ملة الإسلام

السورة 59 · 24 آية · Khan Musayev

سورة الحشر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الحشر (1,236 قارئاً)
مدنيةسورة الحشر٢٤ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrət­lidir, Hikmət sahibidir هُوَ ٱلَّذِيٓ أَخۡرَجَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن دِيَٰرِهِمۡ لِأَوَّلِ ٱلۡحَشۡرِۚ مَا ظَنَنتُمۡ أَن يَخۡرُجُواْۖ وَظَنُّوٓاْ أَنَّهُم مَّانِعَتُهُمۡ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنۡ حَيۡثُ لَمۡ يَحۡتَسِبُواْۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَۚ يُخۡرِبُونَ بُيُوتَهُم بِأَيۡدِيهِمۡ وَأَيۡدِي ٱلۡمُؤۡمِنِينَ فَٱعۡتَبِرُواْ يَٰٓأُوْلِي ٱلۡأَبۡصَٰرِ ٢Kitab əhlindən kafir olan­ları ilk dəfə toplayıb öz diya­rından çı­xardan Odur. Siz on­ların çıxacaqlarını güman et­mir­diniz. Onlar isə elə gü­man edir­di­lər ki, qalaları onları Allah­dan qo­ru­ya­caq. Allah isə on­ları gözləmə­dik­ləri yer­dən haq­layıb qəlblərinə qorxu sal­dı. On­lar ev­lərini həm öz əl­ləri, həm də möminlərin əlləri ilə da­ğı­dırdılar. İbrət götürün, ey ağıl sahibləri وَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ ٣Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır ذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٤Bu, onların Allaha və Onun Rəsuluna qarşı çıxmala­rına gö­rə­dir. Kim Allaha qarşı çıxsa, bilsin ki, həqiqətən, Allah şid­dətli cəza ve­rən­dir مَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ ٥Xurma ağaclarını kəsmə­yiniz, ya­xud onları kökü üs­tün­də sa­la­mat qoy­mağınız Alla­hın iznilədir və Onun fa­siqləri rə­zil etməsi üçün­dür وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ٦Allahın Öz Rəsuluna on­lar­dan ver­diyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdü­nüz. Lakin Allah Öz elçilə­rini istə­diyi kəs­lər üzə­rində hakim edir. Allah hər şeyə qadirdir مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡ أَهۡلِ ٱلۡقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ كَيۡ لَا يَكُونَ دُولَةَۢ بَيۡنَ ٱلۡأَغۡنِيَآءِ مِنكُمۡۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٧Allahın Öz Peyğəmbəri­nə kəndlə­rin əhalisindən ver­diyi qə­ni­mətlər Alla­ha, Pey­ğəmbə­rə, onun əqrəbasına, ye­tim­lərə, yox­sul­lara və mü­sa­fir­lərə məx­sus edil­mişdir ki, o mallar ara­nızdakı zən­gin­lə­rin var-döv­lə­ti olub qal­ma­sın. Pey­ğəmbər si­zə nə verirsə, onu gö­türün, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir لِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلًا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنًا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ ٨Qənimət həmçinin yurd­la­rından qo­­vulmuş və malla­rın­­dan məh­rum olun­muş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mər­hə­mətini və razı­lı­ğı­nı qazanmağa can atır, Alla­ha və Onun Rəsuluna kö­mək edirlər. Doğru olanlar da məhz onlardır وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةً مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٌۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٩Mühacirlərdən əvvəl Mədi­nədə yurd salmış, sonra da iman gə­tir­miş kimsələr öz yan­larına hicrət edənləri sevir, on­lara ver­dik­lə­ri­nə görə qəlblə­rində peş­man­çı­lıq hissi duy­murlar. Hətta özləri eh­ti­yac içində ol­salar belə, onları özlə­rin­dən üs­tün tutur­lar. Nəfsi­nin tama­hın­dan qo­runan kimsələr nicat ta­pan­lardır وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٌ رَّحِيمٌ ١٠Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!” ۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدًا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ ١١Münafiqlərin, Kitab əh­lindən ka­fir olan qardaşlarına: “Əgər siz yur­du­nuzdan qovul­sanız, biz də sizinlə bir­likdə çı­xıb gedəcək və si­zə qarşı heç vaxt heç kəsə tabe olmaya­ca­ğıq. Əgər mü­səl­man­lar sizə qar­şı vuruşsalar, müt­ləq sizə kö­mək edəcəyik!”