ملة الإسلام

السورة 37 · 182 آية · Khan Musayev

سورة الصافات باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الصافات (1,203 قارئاً)
مكيةسورة الصافات١٨٢ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلصَّٰٓفَّٰتِ صَفًّا ١And olsun göylərdə və yer­də səf-səf duranlara فَٱلزَّٰجِرَٰتِ زَجۡرًا ٢imansızları qətiyyətlə qo­vanlara فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا ٣və Zikri oxuyanlara إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٌ ٤Həqiqətən, sizin məbu­du­nuz Tək­dir رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ٥O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ٦Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik وَحِفۡظًا مِّن كُلِّ شَيۡطَٰنٍ مَّارِدٍ ٧və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٍ ٨Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar دُحُورًاۖ وَلَهُمۡ عَذَابٌ وَاصِبٌ ٩və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ ١٠Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٍ لَّازِبِۭ ١١Kafirlərdən soruş ki, on­la­rı ya­rat­maq çətindir, yoxsa Bi­zim baş­qa ya­rat­dıqlarımızı? Biz ki onları yapışqan kimi palçıq­dan ya­rat­dıq بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ ١٢Sən onlara təəccüb edir­sən, onlar isə səni ələ salırlar وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ ١٣Onlara xatırlatdıqda dü­şü­nüb ib­rət almırlar وَإِذَا رَأَوۡاْ ءَايَةً يَسۡتَسۡخِرُونَ ١٤Bir möcüzə gördükdə isə ona is­tehza edir وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ مُّبِينٌ ١٥və deyirlər: “Bu ancaq açıq-ay­dın bir sehrdir أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ١٦Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildik­dən son­ra diril­di­ləcəyikmi أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ١٧Ya da atalarımızmı di­ril­diləcəklər?” قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ ١٨De: “Bəli, özü də, zəlil günə qal­mış olduğunuz halda di­ril­di­lə­cək­siniz” فَإِنَّمَا هِيَ زَجۡرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمۡ يَنظُرُونَ ١٩Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib gör­mə­yə baş­la­yacaqlar وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ٢٠Günahkarlar deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür!” هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١Onlara deyiləcək: “Bu, ya­lan say­dı­ğınız fərqləndirmə gü­nü­dür!” ۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ٢٢Mələklərə belə əmr olu­na­caq: “Top­layın bir yerə za­lım­la­rı, on­la­rın yol­daş­larını və iba­dət etdiklərini – مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ٢٣Allahdan başqa. Onları Cəhən­nəm yoluna yönəldin وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ٢٤Onları dayandırın, çün­ki onlar sor­ğu-sual olunacaq­lar” مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ٢٥Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?” بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ ٢٦Bəli, onlar bu gün baş əyəcəklər وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٢٧Onlar bir-birinə üz tutub soru­şa­caqlar قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz” قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ٢٩Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمًا طَٰغِينَ ٣٠Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik” فَإِنَّهُمۡ يَوۡمَئِذٍ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٣Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ٣٤Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجۡنُونِۭ ٣٦və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?” بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ٣٨Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٩Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٤٠Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٌ مَّعۡلُومٌ ٤١Məhz onlar üçün müəy­yən bir ruzi vardır – فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ ٤٢Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək – فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٤٣Nəim cən­nətlərində عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ ٤٤Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar يُطَافُ عَلَيۡهِم بِكَأۡسٍ مِّن مَّعِينِۭ ٤٥Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­ بَيۡضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ ٤٦Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab لَا فِيهَا غَوۡلٌ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ٤٧O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٌ ٤٨Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­ كَأَنَّهُنَّ بَيۡضٌ مَّكۡنُونٌ ٤٩Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٥٠Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar قَالَ قَآئِلٌ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٌ ٥١Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ٥٢O deyirdi: “Sən də ina­nanlar­dan­san أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣Məgər biz öldükdən, tor­pağa çev­rilib sür-sümük ol­duq­dan son­ra haqq-hesaba çəkilib cəzalandı­rıla­cağıq?” قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ٥٤O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?” فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ٥٥O boylanıb yoldaşını Cə­hən­nə­min ortasında görəcək قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ ٥٦və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edə­cək­din وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ٥٧Əgər Rəbbimin lütfü ol­masaydı, mən də Cəhənnəmə gə­ti­ri­lən­lər­dən olar­dım أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ ٥٨Doğrudanmı biz bir da­ha ölmə­yəcəyik – إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٥٩ilk ölümümüzdən başqa? Doğru­danmı biz heç vaxt əza­ba dü­çar olma­ya­­cağıq?” إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٦٠Həqiqətən, bu, böyük uğurdur لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ ٦١Qoy çalışanlar bunun üçün ça­lış­sınlar أَذَٰلِكَ خَيۡرٌ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢Ziyafət