Millat al-Islam

Chapter 19 · 98 verses · Khan Musayev

Surah Maryam in Azerbaijani

Arabic with tafsir Listen to Surah Maryam (1452 reciters)
Meccanسورة مريم98 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

كٓهيعٓصٓ ١Kəf. Hə. Yə. Ayn. Sad ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ ٢Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya göstərdiyi mər­hə­mə­ti­nin yada sa­lınma­sıdır إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّا ٣Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبًا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّا ٤demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرًا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيًّا ٥Mən özümdən sonra gə­lən qo­hum­larımdan bəzisinin dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيًّا ٦o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!” يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيًّا ٧Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!” قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٌ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرًا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيًّا ٨O dedi: “Ey Rəbbim! Zöv­cəm son­suz bir qadın ikən, özüm də qocalığın son həd­din­də ol­du­ğum halda necə mə­nim övla­dım ola bilər?” قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـًٔا ٩Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”» قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةًۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٍ سَوِيًّا ١٠O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət müəy­yən et”. Allah bu­yur­du: “Əla­mətin budur ki, sən sağlam ikən üç gecə adam­­lar­la danış­maya­caq­san!” فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةً وَعَشِيًّا ١١O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!” يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٍۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيًّا ١٢Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– de­yə vəhy etdik. Biz ona uşaq ikən hik­mət bəxş etdik وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَوٰةًۖ وَكَانَ تَقِيًّا ١٣Üstəlik Öz tərəfimizdən bir şəf­qət və paklıq da bəxş et­dik. O, müttəqi idi وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيًّا ١٤Həm də ata-anasına qar­şı qayğı­keş idi; lovğa və asi de­yildi وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيًّا ١٥Doğulduğu gün də, ölə­cəyi gün də, yenidən dirildilə­cəyi gün də ona sa­lam olsun وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانًا شَرۡقِيًّا ١٦Kitabda Məryəmi də ya­da sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir ye­rə çəkilmiş فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابًا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا ١٧və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuş­du. Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا ١٨Məryəm dedi: “Mən sən­dən Mər­həmətli Allaha sığını­ram! Əgər müttə­qisən­sə, mənə to­xunma” قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمًا زَكِيًّا ١٩Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş et­mək üçün Rəbbinin el­çi­siyəm” قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٌ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٌ وَلَمۡ أَكُ بَغِيًّا ٢٠Məryəm dedi: “Mənə bir insan to­xunmadığı və özüm də zi­na­kar olma­dı­ğım halda, necə mənim övladım ola bi­lər?” قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحۡمَةً مِّنَّاۚ وَكَانَ أَمۡرًا مَّقۡضِيًّا ٢١Mələk dedi: «Bu belədir, la­kin Rəbbin buyurdu: “Bu, Mə­nim üçün asandır. Biz onu in­sanlar üçün bir mö­cüzə və Öz tə­rə­fi­miz­dən bir mərhəmət edə­cəyik. Bu, hökmü verilmiş bir iş­dir”» ۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانًا قَصِيًّا ٢٢Məryəm uşağa qaldı və bət­nin­də­ki ilə birlikdə gedib uzaq bir yerə çə­kil­di فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيًا مَّنسِيًّا ٢٣Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləy­dim və birdə­fə­lik unudul­aydım!” فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيًّا ٢٤Məryəmin aşağı tərəfin­dən (İsa və ya Cəbrail) onu səs­ləyib de­di: “Qəm ye­mə, Rəb­bin sənin ayağının altından bir bu­laq axıtdı وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبًا جَنِيًّا ٢٥Xurma ağacının gövdə­sini özünə tərəf silkələ ki, üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنًاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدًا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمًا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيًّا ٢٦Ye, iç, gözün aydın ol­sun! Əgər insanlardan kimisə gör­sən, de: “Mən Mərhəmətli Alla­ha oruc tut­mağı nəzir etmi­şəm. Odur ki, bu gün heç kimlə da­nış­maya­cağam”» فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـًٔا فَرِيًّا ٢٧Məryəm körpəni quca­ğı­na alıb öz tayfasının yanına gə­tirdi. On­lar dedi­lər: “Ey Mər­yəm! Sən yaramaz (və ya gö­rünməmiş) bir iş tutdun يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٍ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيًّا ٢٨Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di” فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيًّا ٢٩Məryəm uşağı göstərdi. On­lar de­dilər: “Beşikdə olan körpə ilə necə da­nışaq?” قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيًّا ٣٠Körpə dil açıb dedi: “Hə­qi­qətən də, mən Allahın qulu­yam! O mə­nə Kitab verdi və məni pey­ğəmbər etdi وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيًّا ٣١Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارًا شَقِيًّا ٣٢Həm də məni anama qar­şı qay­ğı­keş etdi; məni lovğa və bəd­bəxt etmədi وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيًّا ٣٣Doğulduğum gün də, ölə­cəyim gün də, yenidən diril­di­lə­cə­yim gün də mənə salam ol­sun!” ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ ٣٤Barəsində şübhəyə düş­dük­ləri haqq söz olan Məryəm oğlu İsa budur مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٣٥Allaha övlad götürmək ya­raş­maz. O, pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq “Ol!”– de­yər, o da dərhal olar وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٌ مُّسۡتَقِيمٌ ٣٦İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də si­zin Rəb­bi­niz­dir. Elə isə yal­nız Ona ibadət edin! Düz yol da bu­dur” فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٌ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ ٣٧Sonra firqələrin ara­sın­da ziddiy­yət düşdü. Böyük gü­nü gö­rə­cək kafir­lərin vay ha­lı­na أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٍ مُّبِينٍ ٣٨Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٍ وَهُمۡ لَا يُؤۡمِنُونَ ٣٩Sən onları işin bitmiş ola­cağı peş­mançılıq günü ilə qor­xut! İn­di onlar hə­lə qəflətdə­dirlər və iman gətir­mirlər إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ ٤٠Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sa­hib çı­xacağıq. On­ların qayı­dışı Bizə olacaqdır وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا ٤١Kitabda İbrahimi də xa­tırla! Hə­qiqətən, o, sadiq insan və pey­ğəmbər idi إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـًٔا ٤٢Bir zaman o, atasına de­mişdi: “Atacan! Nə üçün eşit­məyən, gör­mə­yən və sənə heç bir faydası olmayan bir şeyə si­tayiş edir­sən يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطًا سَوِيًّا ٤٣Atacan! Həqiqətən, sənə gəl­mə­yən bir elm mənə gəl­miş­dir. Ar­xamca gəl ki, səni doğ­ru yola yönəldim يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيًّا ٤٤Atacan! Şeytana ibadət etmə! Hə­qiqətən, şeytan Mər­həmətli Allaha çox asi ol­du يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيًّا ٤٥Atacan! Qorxuram ki, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­sun və be­ləcə, şey­tana yoldaş olasan” قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيًّا ٤٦Atası dedi: “Sən mənim məbud­larımdan üzmü çevi­rir­sən, ey İbrahim?! Əgər buna son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol!” قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيًّا ٤٧İbrahim dedi: “Sənə sa­lam olsun! Mən Rəbbimdən sənin üçün bağış­lan­ma diləyə­cəyəm. Həqiqə­tən, O mənə qarşı çox lütf­kardır وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيًّا ٤٨Mən sizi və Allahdan başqa si­ta­yiş etdiyiniz bütləri tərk edir və öz Rəb­bimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua et­mək­lə heç vaxt bəd­bəxt olmayım” فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلًّا جَعَلۡنَا نَبِيًّا ٤٩İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيًّا ٥٠Biz onlara öz mərhəmə­ti­mizdən əta etdik və gələcək nə­sil­lər hə­mişə yada salsın deyə on­lara yaxşı ad qismət elədik وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا ٥١Kitabda Musanı da xa­tır­la! Həqi­qətən o, seçilmiş bir el­çi və peyğəmbər idi وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيًّا ٥٢Biz Musanı sağ tərə­fin­də­ki Tur da­ğının yaxınlığından ça­ğır­dıq və onunla danı­şıb onu özü­müzə yaxın etdik وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيًّا ٥٣Biz Öz mərhəmətimiz­dən ona qardaşı Harunu da bir pey­ğəm­bər ola­raq bəxş etdik وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولًا نَّبِيًّا ٥٤Kitabda İsmaili də xa­tır­la! Həqi­qətən, o öz vədinə sa­diq idi. O, bir elçi və pey­ğəm­bər idi وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيًّا ٥٥O öz ailəsinə namaz qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin ri­zasını qazan­mışdı وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا ٥٦Kitabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi وَرَفَعۡنَٰهُ مَكَانًا عَلِيًّا ٥٧Biz onu yüksək bir mə­qama ucaltdıq أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدًاۤ وَبُكِيًّا ۩ ٥٨Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır ۞ فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا ٥٩Onların arxasınca nama­zı bura­xıb şəhvətə uyan bir nə­sil gəl­­di. Onlar ziyana uğra­ya­caqlar إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـًٔا ٦٠Ancaq Allaha tövbə edib iman gə­tirənlər və saleh əməllər edən­lərdən baş­qa! Onlar Cən­nətə daxil olacaq və heç bir haq­sız­lı­ğa məruz qalmaya­caq­lar جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيًّا ٦١Bu Cənnət Mərhəmətli Allahın Öz qul­la­rına vəd etdiyi və on­la­rın gör­mədikləri Ədn cən­nətləridir. Onun vədi mütləq ye­rinə ye­tə­cək­dir لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمًاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةً وَعَشِيًّا ٦٢Onlar orada boş sözlər deyil, an­caq: “Salam!” eşidə­cək­lər. Ora­da səhər-axşam on­la­rın ruzisi ola­caqdır تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيًّا ٦٣Qullarımızdan olan müt­tə­qilər üçün miras edəcəyimiz