Millat al-Islam

Chapter 37 · 182 verses · Alikhan Musayev

Surah As-Saaffat in Azerbaijani

Arabic with tafsir Listen to Surah As-Saaffat (1189 reciters)
Meccanسورة الصافات182 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلصَّٰٓفَّٰتِ صَفًّا ١And olsun göylərdə və yerdə səf-səf duranlara فَٱلزَّٰجِرَٰتِ زَجۡرًا ٢imansızları qətiyyətlə qovanlara فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا ٣və Zikri oxuyanlara إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٌ ٤Həqiqətən, sizin məbudunuz Təkdir رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ٥O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ٦Biz dünya səmasını parlaq ulduzlarla bəzədik وَحِفۡظًا مِّن كُلِّ شَيۡطَٰنٍ مَّارِدٍ ٧və onu hər bir asi şeytandan mühafizə etdik لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٍ ٨Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar دُحُورًاۖ وَلَهُمۡ عَذَابٌ وَاصِبٌ ٩və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ ١٠Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٍ لَّازِبِۭ ١١Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ ١٢Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ ١٣Onlara xatırlatdıqda düşünüb ibrət almırlar وَإِذَا رَأَوۡاْ ءَايَةً يَسۡتَسۡخِرُونَ ١٤Bir möcüzə gördükdə isə ona istehza edir وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ مُّبِينٌ ١٥və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ١٦Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ١٧Ya da atalarımızmı dirildiləcəklər?” قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ ١٨De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz” فَإِنَّمَا هِيَ زَجۡرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمۡ يَنظُرُونَ ١٩Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ٢٠Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!” هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!” ۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ٢٢Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini – مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ٢٣Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ٢٤Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar” مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ٢٥Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?” بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ ٢٦Bəli, onlar bu gün baş əyəcəklər وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٢٧Onlar bir-birinə üz tutub soruşacaqlar قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz” قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ٢٩Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمًا طَٰغِينَ ٣٠Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik” فَإِنَّهُمۡ يَوۡمَئِذٍ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٣Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ٣٤Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجۡنُونِۭ ٣٦və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?” بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ٣٨Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٩Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٤٠Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٌ مَّعۡلُومٌ ٤١Məhz onlar üçün müəyyən bir ruzi vardır – فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ ٤٢Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir – فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٤٣Nəim bağlarında عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ ٤٤Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar يُطَافُ عَلَيۡهِم بِكَأۡسٍ مِّن مَّعِينِۭ ٤٥Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır بَيۡضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ ٤٦Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab لَا فِيهَا غَوۡلٌ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ٤٧O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٌ ٤٨Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır كَأَنَّهُنَّ بَيۡضٌ مَّكۡنُونٌ ٤٩Özü də qorunub saxlanılmış yumurta kimi hurilər فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٥٠Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar قَالَ قَآئِلٌ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٌ ٥١Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ٥٢O deyirdi: “Sən də inananlardansan أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?” قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ٥٤O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?” فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ٥٥O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ ٥٦və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ٥٧Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ ٥٨Doğrudanmı biz bir daha ölməyəcəyik – إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٥٩ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?” إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٦٠Həqiqətən, bu, böyük uğurdur لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ ٦١Qoy çalışanlar bunun üçün çalışsınlar أَذَٰلِكَ خَيۡرٌ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةً لِّلظَّٰلِمِينَ ٦٣Biz onu zalımlar üçün bir sınaq etdik إِنَّهَا شَجَرَةٌ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ٦٤O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ٦٥Onun meyvəsi şeytanların başları kimidir فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٦٦Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبًا مِّنۡ حَمِيمٍ ٦٧Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ ٦٨Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ٦٩Həqiqətən, onlar ata-babalarını azmış gördülər فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ ٧٠özləri də tez-tələsik onların izini tutub getdilər وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ٧١Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ٧٢Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٧٤Yalnız Allahın seçilmiş səmimi qullarından başqa وَلَقَدۡ نَادَىٰنَا نُوحٌ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ ٧٧Təkcə onun nəslini qoruyub saxladıq وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ٧٨Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِي ٱلۡعَٰلَمِينَ ٧٩aləmlər içərisində Nuha salam olsun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٠Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ٨١Həqiqətən, o Bizim mömin qullarımızdandır ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ٨٢Sonra o birilərini suya qərq etdik ۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ٨٣Həqiqətən, İbrahim onun ardıcıllarından idi إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٍ سَلِيمٍ ٨٤Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ٨٥Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz أَئِفۡكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ ٨٦Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٨٧Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?” فَنَظَرَ نَظۡرَةً فِي ٱلنُّجُومِ ٨٨O, ulduzlara bir nəzər salaraq فَقَالَ إِنِّي سَقِيمٌ ٨٩“Mən xəstəyəm!”