ملة الإسلام

السورة 51 · 60 آية · Khan Musayev

سورة الذاريات باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الذاريات (1,260 قارئاً)
مكيةسورة الذاريات٦٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلذَّٰرِيَٰتِ ذَرۡوًا ١And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə فَٱلۡحَٰمِلَٰتِ وِقۡرًا ٢And olsun yağmur yükü daşıyan­lara فَٱلۡجَٰرِيَٰتِ يُسۡرًا ٣And olsun asanlıqla üzüb gedən­lərə فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا ٤And olsun işləri paylaş­dı­ranlara إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ ٥Sizə vəd olunanlar həqi­qət­dir وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ ٦Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ ٧And olsun gözəl gö­rü­nü­şü olan səmaya إِنَّكُمۡ لَفِي قَوۡلٍ مُّخۡتَلِفٍ ٨Sizin sözləriniz ziddiy­yət­li­dir يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ ٩Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər قُتِلَ ٱلۡخَرَّٰصُونَ ١٠Məhv olsun yalançılar ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٍ سَاهُونَ ١١O kəslər ki, cəhalət için­də olan qafillərdir يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ ١٢Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ ١٣O gün onlara odda əzab veri­lə­cək ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ ١٤Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!” إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٍ وَعُيُونٍ ١٥Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ ١٦öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular كَانُواْ قَلِيلًا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ ١٧Onlar gecələr ibadət edib az ya­tır­dı­lar وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ ١٨Sübh çağı isə bağış­lan­ma diləyir­dilər وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ١٩Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­ وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٌ لِّلۡمُوقِنِينَ ٢٠Qəti inananlar üçün yer üzündə dəlillər var وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ ٢١Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ ٢٢Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقٌّ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ ٢٣Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ ٢٤İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمًاۖ قَالَ سَلَٰمٌ قَوۡمٌ مُّنكَرُونَ ٢٥Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٍ سَمِينٍ ٢٦O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ ٢٧Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةًۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍ ٢٨O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٍ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٌ ٢٩Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!” قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ٣٠Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”

الجزء السابع والعشرون

۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٣١İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?” قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٍ مُّجۡرِمِينَ ٣٢Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةً مِّن طِينٍ ٣٣onların üstünə gildən daş­lar yağdıraq – مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ ٣٤həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!” فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ ٣٥Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٍ مِّنَ ٱلۡمُسۡلِمِينَ ٣٦Amma orada bir evdən başqa müsəlman tap­madıq وَتَرَكۡنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ٣٧Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٍ مُّبِينٍ ٣٨Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٌ ٣٩Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٌ ٤٠Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ ٤١Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ ٤٢O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٍ ٤٣Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ ٤٤Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٍ وَمَا كَانُواْ مُنتَصِرِينَ ٤٥Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı وَقَوۡمَ نُوحٍ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا فَٰسِقِينَ ٤٦Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٍ وَإِنَّا لَمُوسِعُونَ ٤٧Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ ٤٨Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٤٩Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٌ مُّبِينٌ ٥٠De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٌ مُّبِينٌ ٥١Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!” كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ ٥٢Beləcə, onlardan əvvəl­kilərə də elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “Sehrbaz­dır, ya da dəlidir!”– deməsin­lər أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٌ طَاغُونَ ٥٣Onlar bunu bir-birinə və­siyyətmi etmişlər? Xeyr, on­lar həd­di aşan adam­lardır فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٍ ٥٤Artıq onlardan üz dön­dər! Sən bu­na görə qınan­maz­san وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ ٥٥Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ ٥٦Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٍ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ ٥٧Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ ٥٨Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبًا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ ٥٩Şübhəsiz ki, zülm edən­ləri həm­taylarının qisməti ki­mi bir qis­mət göz­ləyir. Qoy onlar Məni tələsdirməsinlər فَوَيۡلٌ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ ٦٠Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin ha­lına

الترجمة: Khan Musayev.