– de­dik­lə­ri­ni görmədinmi? Allah onların ya­lançı ol­duğuna şahiddir لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ١٢Əgər onlar yurdlarından qovul­salar, münafiqlər onlarla birlik­də çıxıb get­məz, müsəl­manlar onlara qarşı vu­ruşsalar, onlara kö­mək­lik göstərməzlər. Əgər onlara yardım etmiş ol­salar, geri dö­nüb qaçar, sonra da onlara heç bir kömək edilməz لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةً فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٌ لَّا يَفۡقَهُونَ ١٣Doğrusu, onlar ürəklə­rində Allah­dan çox sizdən qor­xurlar. Çün­ki onlar anla­mayan adamlardır لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرًى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٌۚ تَحۡسَبُهُمۡ جَمِيعًا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٌ لَّا يَعۡقِلُونَ ١٤Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şə­hər­lər­də və ya divar arxasın­dan vuruşarlar. Onların öz ara­larındakı düş­mənçilik isə çox kəs­kindir. Sən onların həmrəy olduğunu gü­man edirsən, hal­buki onların qəlb­ləri dağınıq­dır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبًاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٥Onlar özlərindən bir az əvvəl əməl­lərinin cəzasını dad­mış, öz­ləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kim­sələrə bən­zə­yir­lər كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٌ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ١٦Münafiqlər şeytana bən­zəyirlər. Şeytan insana: “Kafir ol!”– de­yir. İnsan kafir olan ki­mi: “Mən səndən uzağam. Mən aləmlərin Rəb­bi olan Allah­dan qorxuram!”– deyir فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ ١٧Onların hər ikisinin aqi­bəti atəş içində əbədi qalmaq­dır. Za­lım­la­rın cəzası budur يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسٌ مَّا قَدَّمَتۡ لِغَدٍۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١٨Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə et­dik­lə­ri­nizdən xəbər­dar­dır وَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ١٩Allahı unudan, buna gö­rə də Alla­hın onları özlərinə unut­dur­duğu kəslər kimi ol­mayın! Onlar fasiqlərdir لَا يَسۡتَوِيٓ أَصۡحَٰبُ ٱلنَّارِ وَأَصۡحَٰبُ ٱلۡجَنَّةِۚ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ هُمُ ٱلۡفَآئِزُونَ ٢٠Cəhənnəm əhli ilə Cən­nət əhli eyni deyillər. Cənnət əhli uğur qaza­nan­lardır لَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيۡتَهُۥ خَٰشِعًا مُّتَصَدِّعًا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٢١Əgər Biz bu Quranı da­ğa nazil etsəydik, sən onun Alla­hın qor­xusun­dan boyun əyib parça-parça olduğunu gö­rər­din. Biz bu mi­salları insanlar üçün çəkirik ki, bəlkə, fikir­lə­şələr هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ٢٢O, Özündən başqa heç bir mə­bud olmayan, qeybi və aşkarı Bi­lən Allah­dır. O, Mər­hə­mətlidir, Rəhmlidir هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ ٢٣O, Özündən başqa heç bir mə­bud olmayan, Hökm­ran, Mü­qəd­dəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşa­hidə edən, Qüdrətli, Qa­dir, Məğrur Allah­dır. Allah onların Ona şərik qoş­duq­la­rından uca­dır هُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٤O, Xaliq, yoxdan Yara­dan, Surət­verən Allahdır. Ən gözəl ad­lar yalnız Ona məx­sus­dur. Göylərdə və yerdə olan­la­rın hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir

الترجمة: Khan Musayev.