ملة الإسلام

السورة 28 · 88 آية · Khan Musayev

سورة القصص باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة القصص (1,208 قارئاً)
مكيةسورة القصص٨٨ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

طسٓمٓ ١Ta. Sin. Mim تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢Bu, açıq-aydın Kitabın ayə­ləridir نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٍ يُؤۡمِنُونَ ٣Biz sənə, iman gətirən in­sanlar üçün, Musa ilə Fironun əh­va­la­tı­nı ol­duğu kimi oxuya­cağıq إِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعًا يَسۡتَضۡعِفُ طَآئِفَةً مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ ٤Həqiqətən, Firon yer üzün­də təkəb­bürlük göstərib onun əha­li­sini zümrə­lərə bölmüşdü. Firon onlardan bir züm­rəni zə­if­lədir, on­ların oğlan uşaqları­nı öldürür, qadınlarını isə sağ bu­raxırdı. Hə­qi­qətən, o, fitnə-fəsad törədənlərdən idi وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةً وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ ٥Biz istədik ki, həmin yer­də aciz qa­lanlara mərhəmət göstə­rək, onları öndə gedənlər və varislər edək وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ ٦yer üzündə onlara hökm­ranlıq bəxş edək, Firona, Ha­ma­na və onların əsgərlərinə qor­xub çəkindikləri şeyi gös­tərək وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorx­duq­da isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sə­nə qay­ta­­racaq və onu elçi­lə­ri­mizdən biri edəcəyik”– deyə vəhy etdik فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوًّا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ٨Fironun ailəsi onu tapıb gö­tür­dü­ ki, axırda onlara düş­mən və başlarına bəla ol­sun. Hə­qiqətən, Firon, Haman və on­la­rın əs­gər­ləri günahkar idi­lər وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٍ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدًا وَهُمۡ لَا يَشۡعُرُونَ ٩Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sə­nin üçün gözay­dın­lı­ğıdır. Onu öl­dürməyin. Ola bilsin ki, o bizə bir fay­da verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonu­nu bilmirdilər وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠Musanın anasının ürəyi boş qal­mışdı (övlad dərdindən baş­qa heç bir şey haqda dü­şün­mürdü). Əgər Biz, və­dimizə ina­nan­lar­dan olsun deyə, onun qəl­binə səbir ver­məsəydik, az qa­la gör­düyü işi açıb bildi­rə­cəkdi وَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٍ وَهُمۡ لَا يَشۡعُرُونَ ١١Anası onun bacısına: “Onun da­lınca get!”– dedi. O da heç ki­mə hiss et­dirmədən kə­nardan Musaya göz qoyur­du ۞ وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٍ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ ١٢Daha öncə Biz ona öz ana­sından başqa bütün süd ana­la­rı­nın döşü­nü əmməyi qadağan etmişdik. Musa­nın ba­cısı dedi: “Si­zin üçün onun qay­ğı­sına qalacaq və ona qarşı xe­yirxah ola­caq bir ailəni sizə gös­tərimmi?” فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣Beləliklə, Biz onu öz ana­sına qay­tardıq ki, gözü ay­dın ol­sun, kədər­lən­məsin və Alla­hın vədinin haqq oldu­ğu­nu bil­sin. La­kin onla­rın çoxu bunu bil­mir وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمًا وَعِلۡمًاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٤Musa yetkinləşib kamil­lik döv­rü­nə çatdıqda Biz ona hökm­ran­lıq (pey­ğəm­bərlik) və elm əta etdik. Biz xe­yir­xah iş­lər görənləri be­lə mükafat­lan­dı­rı­rıq وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٍ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوٌّ مُّضِلٌّ مُّبِينٌ ١٥O, şəhərə əhalisi xəbər­siz ikən da­xil oldu və orada bir-biri ilə vu­ruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düş­mənlə­rindən idi. Tə­rəfdar­la­rından olan kəs onu düş­məninə qar­şı köməyə ça­ğır­dı. Musa onu vurub öl­dür­dü və: “Bu, şeytan əmə­lindəndir. Həqi­qə­tən, o, haqq yoldan az­dı­ran açıq-aydın bir düş­mən­dir!”