Millat al-Islam

Chapter 91 · 15 verses · Khan Musayev

Surah Ash-Shams in Azerbaijani

Arabic with tafsir Listen to Surah Ash-Shams (1346 reciters)
Meccanسورة الشمس15 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلشَّمۡسِ وَضُحَىٰهَا ١And olsun günəşə və onun saç­dığı şəfəqə وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا ٢And olsun ondan sonra zühur edən aya وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ٣And olsun günəşi açıqlığa çıxar­dan gündüzə وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا ٤And olsun günəşi bürü­yən gecəyə وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ٥And olsun göyə və onu qurana وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا ٦And olsun yerə və onu dö­şəyənə وَنَفۡسٍ وَمَا سَوَّىٰهَا ٧And olsun nəfsə və onu yaradıb kamilləşdirənə فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا ٨ona günahları və Allah­dan qorx­mağı təlqin edənə قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا ٩Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا ١٠Onu günaha batıran isə ziyana uğramışdır كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ ١١Səmud qövmü öz azğın­lı­ğı üzün­dən Allahın elçisini inkar et­di إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا ١٢Onların ən bədbəxti də­və­ni kəs­məyə qalxdıqda فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا ١٣Allahın elçisi onlara de­di: “Alla­hın bu dişi dəvəsi­nə to­xun­ma­yın və onun su içmə­si­nə mane olmayın!” فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا ١٤Onlar isə peyğəmbəri ya­lançı sa­yıb, dəvə­nin diz və­tə­ri­ni kəs­dilər. On­ların Rəbbi də bu günahlarına görə on­ların ha­mı­sını qı­rıb yerlə yeksan etdi وَلَا يَخَافُ عُقۡبَٰهَا ١٥Allah günahkarlara etdi­yi­nin nəti­cəsindən çəkinməz

Translation: Khan Musayev.