ملة الإسلام

السورة 54 · 55 آية · Khan Musayev

سورة القمر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة القمر (1,232 قارئاً)
مكيةسورة القمر٥٥ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ ١Qiyamət yaxınlaşdı və ay yarıldı وَإِن يَرَوۡاْ ءَايَةً يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٌ مُّسۡتَمِرٌّ ٢Onlar bir möcüzə gör­dük­də üz döndərib: “Bu, davam e­dən bir sehrdir” deyirlər وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٍ مُّسۡتَقِرٌّ ٣Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin is­tək­lə­ri­nə tabe oldu­lar. Halbuki hər bir iş bərqərar olacaq وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ ٤Onlara küfrdən çəkin­di­rən neçə-ne­çə xəbər gəlmiş­dir حِكۡمَةُۢ بَٰلِغَةٌۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ ٥Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٍ نُّكُرٍ ٦Sən də onları tərk et! Car­çının on­ları xoşagəlməz bir şe­yə ça­ğı­ra­cağı gün خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٌ مُّنتَشِرٌ ٧onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxacaqlar مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٌ ٨Kafirlər carçıya tərəf tə­lə­sərək: “Bu nə çətin bir gün­dür!”– de­yəcəklər ۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٍ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٌ وَٱزۡدُجِرَ ٩Onlardan əvvəl Nuh qöv­mü el­çi­lə­ri yalançı hesab et­miş­di. On­lar qu­lu­mu­zu yalançı sa­yıb: “O, dəlidir!”– dedilər və ona hədə-qor­xu gəldi­lər فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٌ فَٱنتَصِرۡ ١٠O, Rəbbinə yalvarıb: “Mə­ni üs­tə­lədilər! Mənə kö­mək et!”– de­di فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنۡهَمِرٍ ١١Biz göyün qapılarını ley­san yağışı ilə açdıq وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونًا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٍ قَدۡ قُدِرَ ١٢Yeri yarıb bulaqlar qay­natdıq. Göydən tökülən və yer­dən çıxan su­lar əzəl­dən yazıl­mış bir iş üçün bir-birinə qo­vuşdu وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٍ وَدُسُرٍ ١٣Biz onu taxtalardan pər­çimlənib mismarlanmış gəmi­də da­şı­dıq تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ ١٤İnkar edilmiş peyğəm­bə­rə mükafat olaraq o gəmi Göz­ləri­miz önün­də üzüb gedirdi وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةً فَهَلۡ مِن مُّدَّكِرٍ ١٥Biz həmin hadisə­ni nəsillə­rə ibrət üçün saxla­dıq. Amma heç bir ya­da salan varmı فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٦Görəydin Mənim əzabım və qor­xut­mağım necə oldu وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٍ ١٧Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı كَذَّبَتۡ عَادٌ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٨Ad qövmü də elçiləri ya­lançı saydı. Görəydin Mənim əzabım və qorxut­ma­ğım necə oldu إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحًا صَرۡصَرًا فِي يَوۡمِ نَحۡسٍ مُّسۡتَمِرٍّ ١٩Biz uzun sürən uğursuz bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ مُّنقَعِرٍ ٢٠O, insanları kökündən çıxar­dıl­mış xurma kötükləri kimi qo­par­dıb atırdı فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٢١Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٍ ٢٢Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ ٢٣Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı فَقَالُوٓاْ أَبَشَرًا مِّنَّا وَٰحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِي ضَلَٰلٍ وَسُعُرٍ ٢٤Onlar dedilər: “Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq? On­da biz az­ğınlığa dü­şər və ağılsız iş görmüş ola­rıq أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٌ ٢٥Zikr aramızdan təkcə onamı ve­rildi? Xeyr, o, yalan­çıdır, lov­ğa­dır!” سَيَعۡلَمُونَ غَدًا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ ٢٦Sabah onlar kimin ya­lan­çı və lovğa olduğunu müt­ləq bi­lə­cək­lər إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةً لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ ٢٧Biz onları sınağa çək­mək üçün bir dişi dəvə göndə­rə­cə­yik. On­ların nə edəcək­lərini göz­lə və əziyyətlərinə səbir et وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٍ مُّحۡتَضَرٌ ٢٨Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!” فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ ٢٩Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٣٠Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةً وَٰحِدَةً فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ ٣١Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٍ ٣٢Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ ٣٣Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٍ ٣٤Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik – نِّعۡمَةً مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ ٣٥Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ ٣٦Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٧Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!” وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٌ مُّسۡتَقِرٌّ ٣٨Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٩Elə isə əzabımı və təh­did­lərimi dadın وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٍ ٤٠Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ ٤١Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٍ مُّقۡتَدِرٍ ٤٢Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq أَكُفَّارُكُمۡ خَيۡرٌ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٌ فِي ٱلزُّبُرِ ٤٣Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٌ مُّنتَصِرٌ ٤٤Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ٤٥Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ ٤٦Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٍ وَسُعُرٍ ٤٧Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ ٤٨O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٍ ٤٩Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٌ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ ٥٠Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٍ ٥١Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı وَكُلُّ شَيۡءٍ فَعَلُوهُ فِي ٱلزُّبُرِ ٥٢Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسۡتَطَرٌ ٥٣Hər bir kiçik və böyük əməl ya­zılmışdır إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٍ وَنَهَرٍ ٥٤Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٍ مُّقۡتَدِرِۭ ٥٥qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar

الترجمة: Khan Musayev.