ملة الإسلام

السورة 15 · 99 آية · Khan Musayev

سورة الحجر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الحجر (1,272 قارئاً)
مكيةسورة الحجر٩٩ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٍ مُّبِينٍ ١Əlif. Ləm. Ra. Bunlar Ki­ta­bın və açıq-aydın Quranın ayə­lə­ri­dir رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ ٢Kafirlər mütləq müsəl­man olma­la­rını arzulayacaq­lar ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٣Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعۡلُومٌ ٤Məhv etdiyimiz hər bir di­yarın mə­lum bir yazısı var idi (hə­lak ola­caq­la­rı vaxt əv­vəl­cə­dən müəyyən edil­miş­di) مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ ٥Heç bir ümmət öz əcəlini nə qa­baq­laya bilər, nə də yu­bada bi­lər وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٌ ٦Kafirlər dedilər: “Ey özü­nə Zikr na­zil edilən kəs! Doğru­dan da, sən də­li­sən لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٧Əgər doğru danışanlar­dan­­sansa, nə­­yə görə dediyinə şa­hid­lik edə bilən mə­lək­ləri bizə gə­tir­mirsən?” مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذًا مُّنظَرِينَ ٨Biz mələkləri ancaq haq­qı bərqərar etmək üçün endiri­rik. O za­man kafirlərə möhlət ve­ril­məz إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٩Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ ١٠Biz səndən öncə də əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ١١Onlara elə bir elçi gəl­məzdi ki, ona istehza etmə­sin­lər كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ ١٢Beləcə, Biz küfrü gü­nah­karların qəl­binə yeridirik لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ ١٣Onlar hələ də Qu­rana inan­mır­lar. Halbuki əv­vəlkilərin ba­şı­na gə­lənlər on­lara bəllidir وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ ١٤Əgər onlara göydən bir qapı aç­saydıq və onlar dayan­ma­dan oraya qalx­saydılar لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٌ مَّسۡحُورُونَ ١٥yenə də inanmayıb: “Göz­lərimiz du­manlanmış, daha doğ­­ru­su biz sehr­lən­mi­şik”– deyər­dilər وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ ١٦Biz səmada bürclər ya­rat­dıq və onu baxanlar üçün bəzədik وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٍ رَّجِيمٍ ١٧Onları qo­vulmuş hər bir şeytan­dan qoruduq إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٌ مُّبِينٌ ١٨Ancaq şeytanlardan kim göy əh­li­nin danışıqlarına xəl­vət­cə qu­laq assa, onu yandırıb ya­xan alov təqib edər وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٍ مَّوۡزُونٍ ١٩Biz yeri döşədik, orada möh­kəm dağlar yerləşdirdik və ora­da hər şey­dən lazım oldu­ğu qədər yetişdirdik وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ ٢٠Orada həm sizin üçün, həm də si­zin ruzi vermədik­lə­riniz üçün do­la­nı­şıq vasitələri yaratdıq وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعۡلُومٍ ٢١Elə bir şey yoxdur ki, onun xə­zi­nələri Bizdə olmasın. Biz onu ancaq mü­əyyən öl­çü­də endiririk وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ ٢٢Biz küləkləri dölləndi­ri­ci – bulud­larda su əmələ gəti­rən, bit­ki­lə­ri toz­lan­dıran bir vasitə ki­mi göndərdik, göy­dən yağ­mur yağdı­rıb onu sizə içirt­dik. Belə ol­ma­saydı, siz onu yığıb saxla­ya bil­məz­diniz وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ ٢٣Şübhəsiz ki, Biz həm di­ril­dir, həm də öldürürük və hər şeyə va­ris olan da Bizik وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ ٢٤Həqiqətən, sizdən əvvəl gəlib-ge­dənləri də bilirik, son­ra kim­lərin gələ­cə­yini də bili­rik وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ ٢٥Həqiqətən, Rəbbin onla­rı bir yerə toplayacaq. Çünki O, hikmət sahibidir, hər şeyi bilən­dir وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٍ مِّنۡ حَمَإٍ مَّسۡنُونٍ ٢٦Biz insanı başqa şəklə düş­müş qara palçıqdan, toxun­duq­da sax­sı kimi səs çıxaran quru gildən yaratdıq وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ ٢٧Cinləri isə daha öncə qız­mar alovdan yaratmışdıq وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرًا مِّن صَلۡصَٰلٍ مِّنۡ حَمَإٍ مَّسۡنُونٍ ٢٨Bir zaman Rəbbin mə­lək­lərə de­di: “Mən başqa şəklə düş­müş qara pal­çıqdan, toxun­duqda saxsı kimi səs çıxa­ran qu­ru gildən in­san yarada­cağam فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ ٢٩Mən ona biçim verib Öz ruhum­dan üfürdüyüm zaman siz ona səcdə edin!” فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ ٣٠Mələklərin hamısı ona səcdə etdi­lər إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣١Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında ol­maq­dan imtina etdi قَالَ يَٰٓإِبۡلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ ٣٢Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər ara­sın­da de­yilsən?” قَالَ لَمۡ أَكُن لِّأَسۡجُدَ لِبَشَرٍ خَلَقۡتَهُۥ مِن صَلۡصَٰلٍ مِّنۡ حَمَإٍ مَّسۡنُونٍ ٣٣İblis dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, to­xun­duqda sax­sı kimi səs çı­xa­ran quru gildən yarat­dı­ğın in­sana səc­də etmək mənə ya­raş­maz!” قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٌ ٣٤Allah dedi: “Oradan çıx! Artıq sən qo­vuldun وَإِنَّ عَلَيۡكَ ٱللَّعۡنَةَ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ ٣٥Haqq-hesab gününə qə­dər sənə lənət olacaqdır” قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ٣٦İblis dedi: “Ey Rəbbim! Onların di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver” قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ ٣٧Allah dedi: “Sən möhlət verilən­lər­dənsən إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ ٣٨Ancaq məlum vaxtın gü­­nünə qə­dər” قَالَ رَبِّ بِمَآ أَغۡوَيۡتَنِي لَأُزَيِّنَنَّ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَلَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ ٣٩İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə on­lara pis işləri gözəl göstərib onların ha­mı­sını az­dıracağam إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ ٤٠Yalnız Sənin seçilmiş, ix­laslı qul­la­rından başqa” قَالَ هَٰذَا صِرَٰطٌ عَلَيَّ مُسۡتَقِيمٌ ٤١Allah dedi: “Bu, Mənə tə­­rəf gə­ti­rib çıxaran düz yoldur إِنَّ عِبَادِي لَيۡسَ لَكَ عَلَيۡهِمۡ سُلۡطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡغَاوِينَ ٤٢Şübhəsiz ki, qullarım üzə­rində sə­nin heç bir hökmün yox­dur. Yalnız sənə uyan az­ğın­lar­dan başqa” وَإِنَّ جَهَنَّمَ لَمَوۡعِدُهُمۡ أَجۡمَعِينَ ٤٣Həqiqətən, Cəhənnəm on­la­rın ha­mısına vəd olunmuş yer­dir لَهَا سَبۡعَةُ أَبۡوَٰبٍ لِّكُلِّ بَابٍ مِّنۡهُمۡ جُزۡءٌ مَّقۡسُومٌ ٤٤Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olun­muşdur إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٍ وَعُيُونٍ ٤٥Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar ٱدۡخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ ٤٦Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!” وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلٍّ إِخۡوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ ٤٧Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar لَا يَمَسُّهُمۡ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنۡهَا بِمُخۡرَجِينَ ٤٨Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar ۞ نَبِّئۡ عِبَادِيٓ أَنِّيٓ أَنَا ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٤٩Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm ۞ وَأَنَّ عَذَابِي هُوَ ٱلۡعَذَابُ ٱلۡأَلِيمُ ٥٠Əzabım isə ağrılı-acılı əzab­dır وَنَبِّئۡهُمۡ عَن ضَيۡفِ إِبۡرَٰهِيمَ ٥١Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمًا قَالَ إِنَّا مِنكُمۡ وَجِلُونَ ٥٢O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi قَالُواْ لَا تَوۡجَلۡ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٍ ٥٣Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər قَالَ أَبَشَّرۡتُمُونِي عَلَىٰٓ أَن مَّسَّنِيَ ٱلۡكِبَرُ فَبِمَ تُبَشِّرُونَ ٥٤İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?” قَالُواْ بَشَّرۡنَٰكَ بِٱلۡحَقِّ فَلَا تَكُن مِّنَ ٱلۡقَٰنِطِينَ ٥٥Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!” قَالَ وَمَن يَقۡنَطُ مِن رَّحۡمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ ٥٦İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?” قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ٥٧İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?” قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٍ مُّجۡرِمِينَ ٥٨Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمۡ أَجۡمَعِينَ ٥٩yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَآ إِنَّهَا لَمِنَ ٱلۡغَٰبِرِينَ ٦٠Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik” فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلۡمُرۡسَلُونَ ٦١Elçilər Lut əhlinin ya­nı­na gəl­dik­də قَالَ إِنَّكُمۡ قَوۡمٌ مُّنكَرُونَ ٦٢o dedi: “Siz yad adam­lar­sınız!” قَالُواْ بَلۡ جِئۡنَٰكَ بِمَا كَانُواْ فِيهِ يَمۡتَرُونَ ٦٣Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik وَأَتَيۡنَٰكَ بِٱلۡحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ ٦٤Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٍ مِّنَ ٱلَّيۡلِ وَٱتَّبِعۡ أَدۡبَٰرَهُمۡ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٌ وَٱمۡضُواْ حَيۡثُ تُؤۡمَرُونَ ٦٥Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın” وَقَضَيۡنَآ إِلَيۡهِ ذَٰلِكَ ٱلۡأَمۡرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقۡطُوعٌ مُّصۡبِحِينَ ٦٦Biz ona vəhy etdik ki, sübh çağı on­ların kökü kəsi­lə­cək وَجَآءَ أَهۡلُ ٱلۡمَدِينَةِ يَسۡتَبۡشِرُونَ ٦٧Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيۡفِي فَلَا تَفۡضَحُونِ ٦٨Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin وَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ ٦٩Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!” قَالُوٓاْ أَوَلَمۡ نَنۡهَكَ عَنِ ٱلۡعَٰلَمِينَ ٧٠Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?” قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ ٧١O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!” لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ ٧٢Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ ٧٣Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةً مِّن سِجِّيلٍ ٧٤Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّلۡمُتَوَسِّمِينَ ٧٥Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ ٧٦Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّلۡمُؤۡمِنِينَ ٧٧Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ ٧٨Əykə əhli də zalım idi فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ ٧٩Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ ٨٠Hicr əhli də elçiləri ya­lançı saydı وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٨١Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ ٨٢Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ ٨٣Onları sübh çağı qor­xunc səs ya­xaladı فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٤Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٌۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ ٨٥Biz göyləri, yeri və on­la­rın ara­sında olanları yalnız haqq ola­raq yarat­dıq. O Saat mütləq gələ­cəkdir. Odur ki, Sən onları gö­zəl tərzdə bağışla إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ ٨٦Həqiqətən, Rəbbin Yara­dan­dır, Bi­ləndir وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعًا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ ٨٧Biz sənə təkrarlanan yed­di ayə­ni və əzəmətli Quranı verdik لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجًا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ ٨٨Onların bəzi təbəqələ­ri­nə verdi­yimiz fani dünya ma­lı­na gö­zü­nü dik­mə, onlara görə kədər­lənmə, mömin­lər­lə yum­şaq davran وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ ٨٩və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!” كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ ٩٠Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik ٱلَّذِينَ جَعَلُواْ ٱلۡقُرۡءَانَ عِضِينَ ٩١Onlar Quranı hissələrə böl­dülər (bir qisminə inanıb, digər qis­mini inkar etdilər) فَوَرَبِّكَ لَنَسۡـَٔلَنَّهُمۡ أَجۡمَعِينَ ٩٢Rəbbinə and olsun ki, Biz onların hamısından soruşa­ca­ğıq – عَمَّا كَانُواْ يَعۡمَلُونَ ٩٣törətdikləri əməllər barə­sində فَٱصۡدَعۡ بِمَا تُؤۡمَرُ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ ٩٤Sənə buyurulanı açıq-aş­kar bə­yan et və müşriklərdən üz çe­vir إِنَّا كَفَيۡنَٰكَ ٱلۡمُسۡتَهۡزِءِينَ ٩٥Sözsüz ki, istehza edən­lərə qarşı Biz sənə yetərik ٱلَّذِينَ يَجۡعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٩٦O kəslər ki, Allaha baş­qa məbudu şə­rik qoşurlar. Onlar tez­lik­lə biləcəklər وَلَقَدۡ نَعۡلَمُ أَنَّكَ يَضِيقُ صَدۡرُكَ بِمَا يَقُولُونَ ٩٧Biz onların dediklərin­dən sənin qəl­binin daraldığını bi­lirik فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ ٩٨Sən həmd-səna ilə Rəb­bini təriflə və səcdə edən­lər­dən ol وَٱعۡبُدۡ رَبَّكَ حَتَّىٰ يَأۡتِيَكَ ٱلۡيَقِينُ ٩٩Sənə ölüm gələnədək Rəb­binə iba­dət et

الترجمة: Khan Musayev.