Millat al-Islam

Chapter 90 · 20 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Balad in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Balad (1312 reciters)
Meccanسورة البلد20 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ ١And içirəm bu şəhərə (Məkkəyə) وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ٢Sənin yaşadığın (sənə halal olan) şəhərə وَوَالِدٍ وَمَا وَلَدَ ٣And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ ٤Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur) أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٌ ٥Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir يَقُولُ أَهۡلَكۡتُ مَالًا لُّبَدًا ٦Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ ٧Məgər o heç kəsin onu görmədiyini güman edir أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ ٨Məgər Biz ona iki göz vermədikmi وَلِسَانًا وَشَفَتَيۡنِ ٩Eləcə də bir dil və qoşa dodaq (vermədikmi) وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ ١٠Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ ١١Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi) وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ١٢(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir فَكُّ رَقَبَةٍ ١٣bir kölə azad etməkdir أَوۡ إِطۡعَٰمٌ فِي يَوۡمٍ ذِي مَسۡغَبَةٍ ١٤Yaxud aclıq günü (zamanı) yemək verməkdir يَتِيمًا ذَا مَقۡرَبَةٍ ١٥Qohumluq əlaqəsi çatan bir yetimə أَوۡ مِسۡكِينًا ذَا مَتۡرَبَةٍ ١٦Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ١٧Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ١٨Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir) وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ١٩Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir) عَلَيۡهِمۡ نَارٌ مُّؤۡصَدَةُۢ ٢٠Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər)

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.