Millat al-Islam

Chapter 37 · 182 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah As-Saaffat in Azerbaijani

Arabic with tafsir Listen to Surah As-Saaffat (1189 reciters)
Meccanسورة الصافات182 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلصَّٰٓفَّٰتِ صَفًّا ١And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə) فَٱلزَّٰجِرَٰتِ زَجۡرًا ٢(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə) فَٱلتَّٰلِيَٰتِ ذِكۡرًا ٣Və Qur’an oxuyanlara إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٌ ٤Həqiqətən, sizin Allahınız birdir رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ ٥O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ ٦Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz) وَحِفۡظًا مِّن كُلِّ شَيۡطَٰنٍ مَّارِدٍ ٧(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٍ ٨Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar دُحُورًاۖ وَلَهُمۡ عَذَابٌ وَاصِبٌ ٩(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ ١٠Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٍ لَّازِبِۭ ١١İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ ١٢Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ ١٣Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar وَإِذَا رَأَوۡاْ ءَايَةً يَسۡتَسۡخِرُونَ ١٤Bir mö’cüzə gördükdə isə ona istehza edərlər وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ مُّبِينٌ ١٥Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ١٦Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ١٧Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!” قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ ١٨(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz) فَإِنَّمَا هِيَ زَجۡرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمۡ يَنظُرُونَ ١٩O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ ٢٠Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!” هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢١(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!” ۞ ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ ٢٢(Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ ٢٣Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ٢٤Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ٢٥(Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?” بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ ٢٦Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٢٧Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)” قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ ٢٩(Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمًا طَٰغِينَ ٣٠Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ ٣١Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ ٣٢Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!” فَإِنَّهُمۡ يَوۡمَئِذٍ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ٣٣O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ٣٤Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ ٣٥Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” – deyildiyi zaman təkəbbür göstərirdilər وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجۡنُونِۭ ٣٦Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” – deyirdilər بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ ٣٧Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ ٣٨Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٩Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٤٠Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir) أُوْلَٰٓئِكَ لَهُمۡ رِزۡقٌ مَّعۡلُومٌ ٤١Məhz onlar üçün mə’lum bir ruzi vardır فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ ٤٢(Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar – فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ٤٣Nəim cənnətlərində عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ ٤٤Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər يُطَافُ عَلَيۡهِم بِكَأۡسٍ مِّن مَّعِينِۭ ٤٥Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır بَيۡضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ ٤٦Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin) لَا فِيهَا غَوۡلٌ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ ٤٧Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٌ ٤٨Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır كَأَنَّهُنَّ بَيۡضٌ مَّكۡنُونٌ ٤٩Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər) فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَسَآءَلُونَ ٥٠Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar قَالَ قَآئِلٌ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٌ ٥١Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ ٥٢O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ ٥٣Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?” قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ٥٤(Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, - deyə cavab verəcəklər) فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ ٥٥O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ ٥٦Və (ona üz tutub) deyəcəkdir: “Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ ٥٧Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ ٥٨Biz artıq ölməyəcəyik, elə deyilmi إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ ٥٩(Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!” إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٦٠Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur) لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ ٦١Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar أَذَٰلِكَ خَيۡرٌ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ٦٢(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةً لِّلظَّٰلِمِينَ ٦٣Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik إِنَّهَا شَجَرَةٌ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ ٦٤O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ ٦٥Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir) فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٦٦Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبًا مِّنۡ حَمِيمٍ ٦٧Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ ٦٨Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ ٦٩Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ ٧٠Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ ٧١Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ ٧٢And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ ٧٣(Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ٧٤Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi) وَلَقَدۡ نَادَىٰنَا نُوحٌ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ ٧٥Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ ٧٧Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ٧٨Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِي ٱلۡعَٰلَمِينَ ٧٩(Onu belə yad edirlər:) “Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!” إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٨٠Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ٨١Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ٨٢Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq ۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ ٨٣Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٍ سَلِيمٍ ٨٤O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ٨٥Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz أَئِفۡكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ ٨٦Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٨٧Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz) فَنَظَرَ نَظۡرَةً فِي ٱلنُّجُومِ ٨٨(İbrahim) ulduzlara bir nəzər saldı فَقَالَ إِنِّي سَقِيمٌ ٨٩Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!” فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ ٩٠(İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ٩١(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz مَا لَكُمۡ لَا تَنطِقُونَ ٩٢Sizə nə olub ki, danışmırsınız?” فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ ٩٣Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ ٩٤(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ٩٥(İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ٩٦Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنًا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ ٩٧Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!” فَأَرَادُواْ بِهِۦ كَيۡدًا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ ٩٨Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər) وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ ٩٩(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّٰلِحِينَ ١٠٠(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ ١٠١Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ ١٠٢O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ ١٠٣Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ ١٠٤Biz ona belə xitab etdik: “Ya İbrahim قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٠٥Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ ١٠٦Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٍ ١٠٧Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٠٨Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ ١٠٩(Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١١٠Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١١١Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ ١١٢Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٌ وَظَالِمٌ لِّنَفۡسِهِۦ مُبِينٌ ١١٣Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١١٤Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ١١٥Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ١١٦Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ ١١٧Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ١١٨Onların hər ikisini doğru yola müvəffəq etdik وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ ١١٩Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ ١٢٠(Onları belə yad edirlər:) “Musaya və Haruna salam olsun!” إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٢١Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٢٢Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٢٣Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ ١٢٤Bir zaman o öz tayfasına belə demişdi: “Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz أَتَدۡعُونَ بَعۡلًا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ ١٢٥Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət edirsiniz ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ١٢٦Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?” فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٢٧Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٢٨Yalnız Allahın müxlis bəndələrindən başqa وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ ١٢٩Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ ١٣٠(Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!” إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٣١Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ ١٣٢Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi وَإِنَّ لُوطًا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٣Həqiqətən, Lut da peyğəmbərlərdəndir إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ ١٣٤(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik إِلَّا عَجُوزًا فِي ٱلۡغَٰبِرِينَ ١٣٥Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ ١٣٦Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ ١٣٧Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ ١٣٨Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٩Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١٤٠(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ ١٤١(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu) فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٌ ١٤٢(Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ١٤٣Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤٤Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı ۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٌ ١٤٥Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةً مِّن يَقۡطِينٍ ١٤٦Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ١٤٧Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٍ ١٤٨Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ١٤٩(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?” أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمۡ شَٰهِدُونَ ١٥٠Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ١٥١Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ١٥٢“Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ ١٥٣Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ١٥٤Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz أَفَلَا تَذَكَّرُونَ ١٥٥Heç düşünürsünüz أَمۡ لَكُمۡ سُلۡطَٰنٌ مُّبِينٌ ١٥٦Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٥٧Əgər doğru danışırsınızsa, kitabınızı gətirin وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبًاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٥٨(Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٠Allahın müslis (mö’min) bəndələri isə istisnadır فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ١٦١(Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ ١٦٢Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ١٦٣Yalnız Cəhənnəmə girəcək kimsədən başqa وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعۡلُومٌ ١٦٤(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi:) “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ١٦٥Həqiqətən, biz səf-səf dururuq وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ١٦٦Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik وَإِن كَانُواْ لَيَقُولُونَ ١٦٧(Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər لَوۡ أَنَّ عِندَنَا ذِكۡرًا مِّنَ ٱلۡأَوَّلِينَ ١٦٨“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩Biz də mütləq Allahın müxlis bəndələri olardıq!” فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ١٧٠Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ١٧١And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ١٧٢“Onlar mütləq qalib gələcəklər وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ١٧٣Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٤(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٥Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ ١٧٦Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ١٧٧(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٍ ١٧٨(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ ١٧٩Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ ١٨١Peyğəmbərlərə salam olsun وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٨٢Aləmlərin Rəbbi olan Allaha həmd olsun

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.