ملة الإسلام

السورة 35 · 45 آية · Khan Musayev

سورة فاطر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة فاطر (1,246 قارئاً)
مكيةسورة فاطر٤٥ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٍ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ١Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٍ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٣Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٌ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ٤Əgər onlar səni yalançı he­sab et­sələr, bil ki, səndən əv­vəl də el­çilər ya­lançı hesab olun­muşdu. Bütün işlər an­caq Alla­ha qay­ta­rı­la­­caqdır يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ٥Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dün­ya sizi al­datmasın, tovlayan şeytan da sizi yol­dan çıxartmasın إِنَّ ٱلشَّيۡطَٰنَ لَكُمۡ عَدُوٌّ فَٱتَّخِذُوهُ عَدُوًّاۚ إِنَّمَا يَدۡعُواْ حِزۡبَهُۥ لِيَكُونُواْ مِنۡ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ٦Şübhəsiz ki, şeytan sizin düşmə­ni­nizdir, siz də onu düş­mən sa­yın. O öz tərəf­darlarını Od sakini olmağa ça­ğırır ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٌ شَدِيدٌۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٌ وَأَجۡرٌ كَبِيرٌ ٧Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gəti­rib yax­şı işlər gö­rən­lər üçün isə bağışlanma və böyük bir mü­kafat ha­zır­lanmışdır أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ ٨Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istə­diyini zə­la­lətə salır, istədi­yini də doğru yola yönəldir. Sən onlara görə özü­nü üzüb əl­dən salma. Şübhəsiz ki, Allah on­ların nə törətdiklərini bi­lir وَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٍ مَّيِّتٍ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ٩Buludları hərəkətə gətirən külək­lə­ri göndərən Allahdır. Biz on­ları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla can­landırı­rıq. Ölülərin dirildilməsi də belə olacaqdır مَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٌ شَدِيدٌۖ وَمَكۡرُ أُوْلَٰٓئِكَ هُوَ يَبُورُ ١٠Kim qüdrət sahibi olmaq istəsə, bil­sin ki, qüdrət bütün­lüklə an­caq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yük­sə­lir və onu ucal­dan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edən­ləri şid­dət­li bir əzab göz­ləyir. Onların qur­duq­ları hiylə­lər də boşa çı­xa­caq­dır وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطۡفَةٍ ثُمَّ جَعَلَكُمۡ أَزۡوَٰجًاۚ وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍ وَلَا يُنقَصُ مِنۡ عُمُرِهِۦٓ إِلَّا فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ ١١Allah sizi torpaqdan, son­ra nüt­fədən yaratmış, sonra da sizi cüt­ləş­dir­mişdir. Onun xə­bəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını ye­rə qoya bilər. Uzunömürlü­nün uzun ömür sür­mə­si də, onun ömrünün qı­sal­dılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) ya­zıl­mışdır. Həqiqətən, bu, Allah üçün çox asandır وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٌ فُرَاتٌ سَآئِغٌ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٌۖ وَمِن كُلٍّ تَأۡكُلُونَ لَحۡمًا طَرِيًّا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةً تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٢İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلٌّ يَجۡرِي لِأَجَلٍ مُّسَمًّىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ ١٣O, gecəni gündüzə, gün­düzü də gecəyə qatır. O, gü­nə­şi və ayı ram et­mişdir. Onların hər biri müəyyən olun­muş vax­tadək hə­rə­kət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onun­dur. Sizin On­dan başqa yalvar­dıqla­rı­nız xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٍ ١٤Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz ۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ١٥Ey insanlar! Siz Allaha möh­tacsı­nız. Allah isə Zəngin­dir, Tə­ri­fə­layiqdir إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٍ جَدِيدٍ ١٦Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gəti­rər وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍ ١٧Bu, Allah üçün çətin de­yil