– dedi قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ١٦Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı. Həqiqətən, O, Bağışla­yan­dır, Rəhm­li­dir قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرًا لِّلۡمُجۡرِمِينَ ١٧Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara ar­xa olmayacağam!” فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفًا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيٌّ مُّبِينٌ ١٨Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıx­dı. Bir­dən dü­nən onu kö­məyə çağıran kəs yenə fər­yad qopa­rıb onu kö­məyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yo­lunu az­mışın biri­sən!”– dedi فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوٌّ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ ١٩Musa ikisinin də düş­mə­ni olan kəsi (misirlini) ya­xa­la­maq is­tə­dikdə o dedi: “Ey Mu­sa! Sən dünən birini vu­rub öl­dürdüyün ki­mi, məni də öl­dür­mək­mi istəyirsən? Sən yer üzün­də ancaq bir zülm­kar ol­maq is­təyirsən. Sən islah edən­lərdən olmaq istə­mir­sən” وَجَآءَ رَجُلٌ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ٢٠Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Za­dəganlar səni öldür­mək barəsində məşvərət edir­­lər. Çıx get! İnan ki, mən sənin yaxşı­lı­ğını istəyənlərdənəm!” فَخَرَجَ مِنۡهَا خَآئِفًا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢١Musa qorxu içində ətra­fa baxa-baxa oradan çıxıb: “Ey Rəb­bim! Məni zalım adamla­rın əlindən qurtar!”– de­di وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ ٢٢O, Mədyən tərəfə yol­la­ndı və: “Ola bilsin ki, Rəbbim mə­nə doğ­ru yolu gös­tərsin!”– de­di وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةً مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٌ كَبِيرٌ ٢٣O, Mədyən sulağına gə­lib çatan­da quyunun yanında hey­van­larına su verən adamlar gör­dü. Onların yaxın­lı­ğında da qo­yun­la­rını o biri heyvanlar­dan geri çə­kən iki qız görüb: “Sizə nə olub?”– de­di. Onlar dedi­lər: “Ço­banlar heyvanlarını sürüb apar­mamış biz qo­­yunla­rımıza su verə bilmirik. Ata­mız da çox qoca­dır” فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٍ فَقِيرٌ ٢٤Musa onların yerinə qo­yunlara su verdi, sonra da köl­gəyə çə­ki­lib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xey­rə eh­ti­ya­cım var!” فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٍ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٥Bir qədər sonra qızlar­dan biri utana-utana onun yanına gə­lib de­di: “Atam bi­zim yeri­mi­zə qoyunları sulamağının haq­qını ödə­mək­dən ötrü səni ça­ğı­rır”. Mu­sa onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda o dedi: “Qorxma! Sən za­lım adam­ların əlin­dən xilas ol­mu­san!” قَالَتۡ إِحۡدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ ٢٦Qızlardan biri dedi: “Ata­can! Onu muzdla işə götür, çünki o, muzd­la işə götür­dük­lərinin ən yaxşısı, güclü və eti­barlı ola­nı­dır” قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٍۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرًا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ٢٧Şueyb dedi: “Səkkiz il mə­nə işlə­mək şərti ilə qızla­rım­dan bi­ri­ni sənə ərə vermək istəyi­rəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Mən sənə əziyyət vermək is­tə­­mi­rəm. Allah qoy­sa mənim əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən” قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ ٢٨Musa dedi: “Bu, ikimi­zin ara­sın­da olan razılıqdır. Bu iki müd­dət­dən han­sını başa çat­dırsam, mənə qarşı haqsız­lıq ol­mamalıdır. Allah da dedi­yi­mizə Vəkildir!” ۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارًا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٍ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ ٢٩Musa müddətini başa vu­rub ailəsi ilə birlikdə yola çıx­dı­ğı za­man