Millat al-Islam

Chapter 72 · 28 verses · Khan Musayev

Surah Al-Jinn in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Jinn (1221 reciters)
Meccanسورة الجن28 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٌ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبًا ١De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدًا ٢O, doğru yola yönəldir. Biz ona inandıq və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşmayacağıq وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةً وَلَا وَلَدًا ٣Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًا ٤Bizim səfehimiz İblis Alla­ha qarşı hədsiz yalanlar danı­şır وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبًا ٥Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Alla­h barəsində əsla yalan söyləməzlər وَأَنَّهُۥ كَانَ رِجَالٌ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقًا ٦Həqiqətən, insanlardan bə­ziləri cin­lərin bəzilərinə sı­ğı­nır­dı­lar. Bu isə onla­rın azğın­lığını artırırdı وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدًا ٧Onlar da siz zənn etdiyi­niz kimi, elə düşünürdülər ki, Allah ölən­ləri di­riltməyə­cək­ وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسًا شَدِيدًا وَشُهُبًا ٨Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-ya­xan alov­larla dolu olduğunun şahidi olduq وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابًا رَّصَدًا ٩Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otu­rurduq. Amma kim indi onları dinləmək istə­sə, o, pus­quda göz­lə­yən yandırıb-yaxan alova rast gələr وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدًا ١٠Biz bilmirik, bununla yer­dəkilərə pislik etmək qəsd edil­miş­dir, yoxsa Rəbbi onları doğ­ru yola yönəltmək is­tə­mişdir وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدًا ١١Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar ki­mi ol­ma­yan­ları da var. Biz ay­rı-ayrı yollar tutmuşuq وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبًا ١٢Biz yəqin etdik ki, yer üzündə Allah­dan yaxa qurtara bil­mə­rik. Göyə qaç­malı olsaq da Onun əzabından yayı­na bil­mə­yə­cə­yik وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسًا وَلَا رَهَقًا ١٣Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğra­maq­dan qorxar وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدًا ١٤Sözsüz ki, bizlərdən mü­səlman­lar da var, doğru yoldan sa­pan­lar da. Müsəlman olan şəxslər doğru yol tutan­lardır وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبًا ١٥Doğru yoldan sapanlar Cə­hənnəm üçün odun olacaq­lar” وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقًا ١٦Əgər onlar o yolda sabit qalsay­dılar, Biz onlara bol-bol su ve­rərdik لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابًا صَعَدًا ١٧Belə edərdik ki, bununla onları sı­nayaq. Kim öz Rəb­bi­nin zik­rin­dən üz döndərərsə, O, hə­min şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qo­yar وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدًا ١٨Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etmə­yin وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدًا ١٩Allahın qulu qalxıb Alla­ha dua etdikdə cinlər az qala onun döv­rəsində bir-birinə ke­çib çəpər yaradırdılar قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدًا ٢٠De: “Mən yalnız öz Rəb­bimə dua edirəm və kimisə Ona şə­rik qoşmu­ram!” قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرًّا وَلَا رَشَدًا ٢١De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yö­nəlt­məyə qadir deyiləm!” قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٌ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا ٢٢De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bil­məz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm إِلَّا بَلَٰغًا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ٢٣Mənim əlimdən gələn an­caq Allahı və Onun göndər­dik­lərini təb­liğ et­mək­dir. Kim Alla­ha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qa­la­caqları Cəhənnəm odu ha­zır­lan­mış­dır” حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا ٢٤Onlar özlərinə vəd olun­muş əzabı gördükləri zaman ki­min kö­məkçisinin daha zəif və sayca daha az olduğunu bilə­cəklər قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا ٢٥De: “Mən sizə vəd olun­muş əza­bın yaxın olduğunu və ya­xud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bil­mirəm عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا ٢٦O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدًا ٢٧razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا ٢٨hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”

Translation: Khan Musayev.