بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَيۡلٌ لِّلۡمُطَفِّفِينَ ١Vay halına çəkidə və ölçüdə aldadanların ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ ٢O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ ٣Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ ٤Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi لِيَوۡمٍ عَظِيمٍ ٥Özü də dəhşətli bir gündə يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٦O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar كـَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٍ ٧Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٌ ٨Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi) كِتَٰبٌ مَّرۡقُومٌ ٩O, yazılı bir kitabdır وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ١٠O gün vay halına yalan sayanların ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ ١١O kəslər ki, haqq-hesab gününü yalan sayarlar وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ ١٢Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ١٣Ayələrimiz ona oxunduğu zaman: “(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)” – deyər كـَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ ١٤Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır كـَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٍ لَّمَحۡجُوبُونَ ١٥Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ ١٦Sonra Cəhənnəmə varid qalacaqlar ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ١٧Sonra da onlara: “Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!” deyiləcəkdir كـَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ ١٨Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ ١٩Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir كِتَٰبٌ مَّرۡقُومٌ ٢٠O, yazılı bir kitabdır يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ ٢١Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ ٢٢Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ ٢٣Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ ٢٤Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən يُسۡقَوۡنَ مِن رَّحِيقٍ مَّخۡتُومٍ ٢٥Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir خِتَٰمُهُۥ مِسۡكٌۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ ٢٦Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ ٢٧Ona təsnim (suyu) qatılmışdır عَيۡنًا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ ٢٨O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər) إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ ٢٩Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ ٣٠(Mö’minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ ٣١Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ ٣٢Onlar (mö’minləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ ٣٣Halbuki onlara (mö’minlərə) nəzarətçi göndərilməmişdir فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ ٣٤Bu gün isə mö’minlər kafirlərə güləcəklər عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ ٣٥Onlar taxtlar üstündə (əyləşib) baxacaqlar (ki, görsünlər) هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ ٣٦Kafirlər öz əməllərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar)