بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلنَّٰزِعَٰتِ غَرۡقًا ١And olsun kafirlərin canını zorla alanlara وَٱلنَّٰشِطَٰتِ نَشۡطًا ٢And olsun möminlərin canını rahatlıqla alanlara وَٱلسَّٰبِحَٰتِ سَبۡحًا ٣And olsun göydə üzdükcə üzənlərə فَٱلسَّٰبِقَٰتِ سَبۡقًا ٤And olsun ötdükcə ötənlərə فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرًا ٥And olsun buyruqları yerinə yetirənlərə يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ ٦O gün lərzəyə gələn lərzələnəcək تَتۡبَعُهَا ٱلرَّادِفَةُ ٧onun ardınca təkrar lərzələnəcək قُلُوبٌ يَوۡمَئِذٍ وَاجِفَةٌ ٨Həmən gün qəlblər qorxudan tir-tir əsəcək أَبۡصَٰرُهَا خَٰشِعَةٌ ٩Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ ١٠Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik أَءِذَا كُنَّا عِظَٰمًا نَّخِرَةً ١١Sümüklərimiz çürüdükdən sonra?” قَالُواْ تِلۡكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ ١٢Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır” فَإِنَّمَا هِيَ زَجۡرَةٌ وَٰحِدَةٌ ١٣O surun üfürülməsi təkcə qorxunc bir səsdir فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ١٤O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥Musanın hadisəsi sənə yetişdimi إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى ١٦O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ١٧“Fironun yanına yollan! O, həddini çox aşmışdır فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ١٨De: “Günahlardan xilas olmaq istəyirsənmi وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ ١٩Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?” فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ ٢٠Musa ən böyük möcüzəni Firona göstərdi فَكَذَّبَ وَعَصَىٰ ٢١O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ ٢٢Sonra da üz döndərib fəsad törətməyə girişdi فَحَشَرَ فَنَادَىٰ ٢٣O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ ٢٤dedi: “Sizin ən uca rəbbiniz mənəm!” فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ ٢٥Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةً لِّمَن يَخۡشَىٰٓ ٢٦Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا ٢٧Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا ٢٨onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا ٢٩gecəsini qaranlıq edib, səhərini də nurlandırdı وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ ٣٠Sonra yeri döşəyib أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا ٣١onda su və otlaq yaratdı وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا ٣٢dağları da yerə bərkitdi مَتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٣Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ ٣٤Ən böyük fəlakətin gəldiyi zaman – يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ ٣٥o gün insan törətdiklərini xatırlayacaqdır وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ ٣٦Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir فَأَمَّا مَن طَغَىٰ ٣٧Kim həddi aşmışsa وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٣٨dünya həyatını axirətdən üstün bilmişsə فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ ٣٩həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ ٤٠Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ ٤١həqiqətən, Cənnət onun məskəni olacaq يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا ٤٢Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ ٤٣Axı sən onu haradan biləsən إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ٤٤Onu kamil bilmək sənin Rəbbinə aiddir إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا ٤٥Sən yalnız ondan qorxanı xəbərdar edənsən كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا ٤٦Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər