Millat al-Islam

Chapter 62 · 11 verses · Khan Musayev

Surah Al-Jumua in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Jumua (1216 reciters)
Medinanسورة الجمعة11 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ ٱلۡمَلِكِ ٱلۡقُدُّوسِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١Göylərdə və yerdə olan­ların hamısı Hökmran, Mü­qəd­dəs, Qüd­rət­li, Müd­rik Allahın şəninə təriflər deyir هُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلۡأُمِّيِّـۧنَ رَسُولًا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٍ مُّبِينٍ ٢Savadsızlara özlərindən elçi gön­dərən Odur. Elçi on­la­ra Alla­hın ayələ­rini oxuyar, on­ları pis əməllərdən təmiz­lə­yər, onlara Kita­bı və Hikməti öyrə­dər. Halbuki on­lar əvvəllər açıq-aydın azğınlıq için­də idilər وَءَاخَرِينَ مِنۡهُمۡ لَمَّا يَلۡحَقُواْ بِهِمۡۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣Allah səni hələ müsəlman­lara qo­şul­mamış başqalarına da elçi gön­dərmişdir. O, Qüd­rət­li­dir, Hikmət sahibidir ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ ٤Bu, Allahın lütfüdür, onu istədi­yinə verir. Allah böyük lütf sa­hibi­dir مَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ يَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ يَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz قُلۡ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓاْ إِن زَعَمۡتُمۡ أَنَّكُمۡ أَوۡلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ ٦De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!” وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ ٧Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٨De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək” يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٌ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩Ey iman gətirənlər! Cü­mə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirli­dir فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُواْ فِي ٱلۡأَرۡضِ وَٱبۡتَغُواْ مِن فَضۡلِ ٱللَّهِ وَٱذۡكُرُواْ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمۡ تُفۡلِحُونَ ١٠Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Alla­hın lüt­fü­nü axtarın və Alla­hı çox zikr edin ki, bəlkə nicat ta­pasınız وَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمًاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٌ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّٰزِقِينَ ١١Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”

Translation: Khan Musayev.