– dedi فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ ٩٠Onlar ondan üz çevirib çıxıb getdilər فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ٩١O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz مَا لَكُمۡ لَا تَنطِقُونَ ٩٢Sizə nə olub ki, danışmırsınız?” فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ٩٣Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ ٩٤Bütpərəstlər tələsik onun yanına gəldilər قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ٩٥O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ٩٦Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنًا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ٩٧Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” فَأَرَادُواْ بِهِۦ كَيۡدًا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ٩٨Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir” رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ ١٠٠O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!” فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ ١٠١Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١٠٢O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən” فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ١٠٣Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ ١٠٤Biz onu çağırıb dedik: “Ey İbrahim قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٠٥Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ ١٠٦Həqiqətən də bu, açıq-aydın bir imtahandır وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٍ ١٠٧Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٠٨Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ ١٠٩İbrahimə salam olsun كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١١٠Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١١١Həqiqətən, o, Bizim mömin qullarımızdandır وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٌ وَظَالِمٌ لِّنَفۡسِهِۦ مُبِينٌ ١١٣Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤Biz Musa ilə Haruna da nemət bəxş etdik وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ١١٥Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ١١٦Onlara kömək göstərdik və qalib gəldilər وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ١١٧Hər ikisinə aydın bir Kitab verdik وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ١١٨Hər ikisini də doğru yola yönəltdik وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ١١٩Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢٠Musaya və Haruna salam olsun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٢١Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٢٢Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٢٣Şübhəsiz ki, İlyas da elçilərdəndir إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz أَتَدۡعُونَ بَعۡلًا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ١٢٥Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız – ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ١٢٦həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?” فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٢٧Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٢٨Yalnız Allahın seçilmiş səmimi qullarından başqa وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٢٩Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ ١٣٠İlyasinə salam olsun إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٣١Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٣٢Həqiqətən, o Bizim mömin qullarımızdandır وَإِنَّ لُوطًا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٣Şübhəsiz ki, Lut da elçilərdəndir إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٣٤Bir zaman Biz onu və bütün ailəsini xilas etdik إِلَّا عَجُوزًا فِي ٱلۡغَٰبِرِينَ ١٣٥Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ١٣٦Sonra da o birilərini yerli-dibli yox etdik وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ ١٣٧Siz həm səhər çağı onların yanından keçirsiniz وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ ١٣٨həm də axşam çağı. Məgər anlamırsınız وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٩Yunus da, həqiqətən, elçilərdəndir إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١٤٠Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ ١٤١Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٌ ١٤٢O, qınanmağa layiq olduqda balıq onu uddu فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ١٤٣Əgər o, Allaha tərif deyənlərdən olmasaydı لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤٤balığın qarnında Qiyamət gününə qədər qalardı ۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٌ ١٤٥O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةً مِّن يَقۡطِينٍ ١٤٦Onun başı üstündə balqabaq tağı bitirdik وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ١٤٧Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٍ ١٤٨Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ١٤٩Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?” أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمۡ شَٰهِدُونَ ١٥٠Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ١٥١Həqiqətən, onlar yalan uydurub deyirlər وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ١٥٢“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ ١٥٣Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ١٥٤Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz أَفَلَا تَذَكَّرُونَ ١٥٥Məgər düşünüb ibrət almayacaqsınız أَمۡ لَكُمۡ سُلۡطَٰنٌ مُّبِينٌ ١٥٦Yoxsa sizin aydın bir dəliliniz vardır فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٥٧Əgər doğru deyirsinizsə, kitabınızı gətirin وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبًاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٥٨Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٠Yalnız Allahın seçilmiş səmimi qullarından başqa فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ١٦١Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ ١٦٢heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ١٦٣ancaq Cəhənnəmə girəcək kimsədən başqa وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعۡلُومٌ ١٦٤Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ١٦٥Həqiqətən, biz səf-səf dururuq وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ١٦٦Həqiqətən, biz Allahın şəninə təriflər deyirik” وَإِن كَانُواْ لَيَقُولُونَ ١٦٧Müşriklər deyirdilər لَوۡ أَنَّ عِندَنَا ذِكۡرًا مِّنَ ٱلۡأَوَّلِينَ ١٦٨“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq” فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ١٧٠Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ١٧١Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ١٧٢“Həqiqətən, onlara kömək göstəriləcəkdir وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ١٧٣Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür” فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٤Sən bir müddət onlardan üz çevir وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٥Onlara bax! Onlar tezliklə əzabı görəcəklər أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ١٧٦Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ١٧٧Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٨Sən bir müddət onlardan üz çevir وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٩Onlara bax! Onlar tezliklə əzabı görəcəklər سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ ١٨١Elçilərə salam olsun وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٢Aləmlərin Rəbbi olan Allaha həmd olsun

Translation: Alikhan Musayev.