ملة الإسلام

السورة 11 · 123 آية · Khan Musayev

سورة هود باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة هود (1,270 قارئاً)
مكيةسورة هود١٢٣ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ ١Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tə­rə­findən, ayə­ləri mü­kəm­məl­ləşdirilmiş, sonra da ət­raflı izah edil­miş bir Kitab­dır أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٌ وَبَشِيرٌ ٢Bu ona görədir ki, Allah­dan baş­qa­sına ibadət etməyə­siniz. Hə­qi­qətən, mən Onun tə­rəfindən sizi xəbərdar edən və müjdələ­yə­nəm وَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٍ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ كَبِيرٍ ٣Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­­yən olun­muş vaxtadək gö­zəl gün-gü­zə­ran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər On­dan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rə­cək əzəmətli günün əza­bın­dan qorxuram إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ٤Siz Allahın hüzuruna qa­yı­­da­caq­sı­nız. O, hər şeyə qa­dir­dir أَلَآ إِنَّهُمۡ يَثۡنُونَ صُدُورَهُمۡ لِيَسۡتَخۡفُواْ مِنۡهُۚ أَلَا حِينَ يَسۡتَغۡشُونَ ثِيَابَهُمۡ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٥Baxın, onlar ürək­lərin­də­ki küfrü ört-basdır edirlər ki, Allah­dan gizlən­sin­lər. Doğ­ru­su, onlar libaslarına bürün­­dük­də belə, Allah onların gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, kökslərdə olan­ları bilir

الجزء الثاني عشر

۞ وَمَا مِن دَآبَّةٍ فِي ٱلۡأَرۡضِ إِلَّا عَلَى ٱللَّهِ رِزۡقُهَا وَيَعۡلَمُ مُسۡتَقَرَّهَا وَمُسۡتَوۡدَعَهَاۚ كُلٌّ فِي كِتَٰبٍ مُّبِينٍ ٦Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin. Allah on­ların qərar tutduqları yeri də, qorunub sax­­la­nıl­dıq­la­rı yeri də bilir. Bunla­rın ha­mısı açıq-aydın Yazı­da­dır (Lövhi-məh­­fuz­dadır) وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرۡشُهُۥ عَلَى ٱلۡمَآءِ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلًاۗ وَلَئِن قُلۡتَ إِنَّكُم مَّبۡعُوثُونَ مِنۢ بَعۡدِ ٱلۡمَوۡتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ مُّبِينٌ ٧Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzə­rində ikən, göyləri və yeri altı gündə ya­ra­dan Odur. Əgər sən: “Siz ölən­dən son­ra di­ri­ləcəksiniz!”– de­sən, kafir olan­lar: “Bu, açıq-aydın bir sehrdir!”– deyər­lər وَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٍ مَّعۡدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٨Əgər onlara gələcək əzabı mü­əy­yən vaxtadək gecik­dir­sək: “Onu saxla­yan nədir?”– deyə­cək­lər. Xəbəriniz ol­sun ki, əzab on­la­ra gəldiyi gün onu heç nə onlar­dan dəf edə bilmə­yə­cək və is­tehza et­dikləri o əzab onları bürüyə­cək­dir وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةً ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٌ كَفُورٌ ٩Əgər insana Özümüzdən bir mər­həmət daddırsaq, son­ra da ondan onu geri alsaq, o, na­ümid və nankor olar وَلَئِنۡ أَذَقۡنَٰهُ نَعۡمَآءَ بَعۡدَ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّيٓۚ إِنَّهُۥ لَفَرِحٌ فَخُورٌ ١٠Əgər başına gələn mü­sibət­dən son­ra, ona firavanlıq dad­dır­saq: “Bə­la­lar məndən so­vuşdu!”– deyər və sevi­nib lov­ğalıq edər إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ لَهُم مَّغۡفِرَةٌ وَأَجۡرٌ كَبِيرٌ ١١Səbir edib yaxşı işlər gö­rənlər is­tisnadır. Məhz onlar üçün ba­ğış­lan­ma və böyük bir mükafat vardır فَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ وَكِيلٌ ١٢Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onun­­la bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəh­yin bir hissəsini tərk edəcək­sən və buna görə köksün darala­caq. Sən ancaq qorxudansan. Allah isə hər şe­yi Qoruyandır أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِعَشۡرِ سُوَرٍ مِّثۡلِهِۦ مُفۡتَرَيَٰتٍ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٣Yoxsa onlar: “Muhəm­məd onu özün­­dən uydurdu?!”– de­yir­lər. De: “Əgər doğ­­ru danı­şır­­sı­nızsa, ona bənzər uy­du­rul­muş on su­rə də siz gətirin və Allah­­dan başqa, kimi ba­ca­rır­sınızsa, kö­məyə ça­ğı­rın!” فَإِلَّمۡ يَسۡتَجِيبُواْ لَكُمۡ فَٱعۡلَمُوٓاْ أَنَّمَآ أُنزِلَ بِعِلۡمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ١٤Əgər sizə cavab vermə­sə­lər, bilin ki, o ancaq Allahın elmi ilə nazil ol­muş­dur və Ondan başqa ibadətə layiq olan məbud yox­dur. Siz mü­səlman olacaqsı­nızmı مَن كَانَ يُرِيدُ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيۡهِمۡ أَعۡمَٰلَهُمۡ فِيهَا وَهُمۡ فِيهَا لَا يُبۡخَسُونَ ١٥Kim dünya həyatını və onun bər­bəzəyini istəyirsə, on­lara əməllərinin əvə­zini orada tam verərik və onlar ora­da zə­rər çək­məz­lər أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَيۡسَ لَهُمۡ فِي ٱلۡأٓخِرَةِ إِلَّا ٱلنَّارُۖ وَحَبِطَ مَا صَنَعُواْ فِيهَا وَبَٰطِلٌ مَّا كَانُواْ يَعۡمَلُونَ ١٦Onlar, axirətdə özləri üçün od­dan başqa heç bir şeyi ol­ma­yan kim­sə­lərdir. Onların dün­yada gör­dükləri iş­lər boşa çı­xar və tut­duq­ları əməllər puç olar أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ وَيَتۡلُوهُ شَاهِدٌ مِّنۡهُ وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحۡمَةًۚ أُوْلَٰٓئِكَ يُؤۡمِنُونَ بِهِۦۚ وَمَن يَكۡفُرۡ بِهِۦ مِنَ ٱلۡأَحۡزَابِ فَٱلنَّارُ مَوۡعِدُهُۥۚ فَلَا تَكُ فِي مِرۡيَةٍ مِّنۡهُۚ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ١٧Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ar­dınca Ondan bir şahid (Cəb­rail) gələn, ondan da əv­vəl rəh­bər və mər­hə­mət olmuş Musa­nın Kitabı­nı təsdiqlədiyi kimsə ka­firə tay ola bilərmi? Müsəlman­lar Qurana iman gəti­rir­lər. Onu in­kar edən firqələrin vəd olun­duğu yer oddur. Sənin isə Qu­rana heç bir şüb­hən olmasın. Çün­ki bu, sə­nin Rəbbindən gə­lən haqdır, lakin insan­ların ço­xu bu­na inanmır وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًاۚ أُوْلَٰٓئِكَ يُعۡرَضُونَ عَلَىٰ رَبِّهِمۡ وَيَقُولُ ٱلۡأَشۡهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُواْ عَلَىٰ رَبِّهِمۡۚ أَلَا لَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ ١٨Allaha qarşı yalan uydu­­ran kəs­dən daha zalım kim ola bi­lər? Onlar Rəb­binin hüzu­ru­na gətirilə­cək və şa­hid­lər: “Bun­lar Rəb­binə iftira yaxan­lar­dır”– deyəcəklər. Allahın lənəti ol­sun za­lım­lara ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبۡغُونَهَا عِوَجًا وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ١٩O kəslər ki, insanları Allah yo­lundan sapdırır, onu əyri gös­tərməyə çalışır və Axi­rəti inkar edirlər أُوْلَٰٓئِكَ لَمۡ يَكُونُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَۘ يُضَٰعَفُ لَهُمُ ٱلۡعَذَابُۚ مَا كَانُواْ يَسۡتَطِيعُونَ ٱلسَّمۡعَ وَمَا كَانُواْ يُبۡصِرُونَ ٢٠Onlar yer üzündə Allah­dan yaxa qurtara bilməyəcək­lər. On­la­­rın Allah­dan başqa hi­ma­yədarları da yoxdur. On­la­rın əzabı qat-qat artırılar. Çünki on­lar haqqı eşidə bilmirdilər və gör­mürdülər أُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٢١Onlar özlərini ziyana uğ­ra­darlar. Uydur­duqları bütlər isə on­lardan qeybə çəkilib ge­dər لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٢٢Şübhə yoxdur ki, axirət­də ən çox ziyana uğrayanlar da on­lardır إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَخۡبَتُوٓاْ إِلَىٰ رَبِّهِمۡ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٣Sözsüz ki, iman gətirib saleh əməl­lər edənlər və Rəb­binə bo­yun əyən­lər Cənnət sa­kinləri­dir­. Onlar ora­da əbədi qalacaqlar ۞ مَثَلُ ٱلۡفَرِيقَيۡنِ كَٱلۡأَعۡمَىٰ وَٱلۡأَصَمِّ وَٱلۡبَصِيرِ وَٱلسَّمِيعِۚ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ أَفَلَا تَذَكَّرُونَ ٢٤Bu iki zümrənin halı kor­la karın, görənlə eşidənin ha­lı­na bən­zəyir. On­la­rın halı eyni ola bilərmi? Məgər düşü­nüb ibrət al­mır­sınız وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ إِنِّي لَكُمۡ نَذِيرٌ مُّبِينٌ ٢٥Biz Nuhu öz xalqına elçi gön­dər­dik. O dedi: “Həqi­qə­tən, mən sizin üçün açıq-aydın xə­bər­dar edən bir elçiyəm أَن لَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ أَلِيمٍ ٢٦Allahdan başqasına iba­dət et­mə­yin! Mən sizi yaxala­yacaq mə­şəqqət gü­nünün əza­bından qor­xuram” فَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًا مِّثۡلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمۡ أَرَاذِلُنَا بَادِيَ ٱلرَّأۡيِ وَمَا نَرَىٰ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلِۭ بَلۡ نَظُنُّكُمۡ كَٰذِبِينَ ٢٧Onun qövmünün kafir za­dəgan­ları dedilər: “Biz səni özü­müz kimi sa­­dəcə bir insan hesab edir və içimizdən ancaq dü­şün­cə­­siz olan ən rəzil adam­la­rın sənə qoşulduğunu görü­rük. Həm­çi­nin sizin bizdən üs­tün olduğunuzu da gör­mürük. Əksinə, biz sizi ya­lançı he­sab edirik” قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَءَاتَىٰنِي رَحۡمَةً مِّنۡ عِندِهِۦ فَعُمِّيَتۡ عَلَيۡكُمۡ أَنُلۡزِمُكُمُوهَا وَأَنتُمۡ لَهَا كَٰرِهُونَ ٢٨Nuh dedi: “Ey qövmüm! Bir de­yin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə is­ti­nad edirəmsə, O da Öz tə­rə­­findən mə­nə gözünüzə görün­məyən bir mərhəmət bəxş edib­sə, onda necə ol­­sun? Yoxsa siz onu gör­mək istəməyib kor qal­dı­ğınız bir halda, biz sizi ona inan­­mağa məc­bur­mu edəcə­yik وَيَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مَالًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓاْۚ إِنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمًا