsin­lər. Hələlik əy­lənin! Tezliklə biləcək­si­niz أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ٣٥Məgər Biz onlara müş­rik olma­la­rını söyləyən bir dəlil gön­dər­mişik وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةً فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ ٣٦İnsanlara mərhəmət gös­tərdikdə ona sevinərlər. Öz əl­ləri ilə et­dikləri günahlara gö­rə onlara bir bəla üz ver­dikdə isə dərhal ümid­lərini üzərlər أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٣٧Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٣٨Qohum-əqrəbaya, yox­su­la və mü­safirə onlara çata­caq haq­qı­nı ver! Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün bu daha xe­yir­li­dir. Uğur qa­zananlar da məhz onlar­dır وَمَآ ءَاتَيۡتُم مِّن رِّبًا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٍ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ ٣٩İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır ٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٍۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٤٠Sizi yaradan, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi di­rildəcək məhz Allahdır. Şərikləriniz içə­ri­sin­də bun­lar­dan, heç olmasa, birini edə bilən varmı? O, pak­dır və müşrik­lə­rin Ona şərik qoş­duq­la­rın­dan ucadır ظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٤١İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ ٤٢De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi” فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٍ يَصَّدَّعُونَ ٤٣Qarşısıalınmaz gün Allah tərə­fin­dən göndərilməmişdən əv­vəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bö­lü­nə­cək­lər مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحًا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ٤٤Kim küfr edərsə, küfrü öz əley­hi­nə olar. Yaxşı iş gö­rənlər isə öz­ləri üçün Cənnətdə yer hazırlamış olarlar لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡكَٰفِرِينَ ٤٥Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن يُرۡسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍ وَلِيُذِيقَكُم مِّن رَّحۡمَتِهِۦ وَلِتَجۡرِيَ ٱلۡفُلۡكُ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٤٦Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَٱنتَقَمۡنَا مِنَ ٱلَّذِينَ أَجۡرَمُواْۖ وَكَانَ حَقًّا عَلَيۡنَا نَصۡرُ ٱلۡمُؤۡمِنِينَ ٤٧Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi ٱللَّهُ ٱلَّذِي يُرۡسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًا فَيَبۡسُطُهُۥ فِي ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُۥ كِسَفًا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٨Buludları qaldıran kü­lək­ləri Allah­dır göndərən. Allah sə­ma­da onları is­tə­diyi kimi ya­yıb topa-topa edir. Sən on­lar­dan yağış tö­kül­düyünü gö­rür­sən. Allah onu qullarından istə­diyi kim­sə­lə­rə en­di­rən kimi on­lar sevinirlər وَإِن كَانُواْ مِن قَبۡلِ أَن يُنَزَّلَ عَلَيۡهِم مِّن قَبۡلِهِۦ لَمُبۡلِسِينَ ٤٩Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümid­siz idilər فَٱنظُرۡ إِلَىٰٓ ءَاثَٰرِ رَحۡمَتِ ٱللَّهِ كَيۡفَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ ذَٰلِكَ لَمُحۡيِ ٱلۡمَوۡتَىٰۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ٥٠Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir وَلَئِنۡ أَرۡسَلۡنَا رِيحًا فَرَأَوۡهُ مُصۡفَرًّا لَّظَلُّواْ مِنۢ بَعۡدِهِۦ يَكۡفُرُونَ ٥١Əgər Biz bir külək gön­dərsək və onlar əkini saralmış gör­sə­lər, bundan sonra mütləq nankorluq etməyə başla­yarlar فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٥٢Şübhəsiz ki, sən nə ölü­lə­rə haqqı, nə də üz çevirib ge­dən kar­lara çağırışı eşitdirə bil­məz­sən وَمَآ أَنتَ بِهَٰدِ ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٥٣Sən korları da düşdük­ləri zəla­lət­dən çıxarıb düz yola sala bil­­məzsən. Sən haqqı yal­nız və yalnız müsəlman olub ayə­lərimizə iman gətirənlərə eşit­dirə bilərsən ۞ ٱللَّهُ ٱلَّذِي خَلَقَكُم مِّن ضَعۡفٍ ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ ضَعۡفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنۢ بَعۡدِ قُوَّةٍ ضَعۡفًا وَشَيۡبَةًۚ يَخۡلُقُ مَا يَشَآءُۚ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡقَدِيرُ ٥٤Sizi zəif bir şeydən ya­radan, zəif­likdən sonra sizə qüv­vət ve­­rən, qüv­vətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istə­diyini ya­radır. O, Biləndir, Qadirdir وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُقۡسِمُ ٱلۡمُجۡرِمُونَ مَا لَبِثُواْ غَيۡرَ سَاعَةٍۚ كَذَٰلِكَ كَانُواْ يُؤۡفَكُونَ ٥٥O Saatın (Qiyamətin) gəldiyi gün gü­nahkar­lar dünyada bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar dünyada da haqdan belə üz dön­də­rir­di­lər وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَٱلۡإِيمَٰنَ لَقَدۡ لَبِثۡتُمۡ فِي كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوۡمِ ٱلۡبَعۡثِۖ فَهَٰذَا يَوۡمُ ٱلۡبَعۡثِ وَلَٰكِنَّكُمۡ كُنتُمۡ لَا تَعۡلَمُونَ ٥٦Bilik və iman nəsib edil­miş kim­sələr isə deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz” فَيَوۡمَئِذٍ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُواْ مَعۡذِرَتُهُمۡ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٥٧Həmin gün zalımlara bə­hanələri fayda verməyəcək və on­lar­dan töv­bə et­mələri tələb olunmayacaq وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٍۚ وَلَئِن جِئۡتَهُم بِـَٔايَةٍ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا مُبۡطِلُونَ ٥٨Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onla­ra bir möcüzə gə­tirsən, kafir olanlar müt­ləq: “Siz an­caq yalan uyduranlar­sı­nız!”– deyəcəklər كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ٥٩Allah haqqı bilməyən­lə­rin qəlbini belə möhürlə­yir فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّۖ وَلَا يَسۡتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ٦٠Sən səbirli ol! Həqiqə­tən də, Alla­hın vədi haqdır. Qoy axi­rə­tə yəqin­lik­lə inanma­yan­lar səni qeyri-ciddi olma­ğa – din­dən dön­mə­yə sövq etmə­sinlər

Translation: Khan Musayev.