ملة الإسلام

السورة 74 · 56 آية · Alikhan Musayev

سورة المدثر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة المدثر (1,220 قارئاً)
مكيةسورة المدثر٥٦ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ١Ey libasına bürünüb örtünmüş peyğəmbər قُمۡ فَأَنذِرۡ ٢Qalx və insanları xəbərdar et وَرَبَّكَ فَكَبِّرۡ ٣Təkcə Rəbbini uca tut وَثِيَابَكَ فَطَهِّرۡ ٤Geyimini təmiz saxla وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ ٥Pis şeyləri tərk et وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ ٦Yaxşılığı təmənna məqsədilə etmə وَلِرَبِّكَ فَٱصۡبِرۡ ٧Rəbbin üçün səbir et فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ ٨Sur üfürülərkən – فَذَٰلِكَ يَوۡمَئِذٍ يَوۡمٌ عَسِيرٌ ٩Çətin bir gün olacaq عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٍ ١٠Həmin gün kafirlərə asan olmayacaqdır ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدًا ١١Məni yaratdığım kimsə ilə tək burax وَجَعَلۡتُ لَهُۥ مَالًا مَّمۡدُودًا ١٢Mən ona bolluca var-dövlət bağışladım وَبَنِينَ شُهُودًا ١٣qayğısına qalan oğullar verdim وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدًا ١٤və onu hər cür imkanlarla təmin etdim ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ١٥Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır كـَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدًا ١٦Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir سَأُرۡهِقُهُۥ صَعُودًا ١٧Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨Çünki o, fikirləşərək qərara gəldi فَقُتِلَ كَيۡفَ قَدَّرَ ١٩Ona ölüm olsun! Necə qərara gəldi ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ ٢٠Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi ثُمَّ نَظَرَ ٢١Sonra o nəzər saldı ثُمَّ عَبَسَ وَبَسَرَ ٢٢Üz-gözünü turşudub qaşqabağını tökdü ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ ٢٣Sonra da arxasını çevirib təkəbbür göstərdi فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ يُؤۡثَرُ ٢٤və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ ٢٥Bu, adi insan kəlamıdır سَأُصۡلِيهِ سَقَرَ ٢٦Mən onu Səqərə salacağam وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ ٢٧Sən haradan biləsən ki, Səqər nədir لَا تُبۡقِي وَلَا تَذَرُ ٢٨O, kimsəni sağ-salamat buraxmaz لَوَّاحَةٌ لِّلۡبَشَرِ ٢٩dərini yandırıb-yaxar عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ ٣٠Onun üzərində on doqquz gözətçi mələk vardır وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنًا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ٣١Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır كـَلَّا وَٱلۡقَمَرِ ٣٢Xeyr! And olsun aya وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ ٣٣And olsun dönüb uzaqlaşan gecəyə وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ ٣٤And olsun ağarmaqda olan sübh çağına إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ ٣٥Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir نَذِيرًا لِّلۡبَشَرِ ٣٦həm bəşəriyyət üçün xəbərdarlıqdır لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ ٣٧həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ ٣٨Hər bir kəs qazandığının girovuna çevrilir إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ ٣٩sağ tərəf sahiblərindən başqa فِي جَنَّٰتٍ يَتَسَآءَلُونَ ٤٠Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – عَنِ ٱلۡمُجۡرِمِينَ ٤١günahkarlar barəsində مَا سَلَكَكُمۡ فِي سَقَرَ ٤٢Sizi Səqərə salan nədir قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ ٤٣Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ٤٤Kasıbı da yedizdirməzdik وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ ٤٥Batil sözlər danışanlarla birlikdə biz də danışardıq وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ ٤٦və Haqq-hesab gününü yalan hesab edərdik – حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ ٤٧ölüm yəqinliyi bizə gələnə qədər” فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ٤٨Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ ٤٩Onlara nə olub ki, nəsihətdən üz döndərirlər كَأَنَّهُمۡ حُمُرٌ مُّسۡتَنفِرَةٌ ٥٠Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki فَرَّتۡ مِن قَسۡوَرَةِۭ ٥١ovçulardan (yaxud aslandan) qaçırlar بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفًا مُّنَشَّرَةً ٥٢Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir كـَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ ٥٣Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar كـَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٌ ٥٤Xeyr! Bu Quran bir nəsihətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ٥٥İstəyən onu xatırlayar وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ ٥٦Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur

الترجمة: Alikhan Musayev.