بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ١(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ ٢O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ ٣O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ ٤O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ ٥Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ٦(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ٧Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ ٨Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ ٩(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ ١٠(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى ١١Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ١٢(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ١٣Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır) قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ ١٤(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ ١٥O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ١٦Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz وَٱلۡأٓخِرَةُ خَيۡرٌ وَأَبۡقَىٰٓ ١٧Halbuki axirət daha xeyirli və daha baqidir إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ١٨Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ ١٩İbrahimin və Musanın kitablarında