ملة الإسلام

السورة 40 · 85 آية · Khan Musayev

سورة غافر باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة غافر (1,259 قارئاً)
مكيةسورة غافر٨٥ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

حمٓ ١Ha. Mim تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٢Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ ٣Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ ٤Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər­lər. On­ların şə­hərlərdə gəzib-dolaşmaları səni aldat­masın كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٍ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ٥Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da el­çi­lə­ri ya­lançı saydılar. Hər ümmət öz elçisini yaxa­la­ma­ğı qəsd edir­di. Onlar həq­iqətin yalan olduğunu sübuta yetir­mək üçün ba­til sözlərlə müba­hisə aparırdılar. Mən də onları yaxaladım. Gö­rəy­din Mə­nim cəzam necə oldu وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٦Kafirlərin od sakinləri ola­cağı ba­rədə Rəbbinin Sözü be­ləcə hə­qiqətə çevrildi ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٍ رَّحۡمَةً وَعِلۡمًا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ ٧Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər: “Ey Rəbbi­miz! Sən mərhəmətin və el­min­lə hər şe­yi əhatə edirsən. Töv­bə edib Sənin yo­lunla ge­dən­lə­ri bağışla, on­ları Cə­hən­nəm əza­bından qoru رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٨Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələ­rin­dən və nə­sillərin­dən olan əmə­lisalehləri də onlara vəd etdi­yin Ədn cən­nətlərinə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən, Müd­riksən وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٍ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩Onları günahlarının cəza­sını çək­məkdən azad et. O gün Sən ki­mi gü­nahlarının cəzasını çəkməkdən azad et­sən, ona rəhm etmiş olar­san. Məhz bu, böyük uğur­dur” إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ ١٠Kafirlərə belə xitab olu­nacaq: “Siz imana dəvət olu­nar­kən küf­rünüzdə is­rar etdi­yiniz zaman Allahın sizə olan nifrəti indi si­zin özünü­zə olan nif­rəti­nizdən daha böyük idi” قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍ ١١Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürüb, iki dəfə di­rilt­din. Biz öz günahlarımızı etiraf etdik. Od­dan çıxmağa bir yol varmı?” ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ ١٢Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağı­rıl­dı­ğı zaman siz inkar edir­di­niz. Ona şərik qoşulduq­da isə ina­nır­dı­nız. Artıq hökm Uca və Bö­yük Allahındır” هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقًاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١٣Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ١٤Kafirlərin xoşuna gəl­mə­sə də, di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ ١٥Ən yüksək dərəcələrin və Ərşin sa­hibi Odur. O Öz əmri ilə vəh­yi qul­la­rından istə­di­yi­nə nazil edir ki, o, insan­ları gö­rüş günü ilə qorxutsun يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٌۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ١٦O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!” ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ١٧Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ ١٨Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ ١٩Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٢٠Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir ۞ أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةً وَءَاثَارًا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ ٢١Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيٌّ شَدِيدُ ٱلۡعِقَابِ ٢٢Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٍ مُّبِينٍ ٢٣Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik – إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٌ كَذَّابٌ ٢٤Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ٢٥Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ ٢٦Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram” وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ ٢٧Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!” وَقَالَ رَجُلٌ مُّؤۡمِنٌ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبًا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقًا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٌ كَذَّابٌ ٢٨Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ٢٩Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm” وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ ٣٠Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمًا لِّلۡعِبَادِ ٣١Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ ٣٢Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٍۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ ٣٣Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz” وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكٍّ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٌ مُّرۡتَابٌ ٣٤Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٍ جَبَّارٍ ٣٥Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحًا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ ٣٦Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara – أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبًاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٍ ٣٧göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ ٣٨O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٌ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ٣٩Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur مَنۡ عَمِلَ سَيِّئَةً فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحًا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٌ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٍ ٤٠Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar ۞ وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ ٤١Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırı­ram, siz isə məni oda çağırır­sı­nız تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٌ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّٰرِ ٤٢Siz məni Allahı inkar et­məyə, bilmədiyim bir şeyi Ona şərik qoş­mağa çağırırsınız, mən isə sizi Qüdrətli və Ba­ğışlayan Allaha ça­ğı­rıram لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٌ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٤٣Heç şübhəsiz ki, sizin məni ça­ğırdıqlarınızın nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur. Bizim dö­nü­şümüz Alla­ha­dır. Həddi aşan­lar isə od sakinləridirlər فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ ٤٤Sizə dediklərimi mütləq xatır­la­yacaqsınız. Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir.” فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ ٤٥Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوًّا وَعَشِيًّاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ ٤٦Onları səhər və axşam­üstü oda salırlar. O Saat (Qiyamət) gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعًا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبًا مِّنَ ٱلنَّارِ ٤٧O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər tə­kəb­bür gös­tə­rənlərə: “Biz si­zin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qur­tara bilərsinizmi?”– deyəcəklər قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلٌّ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ ٤٨Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Ar­tıq Allah qullar ara­sında hök­münü vermişdir”– deyəcək­lər وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمًا مِّنَ ٱلۡعَذَابِ ٤٩Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!” قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ٥٠Gözətçilər deyəcəklər: “Mə­gər el­çi­ləriniz açıq-aydın də­lil­lər gə­tirmə­miş­dilər?” On­lar: “Əlbəttə gətirmişdilər!”– deyə­cəklər. Gö­zət­çi­lər də: “Elə isə özü­nüz yalvarın!”– deyə­cəklər. Ka­firlərin yal­var­ma­sı isə əbəsdir إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ ٥١Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik يَوۡمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ ٥٢O gün zalımlara üzr di­lə­mələri heç bir fayda ver­mə­yə­cək­. Onları həm lənət, həm də pis yurd gözləyir وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ ٥٣Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik – هُدًى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٥٤ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ ٥٥Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Günahının ba­ğış­lan­ması­nı di­lə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə tə­riflə إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٌ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٥٦Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٥٧Həqiqətən, göylərin və yerin ya­radılması insanların ya­ra­dıl­masın­dan daha böyük şeydir. Lakin insanların çoxu bunu bil­mir وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلًا مَّا تَتَذَكَّرُونَ ٥٨Korla görən, iman gəti­rib yaxşı iş­lər görənlərlə pislik edən­lər eyni de­yil. Necə də az düşünüb daşınır­sı­nız إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٌ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ٥٩O Saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların əksəriy­yəti buna inanmır وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ٦٠Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər” ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٦١Gecəni rahatlanmanız üçün ya­ra­dan, gündüzü ruzi qazan­ma­nız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, la­kin in­sanların ço­xu şü­kür etmir ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٍ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٦٢Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dö­nük çı­xırsınız كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ٦٣Allahın ayələrini inkar edənlər beləcə dönük çıxır­lar ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارًا وَٱلسَّمَآءَ بِنَآءً وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٦٤Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٦٥O, əbədi Yaşayandır, On­dan başqa ibadə­tə layiq olan mə­bud yox­dur. Allaha, dini yalnız Ona məxsus edə­rək, dua edin. Həmd, Aləm­lə­rin Rəbbi Allaha məxsusdur ۞ قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٦٦De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur” هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطۡفَةٍ ثُمَّ مِنۡ عَلَقَةٍ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلًا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخًاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلًا مُّسَمًّى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ٦٧Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٦٨Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ ٦٩Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٧٠Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ ٧١o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər – فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ ٧٢qaynar suya tərəf; sonra odda yandırılacaqlar ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ ٧٣Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız – مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـًٔاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ ٧٤Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ ٧٥“Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٧٦İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقٌّۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ٧٧Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلًا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ٧٨Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ ٧٩Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةً فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٨٠Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ٨١Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةً وَءَاثَارًا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٢Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi فَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨٣Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ ٨٤Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər فَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ ٨٥Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar

الترجمة: Khan Musayev.