ملة الإسلام

السورة 80 · 42 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة عبس باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة عبس (1,320 قارئاً)
مكيةسورة عبس٤٢ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

عَبَسَ وَتَوَلَّىٰٓ ١(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ٢Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ٤Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ٥(Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan) وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ٧Onun (küfrdən) təmizlənməsindən sənə nə وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ٨Yüyürə-yüyürə sənin yanına gələn وَهُوَ يَخۡشَىٰ ٩Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ١٠Sən ondan üz çevirirsən كـَلَّآ إِنَّهَا تَذۡكِرَةٌ ١١Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢Kim istəsə, ondan öyüd alar فِي صُحُفٍ مُّكَرَّمَةٍ ١٣(Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə مَّرۡفُوعَةٍ مُّطَهَّرَةِۭ ١٤(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz) بِأَيۡدِي سَفَرَةٍ ١٥(O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir) كِرَامِۭ بَرَرَةٍ ١٦(O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ١٧Ölsün (kafir) insan! O nə nankordur مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ١٨(Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩(Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ٢١Sonra onu öldürüb qəbrə qoydu ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢Sonra da istədiyi vaxt onu dirildəcəkdir كـَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ٢٣Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik) أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبًّا ٢٥Həqiqətən, Biz yağışı bol yağdırdıq ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقًّا ٢٦Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq) فَأَنۢبَتۡنَا فِيهَا حَبًّا ٢٧Belə ki, orada dən (dənli bitkilər) göyərtdik وَعِنَبًا وَقَضۡبًا ٢٨Üzüm və yonca وَزَيۡتُونًا وَنَخۡلًا ٢٩Zeytun və xurma (bağları) وَحَدَآئِقَ غُلۡبًا ٣٠(Ağacları bir-birinə) sarmaşan bağçalar وَفَٰكِهَةً وَأَبًّا ٣١(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik مَّتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٢(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda) يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ٣٤O gün insan qaçacaq öz qardaşından وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥Anasından, atasından وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦Zövcəsindən və oğullarından لِكُلِّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ يَوۡمَئِذٍ شَأۡنٌ يُغۡنِيهِ ٣٧O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır) وُجُوهٌ يَوۡمَئِذٍ مُّسۡفِرَةٌ ٣٨O gün bir çox üzlər parlayacaq ضَاحِكَةٌ مُّسۡتَبۡشِرَةٌ ٣٩Güləcək, sevinəcəkdir وَوُجُوهٌ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٌ ٤٠O gün bir çox üzlərə isə toz-torpaq qonacaq تَرۡهَقُهَا قَتَرَةٌ ٤١Onları zülmət (yaxud his) bürüyəcəkdir أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ٤٢Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.