üçün bu yaxşı­dır, yoxsa zəqqum ağacı إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةً لِّلظَّٰلِمِينَ ٦٣Biz onu zalımlar üçün bir sınaq etdik إِنَّهَا شَجَرَةٌ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ٦٤O, Cəhənnəmin lap di­bindən bi­tib çıxan bir ağacdır طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ٦٥Onun meyvəsi şeytanla­rın baş­la­rı kimidir فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٦٦Günahkarlar ondan ye­yib qarın­ları­nı dolduracaqlar ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبًا مِّنۡ حَمِيمٍ ٦٧Sonra da üstündən onla­rı qaynar su ilə qatışdırılmış bir içki göz­ləyir ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ ٦٨Sonra onlar mütləq Cə­hənnəmə qaytarılacaqlar إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ٦٩Həqiqətən, onlar ata-ba­balarını az­mış gördülər فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ ٧٠özləri də tez-tələsik on­la­rın izini tutub getdilər وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ٧١Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düş­müşdü وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ٧٢Artıq Biz onlara xəbərdar edən peyğəm­bərlər göndərmişdik فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣Bax gör xəbərdar edi­lən­lərin aqi­bəti necə oldu إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٧٤Yalnız Allahın seçilmiş səmimi qullarından başqa وَلَقَدۡ نَادَىٰنَا نُوحٌ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥Nuh Bizə yalvarıb ya­xar­dı. Biz çağırışa necə də gözəl ca­vab ve­­rənik وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦Biz onu və ailəsini bö­yük sıxın­tı­dan qurtardıq وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ ٧٧Təkcə onun nəslini qo­ru­yub sax­ladıq وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ٧٨Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِي ٱلۡعَٰلَمِينَ ٧٩aləmlər içərisində Nuha salam olsun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٠Həqiqətən, Biz yaxşı iş gö­rənləri belə mükafatlan­dı­rı­rıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ٨١Həqiqətən, o Bizim mö­min qulla­rımızdandır ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ٨٢Sonra o birilərini suya qərq et­dik ۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ٨٣Həqiqətən, İbrahim onun ardıcıl­larından idi إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٍ سَلِيمٍ ٨٤Bir zaman o, öz Rəbbi­nin yanına pak bir qəlblə gəldi إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ٨٥Onda o, öz atasına və qöv­münə dedi: “Siz nəyə si­tayiş edir­si­­niz أَئِفۡكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ ٨٦Allahı qoyub uydurma məbudla­rı­mı diləyirsiniz فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٨٧Aləmlərin Rəbbi barə­sin­də nə düşünürsünüz?” فَنَظَرَ نَظۡرَةً فِي ٱلنُّجُومِ ٨٨O, ulduzlara bir nəzər sa­laraq فَقَالَ إِنِّي سَقِيمٌ ٨٩“Mən xəstəyəm!”– dedi فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ ٩٠Onlar ondan üz çevirib çıxıb get­di­lər فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ٩١O, xəlvətcə onların mə­budlarının yanına gəlib istehza ilə de­di: “Siz bu təam­ları ye­mir­siniz مَا لَكُمۡ لَا تَنطِقُونَ ٩٢Sizə nə olub ki, danış­mır­sınız?” فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ٩٣Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ ٩٤Bütpərəstlər tələsik onun yanına gəldilər قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ٩٥O dedi: “Siz yonub dü­zəltdiklə­ri­nizəmi sitayiş edir­siniz وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ٩٦Axı sizi də, sizin düzəlt­dik­lərinizi də Allah yarat­mış­dır” قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنًا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ٩٧Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu ora­da od­la­yın!” فَأَرَادُواْ بِهِۦ كَيۡدًا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ٩٨Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩O dedi: “Mən Rəbbimə doğru ge­di­rəm. O məni doğru yola yö­nəl­dəcək­” رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ ١٠٠O dedi: “Ey Rəbbim! Mənə əmə­li­salehlərdən olan öv­lad bəxş et!” فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ ١٠١Biz də onu həlim xa­siy­yətli bir oğlan uşağı ilə müj­də­lədik فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١٠٢O, böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çat­dıq­da İb­ra­­him dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə ye­tir. Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən” فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ١٠٣Hər ikisi Allahın əm­rinə tabe ol­duqları və İbrahim onu üzüs­tə yerə yıx­dığı zaman وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ ١٠٤Biz onu çağırıb dedik: “Ey İbra­him قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٠٥Artıq sən yuxunu təs­diq etdin!” Biz yaxşı iş görənləri belə mü­ka­fat­lan­dırırıq إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ ١٠٦Həqiqətən də, bu, açıq-aydın bir imtahandır وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٍ ١٠٧Biz onun əvəzinə bö­yük bir qur­banlığı fidyə verdik وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٠٨Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ ١٠٩İbrahimə salam olsun كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١١٠Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlan­dırı­rıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١١١Həqiqətən, o, Bizim mö­min qulla­rımızdandır وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müj­də verdik وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٌ وَظَالِمٌ لِّنَفۡسِهِۦ مُبِينٌ ١١٣Biz ona və İshaqa bə­rə­kət ver­dik. Hər ikisinin nəs­lin­də yax­şı iş gö­rənləri də var, açıq-aydın özünə zülm edən­ləri də وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤Biz Musa ilə Haruna da nemət bəxş etdik وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ١١٥Onların hər ikisini və tayfa­la­rı­nı böyük sıxıntıdan qur­tar­dıq وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ١١٦Onlara kömək göstər­dik və on­lar qa­lib gəldilər وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ١١٧Hər ikisinə aydın bir Ki­tab ver­dik وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ١١٨Hər ikisini də doğru yo­la yö­nəltdik وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ١١٩Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­duq سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢٠Musaya və Haruna sa­lam ol­sun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٢١Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٢٢Həqiqətən, onların iki­si də Bi­zim mömin qullarımız­dan­dır وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٢٣Şübhəsiz ki, İlyas da el­çilər­dən­dir إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤Bir zaman o öz qöv­mü­nə demişdi: “Məgər qorx­mur­su­nuz أَتَدۡعُونَ بَعۡلًا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ١٢٥Siz yaradanların ən yax­şısını qo­yub niyə Bələ yal­va­rır­sınız – ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ١٢٦həm sizin Rəbbiniz, həm də əc­dadlarınızın Rəbbi olan Alla­hımı tərk edirsiniz?” فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٢٧Onlar onu yalançı say­dılar. Ona görə də hamısı Cə­hənnəmə gə­tiri­lə­cək­dir إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٢٨Yalnız Allahın seçilmiş səmimi qullarından başqa وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٢٩Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ ١٣٠İlyasinə salam olsun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٣١Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٣٢Həqiqətən, o Bizim mö­min qul­larımızdandır وَإِنَّ لُوطًا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٣Şübhəsiz ki, Lut da el­çi­lər­dən­dir إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٣٤Bir zaman Biz onu və bütün ai­ləsini xilas etdik إِلَّا عَجُوزًا فِي ٱلۡغَٰبِرِينَ ١٣٥Yalnız geridə qalanla­rın içində olan yaşlı bir qadın­dan baş­qa ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ١٣٦Sonra da o birilərini yer­li-dibli yox etdik وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ ١٣٧Siz həm səhər çağı on­la­rın ya­nından keçirsiniz وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ ١٣٨həm də axşam çağı. Mə­gər an­la­mırsınız وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٩Yunus da, həqiqətən, el­çilər­dən­dir إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١٤٠Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaçdı فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ ١٤١Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan ol­du فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٌ ١٤٢O, qınanmağa layiq ol­duqda ba­lıq onu uddu فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ١٤٣Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤٤balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı ۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٌ ١٤٥O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çıxartdıq وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةً مِّن يَقۡطِينٍ ١٤٦Və üstünə kölgə salmaq üçün ­qabaq növündən iriyarpaqlı bir bitki bitirdik وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ١٤٧Biz onu yüz mindən də daha çox adama peyğəmbər gön­dər­dik فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٍ ١٤٨Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ١٤٩Kafirlərdən soruş: “Nə­yə görə qız­lar sənin Rəbbinin, oğ­lan­lar isə onların olmalıdır?” أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمۡ شَٰهِدُونَ ١٥٠Yoxsa Biz mələkləri di­şi yarat­mı­şıq və onlar da buna şahid olub­lar أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ١٥١Həqiqətən, onlar yalan uydu­rub deyirlər وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ١٥٢“Allah doğmuşdur”. Şüb­həsiz ki, onlar yalançıdırlar أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ ١٥٣Məgər Allah qızları oğ­lanlardan üstünmü tutmuş­dur مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ١٥٤Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz أَفَلَا تَذَكَّرُونَ ١٥٥Məgər düşünüb ibrət alma­ya­caqsınız أَمۡ لَكُمۡ سُلۡطَٰنٌ مُّبِينٌ ١٥٦Yoxsa sizin aydın bir dəliliniz vardır فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٥٧Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبًاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٥٨Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٠Yalnız Allahın seçilmiş səmimi qullarından başqa فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ١٦١Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ ١٦٢heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ١٦٣Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعۡلُومٌ ١٦٤Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ١٦٥Həqiqətən, biz səf-səf dururuq وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ١٦٦Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik” وَإِن كَانُواْ لَيَقُولُونَ ١٦٧Müşriklər deyirdilər لَوۡ أَنَّ عِندَنَا ذِكۡرًا مِّنَ ٱلۡأَوَّلِينَ ١٦٨“Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq” فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ١٧٠Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ١٧١Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ١٧٢“Həqiqətən, onlara kö­mək gös­tə­riləcək وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ١٧٣Bizim ordumuz mütləq qalib gələcək” فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٤Sən bir müddət onlar­dan üz çe­vir وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٥Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ١٧٦Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ١٧٧Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٨Sən bir müddət onlar­dan üz çe­vir وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٩Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ ١٨١Elçilərə salam olsun وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٢Aləmlərin Rəbbi olan Allaha həmd olsun

الترجمة: Khan Musayev.