Tur dağının ya­nında bir od gördü və ailəsinə dedi: “Da­ya­nın! Mən bir od gör­düm. Mən ondan sizə bir xəbər və ya bir köz gə­ti­rə­rəm ki, qızına­sınız” فَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٣٠Musa oraya gəlib çat­dıq­da sağ tərə­findəki vadinin ya­xın­lı­ğın­da olan müba­rək yer­də­ki ağac tərəfdən ona nida gəl­di: “Ey Mu­sa! Aləm­lə­rin Rəbbi olan Allah Mənəm وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدۡبِرًا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ ٣١Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını görüb, ge­ri­yə belə bax­ma­dan dönüb qaç­mağa başladı. Allah dedi: “Ey Musa! Ya­xın gəl, qorx­ma! Sən əmin-amanlıqda olanlardan­san ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا فَٰسِقِينَ ٣٢Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qor­xu keçib get­sin deyə əlini özünə sıx. Bu, Firona və onun əyan­la­rına qarşı sənin Rəb­bin­dən olan iki tutarlı də­lildir. Hə­qiqətən, on­lar fasiq adam­lar­dır” قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسًا فَأَخَافُ أَن يَقۡتُلُونِ ٣٣Musa dedi: “Ey Rəbbim! Mən on­lardan birini öldürmü­şəm, qor­xuram ki, onlar da mə­ni öldürələr وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانًا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءًا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ٣٤Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, de­dik­lərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlik­də göndər. Mən, həqiqətən də, on­ların məni yalançı sayacaq­larından qor­xu­ram” قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنًا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ ٣٥Allah dedi: “Biz səni qar­daşınla qüv­vətləndirəcək, iki­nizə də dəlil verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Möcüzələri­miz sa­yə­sin­də siz və sizə tabe olan­lar mütləq qalib gə­ləcəksiniz” فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٍ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٌ مُّفۡتَرًى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٣٦Musa onların yanına açıq-aydın dəlillərimizlə gəl­dikdə on­lar: “Bu an­caq uydu­rulmuş bir sehrdir. Biz ulu ba­baları­mızdan be­lə bir şey eşitmə­mi­şik”– dedilər وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ٣٧Musa dedi: “Rəbbim Öz tərəfin­dən kimin doğru yolu gös­tə­rən rəhbər gətirdiyini və Axi­rət yurdu­nun kimə nə­sib olaca­ğını da­ha yaxşı bilir. Şüb­həsiz ki, zalımlar nicat tap­maz­lar!” وَقَالَ فِرۡعَوۡنُ يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحًا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ ٣٨Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram. Ey Ha­man! Mənim üçün palçı­ğın üzə­rində od qa­la və bir qüllə düzəlt ki, Musanın məbudu­nun yanı­na qal­xım. Mən, hə­qi­qə­tən də, onu yalançı­lardan hesab edirəm وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ ٣٩Firon və onun əsgərləri yer üzün­də haqsız yerə təkəb­bür gös­tərdilər və elə güman etdilər ki, hüzurumuza qay­ta­rıl­ma­ya­caq­lar فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ٤٠Biz də onu və onun əs­gər­lərini tu­tub dənizə atdıq. Bax gör za­lım­ların aqi­bəti necə oldu وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةً يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ ٤١Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kö­­mək edilməyəcəkdir وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةًۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ ٤٢Bu dünyada onları lənə­tə düçar etdik. Qiyamət günü isə on­lar Allahın rəhmətindən qo­vulmuş kimsələrdən ola­caqlar وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًى وَرَحۡمَةً لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٣Biz əvvəlki nəsilləri məhv etdik­dən sonra Musaya insan­lar üçün açıq-aydın dəlillər, doğ­ru yol göstəricisi və rəhmət ola­raq