ملة الإسلام

السورة 45 · 37 آية · Khan Musayev

سورة الجاثية باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الجاثية (1,150 قارئاً)
مكيةسورة الجاثية٣٧ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

حمٓ ١Ha. Mim تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ٢Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٍ لِّلۡمُؤۡمِنِينَ ٣Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün dəlillər var وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٌ لِّقَوۡمٍ يُوقِنُونَ ٤Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı can­lılarda qə­ti iman gə­tirmiş in­sanlar üçün neçə-neçə dəlil var وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزۡقٍ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٌ لِّقَوۡمٍ يَعۡقِلُونَ ٥Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə yeri ölümündən son­ra di­rilt­mə­sin­də və küləkləri istə­diyi səmtə yönəltməsində dü­şüncəli insanlar üçün də dəlil­lər var تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ ٦Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun dəlillərinə dair sözə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar وَيۡلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ ٧Vay halına iftiraçının və günah­ka­rın يَسۡمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتۡلَىٰ عَلَيۡهِ ثُمَّ يُصِرُّ مُسۡتَكۡبِرًا كَأَن لَّمۡ يَسۡمَعۡهَاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ ٨O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşit­məmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Be­lə­sini ağ­rı­lı-acılı bir əzabla müj­dələ وَإِذَا عَلِمَ مِنۡ ءَايَٰتِنَا شَيۡـًٔا ٱتَّخَذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٌ مُّهِينٌ ٩O, ayələrimizdən bir şey öy­rəndi­yi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab var مِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـًٔا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ١٠Qarşıda onları Cəhən­nəm göz­lə­yir. Nə qazandıqları şey­lər, nə də Allah­dan başqa tut­duqları hima­yə­çi­lər onla­rı əzab­dan qur­ta­ra bilməyəcək­lər. On­ları böyük bir əzab gözləyir هَٰذَا هُدًىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٌ مِّن رِّجۡزٍ أَلِيمٌ ١١Bu Quran doğru yol gös­təricisidir. Rəbbinin ayə­lərini inkar edən­lə­ri ən pis cəza – ağ­rılı-acılı əzab gözləyir ۞ ٱللَّهُ ٱلَّذِي سَخَّرَ لَكُمُ ٱلۡبَحۡرَ لِتَجۡرِيَ ٱلۡفُلۡكُ فِيهِ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ax­tarmanız üçün dənizi sizin xidmətinizə verən Allah­dır. Bəlkə, şükür edəsiniz وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعًا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ١٣Göylərdə və yerdə olan­ların ha­mısını O, sizin xid­mə­tinizə ver­mişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var­ قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٤İman gətirənlərə de ki, Allah, qa­zandıqları günahlara görə hər hansı bir tayfanın cə­zasını versin deyə, Allahın əzab günlərini göz­ləməyən­ləri ba­ğış­la­sın­lar مَنۡ عَمِلَ صَٰلِحًا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١٥Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız وَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ ١٦Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik وَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٍ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٧Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ ١٨Sonra sənə də dində şə­riət yolu göstərdik. Sən ona ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma إِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـًٔاۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٍۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ ١٩Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-bi­rinin himayədarı­dır­lar, Allah isə müt­tə­qilərin Himayə­da­rı­dır هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدًى وَرَحۡمَةٌ لِّقَوۡمٍ يُوقِنُونَ ٢٠Bu Quran insanlar üçün açıq-ay­dın bir dəlil, qəti ina­nanlar üçün isə doğru yol gös­təricisi və mər­hə­mətdir أَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَوَآءً مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ ٢١Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölüm­­lə­­rindən son­ra da iman gə­tirib yaxşı işlər gö­rən­lərlə eyni tuta­ca­ğı­mı­zı güman edir­lər? Nə pis mühakimə yürü­dür­lər وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٢Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək أَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٍ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةً فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ ٢٣Nəfsinin istəyini ilahi­ləş­dirən şəx­si gördünmü? Allah əzəli el­mi sayə­sində onu azğın­lığa saldı, qulağı­nı və qəlbini möhürlədi, gö­zünə də pərdə çəkdi. Allah­dan başqa kim onu doğru yola yö­nəl­də bilər? Mə­gər düşünüb anla­mırsınız وَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ ٢٤Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٍ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi قُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢٦De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٍ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ ٢٧Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةًۚ كُلُّ أُمَّةٍ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­ هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٩Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!” فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ ٣٠İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمًا مُّجۡرِمِينَ ٣١Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ ٣٢Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz” وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٣Onların etdikləri pis əməl­lər öz­lərinin qarşısına çı­xacaq, is­teh­za etdik­ləri əzab onları bü­rüyəcək وَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ ٣٤və onlara deyiləcək: “Siz bu gününüzlə qarşıla­şa­ca­ğınızı unutduğu­nuz kimi, Biz də bu gün sizi unu­da­ca­ğıq. Si­zin gedəcə­yiniz yer Cəhən­nəm­dir. Sizin köməkçiləriniz də ol­maya­caq­ ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوًا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٣٥Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyur­du­nuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxa­rıl­ma­ya­caq və on­lar­dan töv­bə etmələri tələb olunma­yacaq­ فَلِلَّهِ ٱلۡحَمۡدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٣٦Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur وَلَهُ ٱلۡكِبۡرِيَآءُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣٧Göylərdə və yerdə bö­yüklük yal­nız Ona məx­sus­dur. O, Qüd­rət­lidir, Hikmət sahibidir

الترجمة: Khan Musayev.