Millat al-Islam

Chapter 71 · 28 verses · Khan Musayev

Surah Nuh in Azerbaijani

Arabic with tafsir Listen to Surah Nuh (1276 reciters)
Meccanسورة نوح28 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٌ ١Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!” قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٌ مُّبِينٌ ٢O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ٣Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ ٤Belə etsəniz, O sizin gü­nah­larınız­dan keçər və sizə mü­əy­yən vax­tadək möhlət ve­rər. Hə­qiqətən, Allahın müəy­yən etdiyi vaxt gə­lib çatdıqda əsla təxirə salınmaz. Kaş biləy­diniz!” قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلًا وَنَهَارًا ٥O dedi: “Ey Rəbbim, mən xalqımı gecə-gündüz də­vət et­dim فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارًا ٦Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارًا ٧Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارًا ٨Sonra mən onları aşkar­ca­sına də­vət etdim ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارًا ٩Sonra mən onlara həm uca səslə, həm də gizlicə bil­dirib فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارًا ١٠dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارًا ١١O, sizin üzərinizə bol-bol yağış gön­dərər وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٍ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٍ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرًا ١٢var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارًا ١٣Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا ١٤Axı O sizi mərhələlərlə yaratdı أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٍ طِبَاقًا ١٥Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجًا ١٦Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتًا ١٧Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجًا ١٨Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­ وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطًا ١٩Allah yeri sizin üçün xalı təki dö­şədi لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلًا فِجَاجًا ٢٠Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz” قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًا ٢١Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular وَمَكَرُواْ مَكۡرًا كُبَّارًا ٢٢Onlar mənə qarşı böyük bir hiylə işlətdilər وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرًا ٢٣və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!” وَقَدۡ أَضَلُّواْ كَثِيرًاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًا ٢٤Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma” مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارًا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًا ٢٥Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا ٢٦Nuh dedi: “Ey Rəbbim, kafirlər­dən yer üzündə bir nə­fəri be­lə sağ qoyma إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرًا كَفَّارًا ٢٧Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنًا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا ٢٨Ey Rəbbim! Məni, vali­deynlə­ri­mi, evimə mömin ki­mi daxil olan­ları və bütün mömin kişi və qadınları bağışla! Zülm­karların isə ancaq həlakını ar­tır”

Translation: Khan Musayev.