Ki­tab verdik ki, bəlkə, dü­şünüb ibrət alsınlar وَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّٰهِدِينَ ٤٤Biz Musaya əmri yerinə yetir­mə­yi tapşırdıqda sən da­ğın qərb tərəfində deyildin. Sən bu­na şahid olanlardan da de­yil­din وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيًا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ ٤٥Lakin Biz Musadan sonra neçə-neçə nəsil yarat­dıq və on­lar uzun ömür sürdü­lər. Sən Mədyən sakinləri ara­sında olub ayə­lə­rimizi onlara oxu­mur­dun. Lakin elçiləri Biz göndəririk وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةً مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمًا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٦Biz Musanı çağırdığımız zaman da sən Tur dağının yanında de­yil­din. Lakin səndən əvvəl öz­lərinə xəbərdar edən pey­ğəm­bər gəl­mə­miş bir tayfanı xəbər­dar edəsən deyə, Rəbbin­dən bir mər­hə­mət ola­raq səni pey­ğəmbər göndərdik ki, bəlkə, dü­şünüb anlayalar وَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٤٧Özlərinin etdikləri əməl­lərə görə onlara bir müsibət üz ver­dik­də: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər gön­dərmədin ki, biz də Sənin ayə­lərinə tabe olub möminlərdən olaq?”– demə­səy­dilər, səni pey­ğəmbər göndərməzdik فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلٍّ كَٰفِرُونَ ٤٨Bizim tərəfimizdən on­lara haqq gəldikdə onlar: “Nə üçün Mu­saya veri­lənin bən­zə­ri ona da verilmədi?”– de­dilər. Məgər on­lar daha öncə Musa­ya veriləni inkar etməmiş­di­lər­mi? Onlar de­miş­dilər: “Bir-bi­rini dəs­təkləyən iki sehr (Töv­rat və Quran)!” Həm­çinin de­mişdi­lər: “Biz heç birinə inan­mırıq!” قُلۡ فَأۡتُواْ بِكِتَٰبٍ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٩De: “Əgər doğru deyir­si­nizsə, Allah tərəfindən elə bir Kitab gə­tirin ki, bu ikisindən daha doğru yol gös­tərən bir rəh­bər olsun və mən də ona ta­be olum!” فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدًى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥٠Əgər sənə cavab vermə­sələr, bil ki, onlar nəfslərinin is­tək­lə­ri­nə uymuş­lar. Allah­dan bir doğru yol göstəricisi gəl­məyincə öz nəf­sinin is­təyinə uyan­dan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yö­nəltməz ۞ وَلَقَدۡ وَصَّلۡنَا لَهُمُ ٱلۡقَوۡلَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٥١Biz Sözü onlara çatdır­dıq ki, dü­şünüb ibrət alsın­lar ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ ٥٢Qurandan əvvəl özlərinə Kitab ver­diyimiz kəslər ona iman gə­tirirlər وَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ ٥٣Onlara Quran oxundu­ğu zaman: “Biz ona iman gətir­dik. O, hə­qi­qətən də, Rəbbimizdən olan haqdır. Biz on­dan əvvəl də mü­səl­man idik!”– deyir­lər أُوْلَٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٥٤Səbir etdiklərinə görə on­lara mü­kafatları ikiqat veri­lə­cək. On­lar pis­li­yi yaxşı­lıqla dəf edir və özlərinə ver­di­yi­miz ru­zi­dən Allah yolunda xərclə­yir­lər وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ ٥٥Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bi­zim əməl­lərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam ol­sun! Biz cahillərə qo­şul­maq istəmirik!”– deyirlər إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٥٦Şübhəsiz ki, sən istədi­yi­ni doğru yola yönəldə bil­məz­sən. Am­ma Allah istədi­yini doğ­ru yola yönəldir. O, doğ­ru yolda olan­la­rı daha yaxşı tanıyır وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنًا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٍ رِّزۡقًا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٥٧Kafirlər dedilər: “Əgər biz sənin­lə birlikdə doğru yol­la get­sək, yur­du­muzdan qo­vu­la­rıq”. Məgər Biz onları Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi, müqəd­dəs, təhlü­kəsiz bir yer­də yer­ləşdirmədikmi? La­kin onların çoxu bunu bilmir وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلًاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ ٥٨Biz xoş güzəranı ilə qür­rələnən neçə-neçə şəhəri məhv et­dik. Bu­dur onların yurdları. Özlərindən sonra bə­zilərindən başqa ora­da heç kəs sakin ol­madı. Onlara Biz varis olduq وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولًا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ٥٩Sənin Rəbbin şəhərlər­dən ən mü­hüm olanına, özlə­rinə ayə­lə­ri­­mizi oxu­yan bir elçi gön­dərməmiş o şəhərləri məhv et­mədi. Biz yal­­nız əhalisi zalım olan şəhərləri məhv etdik وَمَآ أُوتِيتُم مِّن شَيۡءٍ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٌ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ ٦٠Sizə verilən hər şey an­caq dünya həyatının keçici zövqü və onun bərbə­zəyidir. Allah ya­nında olanlar isə daha xeyirli və daha sü­rəklidir. Məgər anlamırsınız أَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنًا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ ٦١Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dün­ya həya­tının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət gü­nü Cəhənnəmə gə­tiriləcək kimsə ilə eyni ola bilər وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٦٢O gün Allah onları çağı­rıb deyə­cəkdir: “İddia etdi­yi­niz şə­rik­lərim ha­radadırlar?” قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ ٦٣Barələrində Sözün ger­çək­ləşə­cə­yi kimsələr deyəcək­lər: “Ey Rəb­bimiz! Bunlar bi­zim azdırdığımız kimsələrdir. Özümüz az­dı­ğı­mız kimi on­ları da az­dırdıq. Biz onlardan uzaq­laşıb Sənə üz tu­tu­ruq. Doğ­ru­su, onlar bizə ibadət et­mir­di­lər” وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ ٦٤Müşriklərə: “Şərikləri­nizi çağı­rın!”– deyiləcək. Müş­riklər on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar əza­bı gö­rə­cək­lər. Yaxşı olardı ki, onlar doğru yolla get­miş olay­dı­lar وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ ٦٥O gün Allah onları ça­ğırıb: “El­çi­lərə nə cavab verdi­niz?”– de­yəcək فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٍ فَهُمۡ لَا يَتَسَآءَلُونَ ٦٦O gün xəbərlər onlar­dan gizli qa­lacaq. Onlar bir-bi­rin­dən heç bir şey soruşa bil­məyəcəklər فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ٦٧Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, nicat ta­panlardan olsun وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٨Rəbbin istədiyini yara­dır və istə­diyini də peyğəmbər se­çir. On­la­rın isə seç­məyə haqqı yoxdur. Allah pakdır, müqəd­dəsdir və on­la­rın qoşduqları şə­riklərdən ucadır وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٦٩Sənin Rəbbin onların qəl­binin həm gizli saxladıqlarını, həm də aşkar etdik­lərini bilir وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٧٠O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ٧١De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qi­ya­mə­tə qə­dər uzat­sa, Allah­dan başqa hansı məbud sizə bir işıq gətirə bi­lər? Məgər eşit­mir­si­niz?” قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٍ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ ٧٢De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qi­ya­mə­tə qədər uzatsa, Allah­dan başqa hansı məbud din­cəl­di­yi­niz ge­cə­ni sizə gətirə bilər? Mə­gər görmürsünüz?” وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٣O, Öz mərhəməti ilə si­zin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincə­lə­si­niz və gündüzü Onun lütfündən ruzi axta­rası­nız. Bəl­kə, şükür edə­siniz وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٧٤O gün Allah onları ça­ğı­rıb: “İd­dia etdiyiniz şəriklə­rim ha­ra­da­dır­lar?”– deyəcək­dir وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٧٥Biz hər ümmətdən bir şa­hid çı­xar­dacaq və: “Dəlili­ni­zi gə­ti­rin!”– deyə­cəyik. Onlar bi­lə­cəklər ki, haqq yalnız Alla­ha məxsus­dur. Uydur­duqları büt­lər isə onları qoyub gedə­cək­lər ۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ٧٦Həqiqətən, Qarun Musa ilə həm­tayfa idi. Amma onlara qar­şı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir وَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ٧٧Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünya­dakı nə­sibini də unutma. Allah sənə yaxşılıq etdiyi ki­mi, sən də baş­qa­la­rı­na yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah fit­nə-fəsad törədən­ləri sevmir” قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةً وَأَكۡثَرُ جَمۡعًاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ ٧٨Qarun dedi: “Bu mənə ancaq mən­də olan biliyə görə ve­ril­miş­dir”. Mə­gər o bilmirdi ki, Allah ondan əv­vəlki nəsil­lər­dən, on­dan daha qüvvətli və daha çox var-dövlət yığan kəs­ləri məhv et­miş­dir? Günah­kar­lar öz günah­ları barəsində sor­ğu-sual olun­maz (üz­lə­rindən tanınarlar) فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍ ٧٩Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dün­ya hə­ya­tı­nı ar­zula­yanlar de­di­lər: “Kaş ki, Qaruna veri­lə­nin bən­zəri bizə də veriləydi! Hə­qiqə­tən, o, böyük qismət sa­hi­bidir” وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٌ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحًاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ٨٠Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yax­şı əməl edən kim­sə üçün Allahın mükafatı daha xeyirlidir. Bu­na isə yalnız sə­bir edənlər nail olarlar” فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ ٨١Biz onu öz evi ilə bir­lik­də yerə ba­tırdıq. Allaha qarşı ona kö­mək edə bi­lə­cək hava­darları yox idi. Və özü də özü­nə kömək edə bil­mədi وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ٨٢Dünən onun yerində ol­mağı ar­zulayanlar ertəsi gün de­yir­di­lər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ru­zini ar­tırar da, azaldar da. Əgər Allah bizə lütf etmə­səydi, bizi də yerə ba­tırardı. Ah, de­mək ka­fir­lər nicat tap­ma­yacaq­larmış!” تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادًاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ٨٣Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fit­nə-fəsad törət­mək istəmə­yən­lərə nəsib edirik. Gözəl aqibət müt­tə­qi­­lərindir مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٌ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٨٤Kim Qiyamət günü yaxşı əməl gə­tirsə, ona bundan daha yax­şısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq et­dik­ləri əməllərin cə­za­sı veri­lər إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍۚ قُل رَّبِّيٓ أَعۡلَمُ مَن جَآءَ بِٱلۡهُدَىٰ وَمَنۡ هُوَ فِي ضَلَٰلٍ مُّبِينٍ ٨٥Quranı sənə nazil edib va­cib bu­yu­ran Allah qayıdaca­ğın ye­rə (Məkkəyə, yaxud Axi­rət yurduna) səni mütləq qay­ta­ra­caqdır. De: “Rəb­bim kimin hi­dayət gətirdiyini və kimin açıq-aydın az­ğın­lıq için­də ol­duğunu yaxşı bilir” وَمَا كُنتَ تَرۡجُوٓاْ أَن يُلۡقَىٰٓ إِلَيۡكَ ٱلۡكِتَٰبُ إِلَّا رَحۡمَةً مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلۡكَٰفِرِينَ ٨٦Sən bu Kitabın sənə na­zil ola­ca­ğı­na ümid etmirdin. Bu an­caq Rəbbindən bir mər­hə­mətdir. Odur ki, heç vaxt ka­fir­lə­rə arxa ol­ma وَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ٨٧Allahın ayələri sənə na­zil edil­dikdən sonra muğayat ol ki, on­lar səni bu ayələrdən dön­dərməsinlər. Sən Rəb­binə də­vət et və müş­riklərdən olma وَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۘ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ كُلُّ شَيۡءٍ هَالِكٌ إِلَّا وَجۡهَهُۥۚ لَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٨Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan baş­qa iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaq­. Hökm Onundur və siz Ona qayta­rılacaqsınız

الترجمة: Khan Musayev.