ملة الإسلام

السورة 55 · 78 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة الرحمن باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الرحمن (1,425 قارئاً)
مدنيةسورة الرحمن٧٨ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱلرَّحۡمَٰنُ ١Rəhman! (Mərhəmətli olan Allah) عَلَّمَ ٱلۡقُرۡءَانَ ٢(Öz peyğəmbərinə) Qur’anı öyrətdi خَلَقَ ٱلۡإِنسَٰنَ ٣İnsanı yaratdı عَلَّمَهُ ٱلۡبَيَانَ ٤Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٍ ٥Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər) وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ ٦Otlar da, ağaclar da (Allaha) səcdə edər وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ ٧Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ ٨Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz) وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ ٩Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın) وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ ١٠Yeri də (bütün) məxluqat üçün O döşədi فِيهَا فَٰكِهَةٌ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ١١Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ ١٢(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٣(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٍ كَٱلۡفَخَّارِ ١٤İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ ١٥(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٦Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ ١٧İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٨Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ ١٩(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı) بَيۡنَهُمَا بَرۡزَخٌ لَّا يَبۡغِيَانِ ٢٠Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢١Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ٢٢Onlardan (o iki dənizdən) inci və mərcan çıxar فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٣Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٢٤Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٥Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz كُلُّ مَنۡ عَلَيۡهَا فَانٍ ٢٦(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur) وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٢٧Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٨Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٍ ٢٩Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٠Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ ٣١Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٢Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٍ ٣٣Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٤Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ ٣٥(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٦Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةً كَٱلدِّهَانِ ٣٧(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٨Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فَيَوۡمَئِذٍ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ ٣٩O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٠Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ ٤١Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٢Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ ٤٣(Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!” يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٍ ٤٤Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٥Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ٤٦Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٧Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz ذَوَاتَآ أَفۡنَانٍ ٤٨(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٩Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ ٥٠Orada (o cənnətlərdə) iki axar bulaq vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥١Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍ زَوۡجَانِ ٥٢Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٣Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٍۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٍ ٥٤Onlar (mö’minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö’minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٥Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٌ قَبۡلَهُمۡ وَلَا جَآنٌّ ٥٦Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٧Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ ٥٨Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٩Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ ٦٠Yaxşılıq əvəzi ancaq yaxşılıqdır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦١Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz وَمِن دُونِهِمَا جَنَّتَانِ ٦٢Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və Mə’va cənnətləri) vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٣Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz مُدۡهَآمَّتَانِ ٦٤(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٥Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ ٦٦Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٧Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِمَا فَٰكِهَةٌ وَنَخۡلٌ وَرُمَّانٌ ٦٨Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٩Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٌ ٧٠Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧١Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz حُورٌ مَّقۡصُورَٰتٌ فِي ٱلۡخِيَامِ ٧٢Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٣Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٌ قَبۡلَهُمۡ وَلَا جَآنٌّ ٧٤Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٥Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٍ وَعَبۡقَرِيٍّ حِسَانٍ ٧٦Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٧Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٧٨(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.