Cən­nət budur وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا ٦٤Mələklər dedi: “Biz dün­ya­ya ancaq sənin Rəbbinin əmri ilə eni­rik. Önü­müz­də, arxa­mız­da və onların arasında nə var­sa, Ona məxsusdur. Rəb­bin unu­dan de­yildir” رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيًّا ٦٥O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyır­san­mı وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ٦٦İnsan soruşar: “Doğru­dan­mı mən öldükdən sonra qə­­birdən diri çıxar­dıla­cağam?” أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـًٔا ٦٧Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən ya­rat­dı­ğı­mı­zı xatırlamır­mı فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيًّا ٦٨Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı diz üstə çökmüş halda Cə­hən­nəmin ət­rafına yerləşdi­rə­cə­yik ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيًّا ٦٩Sonra hər firqədən Mər­həmətli Allaha ən çox asi olanı çı­xar­da­­cağıq ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيًّا ٧٠Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمًا مَّقۡضِيًّا ٧١İçinizdən hər kəs oraya va­rid ola­caqdır. Bu, Rəbbinin əzəl­dən müəyyən et­diyi qəti bir qərardır ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيًّا ٧٢Sonra Biz müttəqiləri od­dan xilas edəcək, zalımları isə orada diz üstə çök­müş halda tərk edəcəyik وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٌ مَّقَامًا وَأَحۡسَنُ نَدِيًّا ٧٣Onlara açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə de­yərlər: “Bu iki firqədən hansının məqa­mı da­ha yaxşı, məc­lisi daha gö­zəl­dir?” وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثًا وَرِءۡيًا ٧٤Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə on­lar­dan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرٌّ مَّكَانًا وَأَضۡعَفُ جُندًا ٧٥De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər” وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدًىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيۡرٌ مَّرَدًّا ٧٦Allah doğru yolda olan­ların doğ­ru­luğunu artırar. Əbə­di qa­lan yaxşı əməl­lər isə Rəb­bi­nin ya­nında savab ba­xı­mın­dan daha xe­yirli, aqibətcə da­ha yax­şıdır أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا ٧٧Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad ve­ri­lə­cək­!”– deyən ada­mı gördünmü أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدًا ٧٨Olmaya, o, qeybdən xə­bər­dardır, yoxsa Mərhəmətli Allah­dan vəd almış­dır كـَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدًّا ٧٩Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدًا ٨٠Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək­dir وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لِّيَكُونُواْ لَهُمۡ عِزًّا ٨١Müşriklər Allahdan baş­qa məbud­lar qəbul etdilər ki, on­lara kö­mək ol­sunlar كـَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ٨٢Xeyr! Qiyamət günü o məbudlar onla­rın ibadətini inkar edə­cək və onların əleyhinə çı­xa­caq­lar أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزًّا ٨٣Məgər kafirlərin üstünə on­ları günaha sövq edən şey­tanları gön­dər­di­yimizi gör­mür­sənmi فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدًّا ٨٤Odur ki, onlardan ötrü əzab dilə­məyə tələsmə. Biz on­la­rın gün­lə­rini bir-bir sayırıq يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدًا ٨٥O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hör­mət­li nü­mayən­dələr kimi toplayarıq وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدًا ٨٦Günahkarları isə Cəhən­nə­mə su­samış olduqları halda qo­vub apa­rarıq لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدًا ٨٧Mərhəmətli Allahdan əhd almış kəslər­dən başqaları şə­fa­ət et­­məyə qadir ol­mazlar وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدًا ٨٨Kafirlər: “Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!”– de­dilər لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدًّا ٨٩Siz olduqca pis bir iş tut­dunuz تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا ٩٠Bundan az qaldı göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub uçsun – أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدًا ٩١Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görə وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ٩٢Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدًا ٩٣Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa an­caq bir qul ki­mi gə­ləcək لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدًّا ٩٤Allah onları hesablamış və bir-bir saymış­dır وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا ٩٥Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَيَجۡعَلُ لَهُمُ ٱلرَّحۡمَٰنُ وُدًّا ٩٦İman gətirib yaxşı işlər gö­rənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlb­lərdə bir sev­gi ya­radacaq فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلۡمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوۡمًا لُّدًّا ٩٧Biz Quranı sənin di­linlə asan­laş­dırdıq ki, onunla müt­tə­qi­lə­rə müjdə verəsən və inad­karlara xəbər­darlıq edəsən وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هَلۡ تُحِسُّ مِنۡهُم مِّنۡ أَحَدٍ أَوۡ تَسۡمَعُ لَهُمۡ رِكۡزَۢا ٩٨Biz onlardan əvvəl neçə-neçə nə­sli məhv etdik. Heç on­lar­dan ki­min­sə mövcudlu­ğu­nu hiss edir və yaxud on­lar­dan bir hə­nir­ti eşidirsənmi

Translation: Khan Musayev.