وَلَا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٌ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ١٨Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yü­kü­nü daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, o yük­dən heç nə da­şın­maz. Sən an­caq Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və na­maz qılanları xəbərdar edir­sən. Kim günah­lardan tə­miz­lə­nir­sə, öz xe­yri­nə təmiz­lənmiş olur. Qa­yı­dış də ancaq Allahadır وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ ١٩Kor ilə görən eyni de­yil­ وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ ٢٠zülmətlərlə nur da وَلَا ٱلظِّلُّ وَلَا ٱلۡحَرُورُ ٢١kölgə ilə bürkü də eyni deyil وَمَا يَسۡتَوِي ٱلۡأَحۡيَآءُ وَلَا ٱلۡأَمۡوَٰتُۚ إِنَّ ٱللَّهَ يُسۡمِعُ مَن يَشَآءُۖ وَمَآ أَنتَ بِمُسۡمِعٍ مَّن فِي ٱلۡقُبُورِ ٢٢Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən إِنۡ أَنتَ إِلَّا نَذِيرٌ ٢٣Sən ancaq qorxudub xə­bərdar edənsən إِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرًا وَنَذِيرًاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ ٢٤Həqiqətən, Biz səni haq­la müjdə verən və xə­bər­dar edən ola­raq gön­dər­dik. Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ ٢٥Əgər onlar səni yalançı hesab et­sələr, bil ki, onlardan əv­vəl­ki­lər də elçi­ləri yalançı he­sab etmişdilər. Halbuki elçi­ləri onlara ay­dın dəlillər, mü­qəd­dəs yazılar və nur saçan kitab gətirmişdi­lər ثُمَّ أَخَذۡتُ ٱلَّذِينَ كَفَرُواْۖ فَكَيۡفَ كَانَ نَكِيرِ ٢٦Sonra Mən haqqı inkar edənləri ya­xaladım. Görəydin Mənim on­ları həlak etmə­yim necə oldu أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٍ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٌ وَحُمۡرٌ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٌ ٢٧Məgər Allahın göydən yağmur endirdiyini və onunla müx­tə­lif rəngli meyvələr ye­tiş­dirdiyimizi görmürsən­mi? Dağ­larda da müx­təlif rəngli – ağ, qır­mızı və tünd qara cı­ğır­lar əmələ gə­tirdik وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ٢٨İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəng­li olan­ları vardır. Allahdan Öz qulları ara­sın­da ancaq alimlər qor­xarlar. Həqi­qətən, Allah Qüdrətlidir, Ba­ğış­layandır إِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرًّا وَعَلَانِيَةً يَرۡجُونَ تِجَٰرَةً لَّن تَبُورَ ٢٩Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٌ شَكُورٌ ٣٠Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın. Hə­qiqətən, O, Bağış­la­yandır, şü­kürün əvə­zini verəndir وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقًا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٌ ٣١Sənə vəhy etdiyimiz Ki­tab, özün­dən əvvəlkiləri təs­diq­ləyici ki­mi gələn haqdır. Hə­qi­qətən, Allah Öz qulların­dan Xə­bərdardır, Gö­rəndir ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٌ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٌ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٣٢Sonra, Kitabı qullarımız içəri­sin­dən seçdiklərimizə mi­ras et­dik. Onlar­dan kimisi özü­nə zülm edər, kimisi or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə yax­şı işlərdə öndə gedər. Bö­yük lütf də bu­dur جَنَّٰتُ عَدۡنٍ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤۡلُؤًاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٌ ٣٣Onlar Ədn cən­nətlərinə da­xil ola­caq, orada qızıl bilərzik­lərlə və incilərlə bə­zədiləcək­lər. Libasları da ipəkdən ola­caqdır وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ ٣٤Onlar deyəcəklər: “Qəm-qüssəni biz­dən uzaq edən Alla­ha həmd ol­sun! Həqiqətən, Rəb­bi­miz Bağışlayandır, şü­kürün əvə­zini ve­rəndir ٱلَّذِيٓ أَحَلَّنَا دَارَ ٱلۡمُقَامَةِ مِن فَضۡلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ ٣٥Öz lütfü ilə bizi əbədi iqa­mət­gahda yerləşdirən Odur. Ora­da bizə nə bir yorğunluq üz verəcək, nə də bir üz­gün­lük to­xu­na­caq­dır!” وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٍ ٣٦Kafirləri isə Cəhənnəm odu göz­ləyir. Orada nə öldü­rül­məz­lər ki, ölüb canları qur­tarsın, nə də bu odun əzabı on­lar üçün yün­gül­ləşdi­rilər. Biz hər bir kafiri belə cəza­lan­dı­rı­rıq وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ٣٧Onlar orada fəryad qo­parıb yal­varacaqlar: “Ey Rəb­bimiz! Bi­zi buradan çıxart ki, əv­vəllər etdiyimiz əməlləri de­yil, yaxşı əməl­lər edək”. On­lara de­yilə­cək: “Məgər orada sizə dü­şü­nəcək kim­sənin dü­şünə bilə­cə­yi qədər uzun ömür ver­mə­dik­mi? Sizə qorxudub xə­bər­dar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kö­­mək edən olmaz” إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٣٨Şübhəsiz ki, Allah göy­lərin və yerin qeybini biləndir. O, köks­lərdə olanları da bilir هُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَٰٓئِفَ فِي ٱلۡأَرۡضِۚ فَمَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ عِندَ رَبِّهِمۡ إِلَّا مَقۡتًاۖ وَلَا يَزِيدُ ٱلۡكَٰفِرِينَ كُفۡرُهُمۡ إِلَّا خَسَارًا ٣٩Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əley­hi­nə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qə­zə­bi artırar. Kafir­lə­rin küfrü onlara ziyandan başqa bir şey ar­tır­maz قُلۡ أَرَءَيۡتُمۡ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٌ فِي ٱلسَّمَٰوَٰتِ أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبًا فَهُمۡ عَلَىٰ بَيِّنَتٍ مِّنۡهُۚ بَلۡ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعۡضُهُم بَعۡضًا إِلَّا غُرُورًا ٤٠De: “Allahdan başqa yal­vardığınız şəriklər haqda dü­şün­dü­nüz­mü? Bir mə­nə gös­tə­rin görüm, onlar yer üzündə nəyi ya­ra­dıb­lar? Yoxsa onların göy­lərin yaradılmasında şərik­liyi var?” Ya­xud on­lara bir ki­tab vermişik, onlar da on­dakı dəlilə istinad edirlər? Xeyr! Za­lım­lar bir-birinə ancaq yalan vəd ve­rirlər ۞ إِنَّ ٱللَّهَ يُمۡسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَئِن زَالَتَآ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدٍ مِّنۢ بَعۡدِهِۦٓۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا ٤١Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub sax­layır. Əgər tərpənsə­lər, Ondan başqa onları heç kəs tutub sax­la­ya bilməz. Həqi­qə­tən də, O, Həlimdir, Bağışla­yandır وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَهُمۡ نَذِيرٌ لَّيَكُونُنَّ أَهۡدَىٰ مِنۡ إِحۡدَى ٱلۡأُمَمِۖ فَلَمَّا جَآءَهُمۡ نَذِيرٌ مَّا زَادَهُمۡ إِلَّا نُفُورًا ٤٢Onlar Allaha çox möh­kəm and içdilər ki, özlərinə qorxudan bir pey­ğəm­bər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda ola­caq­lar. Onlara qor­xu­dan peyğəmbər gəldikdə isə bu, onların an­caq nifrətini artırdı ٱسۡتِكۡبَارًا فِي ٱلۡأَرۡضِ وَمَكۡرَ ٱلسَّيِّيِٕۚ وَلَا يَحِيقُ ٱلۡمَكۡرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهۡلِهِۦۚ فَهَلۡ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلۡأَوَّلِينَۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبۡدِيلًاۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحۡوِيلًا ٤٣Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələ­rinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yara­maz hiylələr isə ancaq öz sa­hib­lə­rini qap­layar. Onlar əv­vəl­kilərin baş­la­rı­na gə­lən aqibət­dən başqasınımı göz­lə­yirlər? Sən Allahın qayda-qa­nu­nu­na heç bir əvəz tapa bil­məzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməz­sən أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَكَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةًۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعۡجِزَهُۥ مِن شَيۡءٍ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ عَلِيمًا قَدِيرًا ٤٤Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəl­ki­lə­rin aqibə­ti­nin necə oldu­ğu­nu görmürlərmi? On­lar ki bun­lardan da­ha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola bi­ləcək heç bir şey yoxdur. Həqi­qə­tən, O, hər şeyi bi­ləndir, hər şeyə Qa­dir­dir وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُواْ مَا تَرَكَ عَلَىٰ ظَهۡرِهَا مِن دَآبَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرَۢا ٤٥Əgər Allah insanları et­dikləri gü­nahlara görə dərhal cə­za­lan­dır­saydı, yer üzündə bir canlını belə sağ burax­maz­dı. Lakin Allah onla­ra müəyyən vaxta­dək möhlət verir. Vaxt­ları çatanda isə hər kəsə öz əmə­linə görə cəza, yaxud mükafat ve­rə­cəkdir. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür

الترجمة: Khan Musayev.