بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
عَبَسَ وَتَوَلَّىٰٓ ١O qaşqabağını sallayıb üzünü yana çevirdi – أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ٢yanına bir korun gəlməsinə görə وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ٤və yaxud nəsihət dinləyib faydalanacaqdı أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ٥Nəsihətə ehtiyacı olmayana gəlincə isə – فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦sən ona diqqət yetirirsən وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ٧Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ٨Səy göstərib sənin yanına gələn وَهُوَ يَخۡشَىٰ ٩Allahdan qorxan kimsəyə gəlincə فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ١٠ona məhəl qoymursan كـَلَّآ إِنَّهَا تَذۡكِرَةٌ ١١Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın فِي صُحُفٍ مُّكَرَّمَةٍ ١٣Bu Quran kəramətli səhifələrdədir مَّرۡفُوعَةٍ مُّطَهَّرَةِۭ ١٤yüksək və pak səhifələrdədir بِأَيۡدِي سَفَرَةٍ ١٥Bu səhifələr elçilərin əllərində – كِرَامِۭ بَرَرَةٍ ١٦möhtərəm və müti olanların əllərindədir قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ١٧Qoy ölsün kafir insan! O necə də nankordur مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ١٨Qoy baxıb görsün Allah onu nədən yaradıb مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠Sonra da onun yolunu asanlaşdırdı ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ٢١Sonra onu öldürüb qəbirə yerləşdirdi ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢İstədiyi bir zaman onu dirildəcəkdir كـَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ٢٣Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤Qoy insan yediyinə diqqət yetirsin bir az أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبًّا ٢٥Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقًّا ٢٦Sonra da yeri çat-çat yarıb فَأَنۢبَتۡنَا فِيهَا حَبًّا ٢٧orada taxıl yetişdiririk وَعِنَبًا وَقَضۡبًا ٢٨Habelə üzüm və yonca وَزَيۡتُونًا وَنَخۡلًا ٢٩zeytun və xurma ağacları وَحَدَآئِقَ غُلۡبًا ٣٠sıx-sıx bağlar وَفَٰكِهَةً وَأَبًّا ٣١meyvələr və otlar da bitiririk مَّتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٢Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣Qulaqbatırıcı bir səs gələndə – يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ٣٤o gün insan qaçacaq öz qardaşından وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥anasından, atasından وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦arvadından və övladlarından لِكُلِّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ يَوۡمَئِذٍ شَأۡنٌ يُغۡنِيهِ ٣٧O gün onlardan hər birinin yetərincə işi olacaqdır وُجُوهٌ يَوۡمَئِذٍ مُّسۡفِرَةٌ ٣٨O gün neçə-neçə üzlər parlayacaq ضَاحِكَةٌ مُّسۡتَبۡشِرَةٌ ٣٩güləcək və fərəhlənəcəkdir وَوُجُوهٌ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٌ ٤٠O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq تَرۡهَقُهَا قَتَرَةٌ ٤١onları zülmət bürüyəcəkdir أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ٤٢Məhz onlar kafirlər, günahkarlardır