تَجۡهَلُونَ ٢٩Ey qövmüm! Mən buna görə siz­dən var-dövlət istə­mi­rəm. Mənim mü­kafatım an­caq Allaha aiddir. Mən iman gə­tirən­ləri qo­van deyiləm. Çünki onlar Rəbbi ilə qarşı­laşa­caqlar. Lakin mən si­zin cahil adam­lar olduğunuzu görürəm وَيَٰقَوۡمِ مَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمۡۚ أَفَلَا تَذَكَّرُونَ ٣٠Ey qövmüm! Əgər on­la­rı qov­sam, məni Allahdan kim qo­ru­ya bilər? Məgər düşünüb ibrət almırsınız وَلَآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ إِنِّي مَلَكٌ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزۡدَرِيٓ أَعۡيُنُكُمۡ لَن يُؤۡتِيَهُمُ ٱللَّهُ خَيۡرًاۖ ٱللَّهُ أَعۡلَمُ بِمَا فِيٓ أَنفُسِهِمۡ إِنِّيٓ إِذًا لَّمِنَ ٱلظَّٰلِمِينَ ٣١Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor bax­dı­­ğınız kəs­lərə demi­rəm ki, Allah onlara əsla xe­yir vermə­yəcək­. Onların canında nə­lər ol­du­ğunu Allah daha yax­şı bilir. Əks təq­dirdə, sözsüz ki, mən zalımlardan olar­dım” قَالُواْ يَٰنُوحُ قَدۡ جَٰدَلۡتَنَا فَأَكۡثَرۡتَ جِدَٰلَنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٣٢Onlar dedilər: “Ey Nuh! Sən bi­zimlə mübahisə etdin və mü­ba­hisəmizi də çox uzatdın. Əgər doğru danışanlar­dan­san­sa, bizə vəd etdiyin əzabı gə­tir” قَالَ إِنَّمَا يَأۡتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ٣٣O dedi: “Onu istəsə, an­caq Allah sizə gətirəcək və siz də on­dan yaxa qur­tara bilmə­yəcək­siniz وَلَا يَنفَعُكُمۡ نُصۡحِيٓ إِنۡ أَرَدتُّ أَنۡ أَنصَحَ لَكُمۡ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغۡوِيَكُمۡۚ هُوَ رَبُّكُمۡ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٣٤Əgər Allah sizi azdır­maq istə­yir­sə, mən sizə nəsihət ver­mək istəsəm be­lə, nəsihətim sizə fayda verməz. O si­zin Rəb­biniz­dir və Ona da qayta­rı­la­caqsı­nız” أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَعَلَيَّ إِجۡرَامِي وَأَنَا۠ بَرِيٓءٌ مِّمَّا تُجۡرِمُونَ ٣٥Yoxsa onlar: “Muhəm­məd onu özün­dən uydurdu!”– de­yir­lər. De: “Əgər mən onu özüm­dən uydurmuşamsa, gü­na­hım özü­mə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uza­ğam” وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤۡمِنَ مِن قَوۡمِكَ إِلَّا مَن قَدۡ ءَامَنَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَفۡعَلُونَ ٣٦Nuha belə vəhy olundu: “Qöv­mün­dən, daha əvvəl iman gə­tirənlər is­tisna olmaqla artıq heç kəs iman gə­tir­məyəcək. Elə isə on­ların etdikləri əməl­lərə görə kədərlənmə وَٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ٣٧Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda ba­tırılacaqlar” وَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٌ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ ٣٨Nuh gəmini düzəldir, qöv­münün zadəganları isə hər dəfə ya­nından keç­dikcə onu ələ salır­dılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də si­zi, siz bizi ələ saldı­ğınız kimi ələ sala­ca­ğıq فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٌ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٌ مُّقِيمٌ ٣٩Siz rüsvayedici əzabın ki­mə gələ­cəyini və daimi əza­bın ki­mə üz verə­cə­yini mütləq bi­lə­cək­siniz” حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلٍّ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌ ٤٠Nəhayət, əmrimiz gəl­di­yi və tən­dir qaynayıb daşdığı za­man Biz Nuha dedik: “Hey­vanların hər növündən bir cüt, ba­rə­­lə­rin­də söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gə­­ti­rən­ləri gəmiyə min­dir”. Lakin, onunla bir­likdə az adam iman gə­tirmişdi ۞ وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡر۪ىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ ٤١Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhm­lidir” وَهِيَ تَجۡرِي بِهِمۡ فِي مَوۡجٍ كَٱلۡجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبۡنَهُۥ وَكَانَ فِي مَعۡزِلٍ يَٰبُنَيَّ ٱرۡكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلۡكَٰفِرِينَ ٤٢Gəmi onları dağlar kimi dal­ğalar içə­risində apardığı za­man Nuh kə­nar­da duran oğlu­nu səs­ləyib dedi: “Oğ­lum! Bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma!” قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٍ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ٤٣O dedi: “Məni sudan qo­ru­yacaq bir dağa sığınaca­ğam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bil­­məz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda bo­ğu­lanlardan oldu وَقِيلَ يَٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدًا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤٤Sonra deyildi: “Ey yer, su­yunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: “Məhv olsun zalım adamlar!” وَنَادَىٰ نُوحٌ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ٤٥Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin Hakimisən!” قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيۡسَ مِنۡ أَهۡلِكَۖ إِنَّهُۥ عَمَلٌ غَيۡرُ صَٰلِحٍۖ فَلَا تَسۡـَٔلۡنِ مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٌۖ إِنِّيٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ٤٦O dedi: “Ey Nuh! O, sə­nin ailən­dən deyildir. Doğru­su, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən sənə cahil­lər­dən ol­ma­mağı tövsiyə edirəm” قَالَ رَبِّ إِنِّيٓ أَعُوذُ بِكَ أَنۡ أَسۡـَٔلَكَ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٌۖ وَإِلَّا تَغۡفِرۡ لِي وَتَرۡحَمۡنِيٓ أَكُن مِّنَ ٱلۡخَٰسِرِينَ ٤٧O dedi: “Ey Rəbbim! Bil­mədiyim bir şeyi Səndən istə­mək­dən Sənə sığı­nı­ram. Əgər məni bağışlamasan, mənə rəhm et­mə­sən, ziyana uğrayan­lar­dan ola­ram” قِيلَ يَٰنُوحُ ٱهۡبِطۡ بِسَلَٰمٍ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيۡكَ وَعَلَىٰٓ أُمَمٍ مِّمَّن مَّعَكَۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمۡ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ ٤٨Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan üm­mət­lərə Bizim bəxş etdiyi­miz əmin-amanlıq və bərə­kət­lər­lə gəmidən en! Özlərinə bir müd­dət gü­zəran verəcəyimiz, sonra da Öz tərə­fi­miz­dən ağrılı-acılı bir əzaba düçar edə­­cə­yimiz üm­mətlər də ola­caq­dır” تِلۡكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهَآ إِلَيۡكَۖ مَا كُنتَ تَعۡلَمُهَآ أَنتَ وَلَا قَوۡمُكَ مِن قَبۡلِ هَٰذَاۖ فَٱصۡبِرۡۖ إِنَّ ٱلۡعَٰقِبَةَ لِلۡمُتَّقِينَ ٤٩Bunlar, sənə vəhy yolu ilə bildir­di­yimiz qeyb xəbərlə­rin­dən­­dir. Bundan əv­vəl onla­rı nə sən, nə də sənin qöv­mün bi­lirdi. Sə­bir et! Şübhəsiz ki, gözəl aqibət müttəqi­lərindir وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودًاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۖ إِنۡ أَنتُمۡ إِلَّا مُفۡتَرُونَ ٥٠Ad qövmünə də qardaş­ları Hu­du göndərdik. O dedi: “Ey qöv­müm! Alla­ha ibadət edin. Sizin Ondan başqa mə­bu­­dunuz yox­dur. Siz ancaq iftira yaxır­sı­nız يَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱلَّذِي فَطَرَنِيٓۚ أَفَلَا تَعۡقِلُونَ ٥١Ey qövmüm! Mən bu­nun əvəzinə sizdən heç bir müka­fat is­tə­mirəm. Mə­nim müka­fa­tım an­caq məni yaradan­dadır. Məgər an­la­mırsınız وَيَٰقَوۡمِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارًا وَيَزِدۡكُمۡ قُوَّةً إِلَىٰ قُوَّتِكُمۡ وَلَا تَتَوَلَّوۡاْ مُجۡرِمِينَ ٥٢Ey qövmüm! Rəbbiniz­dən bağış­lan­ma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gü­cü­nü­zü daha da artırsın. Gü­­nah­karcasına üz çevirmə­yin” قَالُواْ يَٰهُودُ مَا جِئۡتَنَا بِبَيِّنَةٍ وَمَا نَحۡنُ بِتَارِكِيٓ ءَالِهَتِنَا عَن قَوۡلِكَ وَمَا نَحۡنُ لَكَ بِمُؤۡمِنِينَ ٥٣Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din, biz də sə­nin sözün­lə məbudlarımızı tərk edən deyi­lik. Biz sə­nə inanmırıq إِن نَّقُولُ إِلَّا ٱعۡتَرَىٰكَ بَعۡضُ ءَالِهَتِنَا بِسُوٓءٍۗ قَالَ إِنِّيٓ أُشۡهِدُ ٱللَّهَ وَٱشۡهَدُوٓاْ أَنِّي بَرِيٓءٌ مِّمَّا تُشۡرِكُونَ ٥٤Biz ancaq onu deyə bi­lə­rik ki, bə­zi məbudlarımız səni bə­la­ya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən si­zin şərik qoşduqlarınız­dan uzağam مِن دُونِهِۦۖ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لَا تُنظِرُونِ ٥٥Ondan başqa tapındıq­la­rı­nızın ha­mı­sından uzağam. Ha­mı­lıqla mənə qarşı hiy­lə qurun və mənə heç möhlət də ver­­mə­yin إِنِّي تَوَكَّلۡتُ عَلَى ٱللَّهِ رَبِّي وَرَبِّكُمۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذُۢ بِنَاصِيَتِهَآۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ٥٦Mən, Rəbbim və Rəbbi­niz olan Allaha təvəkkül et­dim. Elə bir canlı yox­dur ki, Allah onun kəkilindən tutmuş olma­sın. Həqi­qə­tən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir) فَإِن تَوَلَّوۡاْ فَقَدۡ أَبۡلَغۡتُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦٓ إِلَيۡكُمۡۚ وَيَسۡتَخۡلِفُ رَبِّي قَوۡمًا غَيۡرَكُمۡ وَلَا تَضُرُّونَهُۥ شَيۡـًٔاۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٌ ٥٧Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çat­dır­dım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bil­məzsi­niz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir” وَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا هُودًا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٍ مِّنَّا وَنَجَّيۡنَٰهُم مِّنۡ عَذَابٍ غَلِيظٍ ٥٨Əmrimiz gəldikdə Hu­du və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mərhə­mə­timizlə xi­­las etdik və onları ağır bir əzab­dan qur­tar­dıq وَتِلۡكَ عَادٌۖ جَحَدُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ وَعَصَوۡاْ رُسُلَهُۥ وَٱتَّبَعُوٓاْ أَمۡرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ ٥٩Bu, Ad qövmü idi! On­lar Rəb­bi­nin ayələrini inkar et­di­lər, Onun elçi­lə­rinə asi oldu­lar və hər bir inadcıl təkəb­bür sa­hibinin əm­rinə uydular وَأُتۡبِعُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةً وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ عَادًا كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدًا لِّعَادٍ قَوۡمِ هُودٍ ٦٠Onları həm bu dünya­da, həm də Qi­yamət günündə lə­nət tə­qib edə­cək­dir. Həqi­qə­tən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qöv­mü Ad ۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَٱسۡتَعۡمَرَكُمۡ فِيهَا فَٱسۡتَغۡفِرُوهُ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي قَرِيبٌ مُّجِيبٌ ٦١Səmud qövmünə də qar­daşları Salehi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. O sizi torpaq­dan ya­ratdı və sizi orada sakin et­di. Elə isə on­dan bağışlanma di­lə­yin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, çağırışa cavab verəndir” قَالُواْ يَٰصَٰلِحُ قَدۡ كُنتَ فِينَا مَرۡجُوًّا قَبۡلَ هَٰذَآۖ أَتَنۡهَىٰنَآ أَن نَّعۡبُدَ مَا يَعۡبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ مُرِيبٍ ٦٢Onlar dedilər: “Ey Sa­leh! Sən bun­dan əvvəl içərimizdə ümid edilən bir kim­sə idin. Doğ­rudan­mı atalarımızın iba­dət etdi­yinə ibadət etməyi bizə qadağan edirsən? Doğ­rusu, biz sənin biz­lə­ri dəvət etdi­yin əqi­də barəsində şübhə doğu­ran şəkk içindəyik” قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَءَاتَىٰنِي مِنۡهُ رَحۡمَةً فَمَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِنۡ عَصَيۡتُهُۥۖ فَمَا تَزِيدُونَنِي غَيۡرَ تَخۡسِيرٍ ٦٣O dedi: “Ey qövmüm! Bir deyin gö­rək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə isti­nad edirəmsə, O da Öz tə­rəfin­dən mə­nə bir mərhəmət bəxş edib­sə, onda necə olsun? Əgər Allaha asi ol­sam, məni On­dan kim qo­ruya bilər? Siz mənə zi­yandan baş­qa bir şey artır­ma­ya­caq­sınız وَيَٰقَوۡمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمۡ ءَايَةًۖ فَذَرُوهَا تَأۡكُلۡ فِيٓ أَرۡضِ ٱللَّهِۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأۡخُذَكُمۡ عَذَابٌ قَرِيبٌ ٦٤Ey qövmüm! Allahın qa­ya­dan çı­xartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzə­dir. Bu­raxın onu Allahın torpa­ğında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab ya­xa­layar” فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُواْ فِي دَارِكُمۡ ثَلَٰثَةَ أَيَّامٍۖ ذَٰلِكَ وَعۡدٌ غَيۡرُ مَكۡذُوبٍ ٦٥Onlar dəvə­nin diz vətə­rini kəs­di­lər. Saleh dedi: “Yur­du­nuz­da üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəd­dir” فَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا صَٰلِحًا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٍ مِّنَّا وَمِنۡ خِزۡيِ يَوۡمِئِذٍۚ إِنَّ رَبَّكَ هُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ٦٦Əmrimiz gəldikdə Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından qur­tar­dıq. Həqiqətən, Rəbbin Qüv­vət­lidir, Qüdrət­li­dir وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ ٦٧Zülm edənləri isə qor­xunc bir səs yaxaladı və onlar öz evlə­rində üzü­qoy­lu düşüb qaldılar كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَآ إِنَّ ثَمُودَاْ كَفَرُواْ رَبَّهُمۡۗ أَلَا بُعۡدًا لِّثَمُودَ ٦٨Sanki orada heç yaşa­ma­mış­dılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü وَلَقَدۡ جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُواْ سَلَٰمًاۖ قَالَ سَلَٰمٌۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجۡلٍ حَنِيذٍ ٦٩Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi فَلَمَّا رَءَآ أَيۡدِيَهُمۡ لَا تَصِلُ إِلَيۡهِ نَكِرَهُمۡ وَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةًۚ قَالُواْ لَا تَخَفۡ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمِ لُوطٍ ٧٠İbrahim mələklərin ye­mə­yə əl vur­madıqlarını gördük­də onlar onun xoşu­na gəl­mədi və onların yanında canına qor­xu düşdü. On­­lar dedilər: “Qorx­ma! Həqiqə­tən, biz Lut qöv­münə göndəril­mi­şik” وَٱمۡرَأَتُهُۥ قَآئِمَةٌ فَضَحِكَتۡ فَبَشَّرۡنَٰهَا بِإِسۡحَٰقَ وَمِن وَرَآءِ إِسۡحَٰقَ يَعۡقُوبَ ٧١Onun arvadı pərdə arxa­­sında dur­muşdu. O, güldü. Biz onu İs­haqla, İs­haqın ardınca da Yaqubla müjdələdik قَالَتۡ يَٰوَيۡلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌ وَهَٰذَا بَعۡلِي شَيۡخًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عَجِيبٌ ٧٢O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca ki­şi ol­duğu halda do­ğa bilə­rəmmi? Doğrusu, bu, təəccüblü bir şey­dir” قَالُوٓاْ أَتَعۡجَبِينَ مِنۡ أَمۡرِ ٱللَّهِۖ رَحۡمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيۡكُمۡ أَهۡلَ ٱلۡبَيۡتِۚ إِنَّهُۥ حَمِيدٌ مَّجِيدٌ ٧٣Onlar dedilər: “Allahın əm­rinə təəccübmü edirsən? Ey ev əh­li! Allahın rəhməti və bə­rəkəti sizin üstünüzdə ol­sun! Hə­qi­qə­tən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir” فَلَمَّا ذَهَبَ عَنۡ إِبۡرَٰهِيمَ ٱلرَّوۡعُ وَجَآءَتۡهُ ٱلۡبُشۡرَىٰ يُجَٰدِلُنَا فِي قَوۡمِ لُوطٍ ٧٤İbrahimdən qorxu çəkil­dikdə və ona müjdə gəldikdə Lut qöv­mü ba­rə­sində Bizimlə müba­hisə etməyə baş­la­dı إِنَّ إِبۡرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌ مُّنِيبٌ ٧٥Həqiqətən, İbrahim hə­lim, Allaha çox yalvaran və Ona üz tu­tan bir kəs idi يَٰٓإِبۡرَٰهِيمُ أَعۡرِضۡ عَنۡ هَٰذَآۖ إِنَّهُۥ قَدۡ جَآءَ أَمۡرُ رَبِّكَۖ وَإِنَّهُمۡ ءَاتِيهِمۡ عَذَابٌ غَيۡرُ مَرۡدُودٍ ٧٦Mələklər dedilər: “Ey İb­ra­him! Bu mübahi­sədən əl çək. Çünki Rəb­binin əm­ri artıq gəl­mişdir və onlara qarşısı­alın­maz bir əzab gə­lə­cəkdir” وَلَمَّا جَآءَتۡ رُسُلُنَا لُوطًا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعًا وَقَالَ هَٰذَا يَوۡمٌ عَصِيبٌ ٧٧Elçilərimiz Lutun yanı­na gəl­dik­də, onlara görə kə­dər­ləndi, ürə­yi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi وَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٌ رَّشِيدٌ ٧٨Qövmü yüyürərək onun yanına gəl­di. Onlar əvvəllər də ya­ra­maz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında məni rüs­vay et­məyin! Məgər aranızda ağıl­lı bir kişi yoxdur?” قَالُواْ لَقَدۡ عَلِمۡتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنۡ حَقٍّ وَإِنَّكَ لَتَعۡلَمُ مَا نُرِيدُ ٧٩Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehti­yacı­mız yoxdur. Nə istədiyi­mizi də yəqin ki, bilirsən” قَالَ لَوۡ أَنَّ لِي بِكُمۡ قُوَّةً أَوۡ ءَاوِيٓ إِلَىٰ رُكۡنٍ شَدِيدٍ ٨٠O dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəy­dim!” قَالُواْ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓاْ إِلَيۡكَۖ فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٍ مِّنَ ٱلَّيۡلِ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٌ إِلَّا ٱمۡرَأَتَكَۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمۡۚ إِنَّ مَوۡعِدَهُمُ ٱلصُّبۡحُۚ أَلَيۡسَ ٱلصُّبۡحُ بِقَرِيبٍ ٨١Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçi­ləriyik. On­lar əsla sənə zə­rər yetirə bil­məz­lər. Gecənin bir vax­tın­da ar­va­dın­dan başqa bütün ailən­lə yola düş. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­ya baxmasın. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­tı səhərdir. Məgər səhər ya­xın deyilmi?” فَلَمَّا جَآءَ أَمۡرُنَا جَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ ٨٢Əmrimiz gəldikdə ora­nın altını üs­tünə çevirdik və odda biş­miş gil­ daş­la­rı ar­dıcıl olaraq onların üstünə yağ­dır­dıq مُّسَوَّمَةً عِندَ رَبِّكَۖ وَمَا هِيَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍ ٨٣O daşlara Rəbbinin ya­nın­da işarə qoyulmuşdur. On­lar za­lım­lardan da uzaq deyil­dir ۞ وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبًاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٍ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ مُّحِيطٍ ٨٤Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Ölçünü və çə­kini əs­kiltmə­yin. Mən sizi bol­­luq için­də görü­rəm və qor­xu­ram ki, başınıza hər şeyi bü­rü­yən gü­­nün əzabı gələ وَيَٰقَوۡمِ أَوۡفُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ ٨٥Ey qövmüm! Ölçüyə və çəkiyə əda­lətlə tam riayət edin, in­san­ların mal­larını əksik ver­mə­yin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin بَقِيَّتُ ٱللَّهِ خَيۡرٌ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٍ ٨٦Əgər möminsinizsə, bi­lin ki, Alla­hın saxladığı nemət­lər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyi­ləm” قَالُواْ يَٰشُعَيۡبُ أَصَلَوٰتُكَ تَأۡمُرُكَ أَن نَّتۡرُكَ مَا يَعۡبُدُ ءَابَآؤُنَآ أَوۡ أَن نَّفۡعَلَ فِيٓ أَمۡوَٰلِنَا مَا نَشَٰٓؤُاْۖ إِنَّكَ لَأَنتَ ٱلۡحَلِيمُ ٱلرَّشِيدُ ٨٧Onlar dedilər: “Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri mə­bud­lardan, ya­xud mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən vaz keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllısan” قَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنًاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ٨٨O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tə­rəfindən mə­nə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyur­duğum şey­ləri et­mək­lə sizin əleyhi­nizə çıxmaq istə­mirəm. Mən an­caq ba­car­dığım qə­dər islah etmək istəyi­rəm. Mən ancaq Allahın sa­yə­sin­də uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam وَيَٰقَوۡمِ لَا يَجۡرِمَنَّكُمۡ شِقَاقِيٓ أَن يُصِيبَكُم مِّثۡلُ مَآ أَصَابَ قَوۡمَ نُوحٍ أَوۡ قَوۡمَ هُودٍ أَوۡ قَوۡمَ صَٰلِحٍۚ وَمَا قَوۡمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ ٨٩Ey qövmüm! Qoy mə­nimlə olan ixtilafınız, Nuh qöv­mü­nün, yaxud Hud qövmü­nün, yaxud Saleh qövmünün başına gə­lən­lərin eynisini sizin də ba­şı­nıza gətirməsin. Lut qöv­mü də siz­dən uzaq deyildir” وَٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ ٩٠Rəbbinizdən bağışlan­ma diləyin, sonra Ona tövbə edin. Hə­qi­qətən, Rəb­bim Rəhmlidir, Sevəndir, həm də Se­vi­ləndir قَالُواْ يَٰشُعَيۡبُ مَا نَفۡقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًاۖ وَلَوۡلَا رَهۡطُكَ لَرَجَمۡنَٰكَۖ وَمَآ أَنتَ عَلَيۡنَا بِعَزِيزٍ ٩١Onlar dedilər: “Ey Şueyb! Dedik­lərinin çoxunu anlamı­rıq. Biz səni ara­mızda zəif gö­rü­rük. Əgər qəbilən ol­ma­­saydı, səni daş­qa­laq edərdik. Sən bi­zim üçün heç də böyük bir adam de­yil­sən” قَالَ يَٰقَوۡمِ أَرَهۡطِيٓ أَعَزُّ عَلَيۡكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذۡتُمُوهُ وَرَآءَكُمۡ ظِهۡرِيًّاۖ إِنَّ رَبِّي بِمَا تَعۡمَلُونَ مُحِيطٌ ٩٢O dedi: “Ey qövmüm! Mə­gər mə­nim qəbiləm sizin üçün Allah­dan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şüb­həsiz ki, Rəb­bim sizin nə et­dik­ləri­nizi əhatə edir وَيَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٌۖ سَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٌ يُخۡزِيهِ وَمَنۡ هُوَ كَٰذِبٌۖ وَٱرۡتَقِبُوٓاْ إِنِّي مَعَكُمۡ رَقِيبٌ ٩٣Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüs­vay­edici əza­bın kimə gələ­cə­yini və kimin ya­lan­çı oldu­ğunu tez­lik­lə biləcəksiniz. Göz­lə­yin! Şübhəsiz ki, mən də si­zinlə bir­lik­də göz­lə­yirəm” وَلَمَّا جَآءَ أَمۡرُنَا نَجَّيۡنَا شُعَيۡبًا وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ بِرَحۡمَةٍ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُواْ ٱلصَّيۡحَةُ فَأَصۡبَحُواْ فِي دِيَٰرِهِمۡ جَٰثِمِينَ ٩٤Əmrimiz gəldikdə Şuey­bi və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mər­hə­mətimizlə xi­las etdik. Zülm edənləri isə qorxunc səs ya­xaladı və onlar öz ev­lə­rində üzüqoylu düşüb qaldılar كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَآۗ أَلَا بُعۡدًا لِّمَدۡيَنَ كَمَا بَعِدَتۡ ثَمُودُ ٩٥Sanki orada heç yaşa­ma­­­­mışdılar. Səmud qövmü məhv ol­du­ğu kimi Məd­yən qövmü də məhv olsun وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٍ مُّبِينٍ ٩٦Biz Musanı möcüzələri­mizlə və ay­dın bir dəlillə elçi gön­dər­dik – إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱتَّبَعُوٓاْ أَمۡرَ فِرۡعَوۡنَۖ وَمَآ أَمۡرُ فِرۡعَوۡنَ بِرَشِيدٍ ٩٧Firon və onun əyan­la­rı­na. Əyanlar isə Fironun əmrinə tabe ol­du­lar. Hal­bu­ki Fironun əmri doğru yol göstərən əmr de­yildi يَقۡدُمُ قَوۡمَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَأَوۡرَدَهُمُ ٱلنَّارَۖ وَبِئۡسَ ٱلۡوِرۡدُ ٱلۡمَوۡرُودُ ٩٨Firon Qiyamət günü öz qövmü­nün qabağına düşüb on­ları Oda apara­caq. Girəcəkləri yer nə pis yerdir وَأُتۡبِعُواْ فِي هَٰذِهِۦ لَعۡنَةً وَيَوۡمَ ٱلۡقِيَٰمَةِۚ بِئۡسَ ٱلرِّفۡدُ ٱلۡمَرۡفُودُ ٩٩Onları həm burada, həm də Qi­yamət günündə lənət tə­qib edə­cəkdir. Onlara verilən pay nə pis paydır ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡقُرَىٰ نَقُصُّهُۥ عَلَيۡكَۖ مِنۡهَا قَآئِمٌ وَحَصِيدٌ ١٠٠Bu, sənə söylədiyimiz məm­lə­kət­lər haqqında heka­yət­lə­rin bəzisidir. On­lardan izi qalanı da var, yerlə yek­san olanı da وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن ظَلَمُوٓاْ أَنفُسَهُمۡۖ فَمَآ أَغۡنَتۡ عَنۡهُمۡ ءَالِهَتُهُمُ ٱلَّتِي يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَيۡءٍ لَّمَّا جَآءَ أَمۡرُ رَبِّكَۖ وَمَا زَادُوهُمۡ غَيۡرَ تَتۡبِيبٍ ١٠١Biz onlara zülm etmə­dik, lakin onlar özləri özlərinə zülm et­dilər. Rəb­binin əmri gəl­dikdə Allahdan başqa ça­ğır­dıqları bütlər onları heç nədən qur­tara bilmədi­. Bütlər on­ların ancaq tələ­fatını ar­tırdı وَكَذَٰلِكَ أَخۡذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلۡقُرَىٰ وَهِيَ ظَٰلِمَةٌۚ إِنَّ أَخۡذَهُۥٓ أَلِيمٌ شَدِيدٌ ١٠٢Rəbbin, haqsızlıq edən məm­lə­kətləri yaxaladığı za­man be­lə yaxalayır. Onun yaxala­ma­sı həqiqətən də, üzü­cü­dür, şid­dət­li­dir إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّمَنۡ خَافَ عَذَابَ ٱلۡأٓخِرَةِۚ ذَٰلِكَ يَوۡمٌ مَّجۡمُوعٌ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوۡمٌ مَّشۡهُودٌ ١٠٣Həqiqətən, bunlarda axi­rət əza­bın­dan qorxanlar üçün bir ib­rət vardır. Bu, insanların bir yerə toplanacağı bir gün­dür. Bu, həm də, hamının şahid ola­cağı bir gün­dür وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍ مَّعۡدُودٍ ١٠٤Biz onu sadəcə müəy­yən olun­muş vaxtadək təxirə sal­mı­şıq يَوۡمَ يَأۡتِ لَا تَكَلَّمُ نَفۡسٌ إِلَّا بِإِذۡنِهِۦۚ فَمِنۡهُمۡ شَقِيٌّ وَسَعِيدٌ ١٠٥Qiyamət gəldiyi gün Alla­hın izni olmadan heç kəs danışa bil­məz. On­lar­dan kimi bədbəxt, kimi də xoşbəxt ola­caq فَأَمَّا ٱلَّذِينَ شَقُواْ فَفِي ٱلنَّارِ لَهُمۡ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ ١٠٦Bədbəxtlərə gəlincə, on­lar Od içə­risində qalacaqlar. On­lar ora­da zarıya­caq və bağıra­caqlar خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ ١٠٧Rəbbinin istədiyi istis­na olmaqla, göylər və yer dur­duq­ca on­lar orada əbədi qa­la­caqlar. Həqi­qətən, Rəbbin is­tə­diyini edən­dir ۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُواْ فَفِي ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۖ عَطَآءً غَيۡرَ مَجۡذُوذٍ ١٠٨Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəb­bi­nin istədiyi is­tisna olmaq­la, göy­lər və yer durduqca on­lar orada əbə­di qalacaqlar. Bu, tü­kən­məz bir sovqatdır فَلَا تَكُ فِي مِرۡيَةٍ مِّمَّا يَعۡبُدُ هَٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٍ ١٠٩Onların nəyə ibadət et­dik­lərinə şübhə etmə. Onlar da ata­la­­rının əv­vəl­lər ibadət etdi­yi kimi ibadət edirlər. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam verəcəyik وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٌ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكٍّ مِّنۡهُ مُرِيبٍ ١١٠Biz Musaya Kitab ver­dik, lakin onun barəsində də ixtilaf düş­dü. Əgər Rəbbin tə­rəfindən əzəldən bir Söz ol­ma­­saydı, arala­rın­da dərhal hökm ve­ri­lərdi. Hə­qiqətən, onlar Qu­ran ba­rə­sin­də də şübhə do­ğuran şəkk içində­dirlər وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمۡ رَبُّكَ أَعۡمَٰلَهُمۡۚ إِنَّهُۥ بِمَا يَعۡمَلُونَ خَبِيرٌ ١١١Şübhəsiz ki, Rəbbin on­la­rın hər birinə əməllərinin əvə­­zini tam verə­cək­dir. Şübhəsiz ki, Allah onların nə etdik­lə­rin­dən xəbər­dar­dır فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ١١٢Sənə əmr edildiyi kimi sən də, sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olun. Həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür وَلَا تَرۡكَنُوٓاْ إِلَى ٱلَّذِينَ ظَلَمُواْ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنۡ أَوۡلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ ١١٣Zalımlara meyl etmə­yin, yoxsa sizə od toxunar. Si­zin Allah­­dan başqa dostları­nız yoxdur. Sonra sizə kömək də olun­maz وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَيِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيۡلِۚ إِنَّ ٱلۡحَسَنَٰتِ يُذۡهِبۡنَ ٱلسَّيِّـَٔاتِۚ ذَٰلِكَ ذِكۡرَىٰ لِلذَّٰكِرِينَ ١١٤Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır وَٱصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ١١٥Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mü­ka­fatını puç etməz فَلَوۡلَا كَانَ مِنَ ٱلۡقُرُونِ مِن قَبۡلِكُمۡ أُوْلُواْ بَقِيَّةٍ يَنۡهَوۡنَ عَنِ ٱلۡفَسَادِ فِي ٱلۡأَرۡضِ إِلَّا قَلِيلًا مِّمَّنۡ أَنجَيۡنَا مِنۡهُمۡۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُواْ مَآ أُتۡرِفُواْ فِيهِ وَكَانُواْ مُجۡرِمِينَ ١١٦Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar وَمَا كَانَ رَبُّكَ لِيُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٍ وَأَهۡلُهَا مُصۡلِحُونَ ١١٧Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o öl­kəni haq­sız yerə məhv etməz وَلَوۡ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةً وَٰحِدَةًۖ وَلَا يَزَالُونَ مُخۡتَلِفِينَ ١١٨Əgər Rəbbin istəsəydi, in­sanları vahid bir ümmət edər­di. Am­ma onlar elə hey ixti­laf­da­dırlar إِلَّا مَن رَّحِمَ رَبُّكَۚ وَلِذَٰلِكَ خَلَقَهُمۡۗ وَتَمَّتۡ كَلِمَةُ رَبِّكَ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١١٩Yalnız Rəbbinin rəhm etdiyi şəxs­lərdən başqa. Allah on­ları bunun üçün yaratdı. Rəb­bi­nin: “Mən Cəhən­nə­mi bütün gü­nahkar cin­lər və insanlarla dol­du­racağam!” Sözü yerinə yetə­cək وَكُلًّا نَّقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَۚ وَجَآءَكَ فِي هَٰذِهِ ٱلۡحَقُّ وَمَوۡعِظَةٌ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ١٢٠Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­yi­ni möh­kəm­ləndirək. Bu ayələrdə sənə hə­qi­qət, mö­min­lərə də öyüd-nəsi­hət və xatır­latma vəhy edil­miş­dir وَقُل لِّلَّذِينَ لَا يُؤۡمِنُونَ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنَّا عَٰمِلُونَ ١٢١İman gətirməyənlərə de: “Əli­niz­dən gələni edin, biz də edə­cəyik وَٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ١٢٢Gözləyin! Biz də gözlə­yirik” وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَإِلَيۡهِ يُرۡجَعُ ٱلۡأَمۡرُ كُلُّهُۥ فَٱعۡبُدۡهُ وَتَوَكَّلۡ عَلَيۡهِۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ١٢٣Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir

الترجمة: Khan Musayev.