بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلۡفَجۡرِ ١And olsun dan yerinə وَلَيَالٍ عَشۡرٍ ٢And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə) وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ ٣And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə) وَٱلَّيۡلِ إِذَا يَسۡرِ ٤And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız) هَلۡ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجۡرٍ ٥Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur أَلَمۡ تَرَ كَيۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ٦(Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə) إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ ٧Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına) ٱلَّتِي لَمۡ يُخۡلَقۡ مِثۡلُهَا فِي ٱلۡبِلَٰدِ ٨(Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı وَثَمُودَ ٱلَّذِينَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ٩(Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə) وَفِرۡعَوۡنَ ذِي ٱلۡأَوۡتَادِ ١٠Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona ٱلَّذِينَ طَغَوۡاْ فِي ٱلۡبِلَٰدِ ١١O kəslər ki, məmləkətlərdə tüğyan edir فَأَكۡثَرُواْ فِيهَا ٱلۡفَسَادَ ١٢Oralarda çoxlu fitnə-fəsad törədirlər فَصَبَّ عَلَيۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ١٣Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ ١٤Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür فَأَمَّا ٱلۡإِنسَٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّيٓ أَكۡرَمَنِ ١٥İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər وَأَمَّآ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَيۡهِ رِزۡقَهُۥ فَيَقُولُ رَبِّيٓ أَهَٰنَنِ ١٦Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər كـَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡيَتِيمَ ١٧Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz) وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ١٨Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلًا لَّمًّا ١٩Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz) وَتُحِبُّونَ ٱلۡمَالَ حُبًّا جَمًّا ٢٠Mal-dövləti isə lap çox sevirsiniz كـَلَّآۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكًّا دَكًّا ٢١Xeyr! Yer dağılıb parça-parça olacağı وَجَآءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفًّا صَفًّا ٢٢Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı وَجِاْيٓءَ يَوۡمَئِذِۭ بِجَهَنَّمَۚ يَوۡمَئِذٍ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ٢٣Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası يَقُولُ يَٰلَيۡتَنِي قَدَّمۡتُ لِحَيَاتِي ٢٤O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir فَيَوۡمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ ٢٥O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ ٢٦(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz يَٰٓأَيَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَئِنَّةُ ٢٧(Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır:) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) ٱرۡجِعِيٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرۡضِيَّةً ٢٨Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən فَٱدۡخُلِي فِي عِبَٰدِي ٢٩(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol وَٱدۡخُلِي جَنَّتِي ٣٠(Onlarla birlikdə) Cənnətimə varid ol!”