ملة الإسلام

السورة 90 · 20 آية · Alikhan Musayev

سورة البلد باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة البلد (1,326 قارئاً)
مكيةسورة البلد٢٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ ١And içirəm bu şəhərə (Məkkəyə) وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ٢Sən də o şəhərin sakinisən وَوَالِدٍ وَمَا وَلَدَ ٣And olsun valideynə və onun törəməsinə لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ ٤Biz insanı çətinlik içində xəlq etdik أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٌ ٥O, heç kəsin ona gücü çatmayacağınımı güman edir يَقُولُ أَهۡلَكۡتُ مَالًا لُّبَدًا ٦O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ ٧O, heç kəsin onu görməyəcəyinimi zənn edir أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ ٨Məgər ona iki gözü Biz verməmişikmi وَلِسَانًا وَشَفَتَيۡنِ ٩Bir dillə iki dodaq verməmişikmi وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ ١٠Onu iki yoxuşlu yola yönəltmədikmi فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ ١١O isə sərt yoxuşu aşmağa can atmadı وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ١٢Sən nə bilirsən ki, sərt yoxuş nədir فَكُّ رَقَبَةٍ ١٣O, bir kölə azad etməkdir أَوۡ إِطۡعَٰمٌ فِي يَوۡمٍ ذِي مَسۡغَبَةٍ ١٤və ya aclıq günündə möhtaca yemək verməkdir – يَتِيمًا ذَا مَقۡرَبَةٍ ١٥qohumluq əlaqəsi çatan bir yetimə أَوۡ مِسۡكِينًا ذَا مَتۡرَبَةٍ ١٦yaxud aclıqdan yerə uzanmış kasıba ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ١٧Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ١٨Onlar sağ tərəf sahibləridir وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ١٩Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir عَلَيۡهِمۡ نَارٌ مُّؤۡصَدَةُۢ ٢٠Od onların üzərində qapanacaqdır

الترجمة: Alikhan Musayev.