Millat al-Islam

Chapter 61 · 14 verses · Khan Musayev

Surah As-Saff in Azerbaijani

Arabic with tafsir Listen to Surah As-Saff (1174 reciters)
Medinanسورة الصف14 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrətlidir, Hikmət sahibidir يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ ٢Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri da­nı­şır­sınız كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُواْ مَا لَا تَفۡعَلُونَ ٣Etməyəcəyiniz şeylərdən danış­ma­ğınız Allah yanında bö­yük nifrə­tlə qarşılanır إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِي سَبِيلِهِۦ صَفًّا كَأَنَّهُم بُنۡيَٰنٌ مَّرۡصُوصٌ ٤Şübhəsiz ki, Allah möh­kəm bir divar kimi səf-səf dü­zülüb Onun yo­lunda vuruşan­ları sevir وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٥Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz وَإِذۡ قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُم مُّصَدِّقًا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَمُبَشِّرَۢا بِرَسُولٍ يَأۡتِي مِنۢ بَعۡدِي ٱسۡمُهُۥٓ أَحۡمَدُۖ فَلَمَّا جَآءَهُم بِٱلۡبَيِّنَٰتِ قَالُواْ هَٰذَا سِحۡرٌ مُّبِينٌ ٦Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٧İslama dəvət edildiyi hal­da, Allaha qarşı yalan uydu­ran­dan da­ha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yö­nəlt­məz يُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ٨Onlar ağızla­rıyla Allahın nurunu sön­dür­mək is­təyirlər. Hal­bu­ki kafir­lə­rin xoşuna gəlməsə də, Allah Öz nurunu ta­mam­laya­caq هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ ٩Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٍ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٍ ١٠Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edə­cək bir ti­carəti sizə bil­dirim­mi تُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡۚ ذَٰلِكُمۡ خَيۡرٌ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ١١Allaha və Onun Rəsuluna iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir يَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ وَيُدۡخِلۡكُمۡ جَنَّٰتٍ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةً فِي جَنَّٰتِ عَدۡنٍۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١٢Bu təqdirdə O sizin gü­nahlarınızı bağışlayar və sizi ağacları al­tından çay­lar axan cən­nətlərə və Ədn cən­nətlərindəki gözəl məs­kənlərə da­xil edər. Bu, böyük müvəffə­qiyyətdir وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٌ مِّنَ ٱللَّهِ وَفَتۡحٌ قَرِيبٌۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ١٣Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kö­mək və ya­xın qə­ləbə. Möminləri bu­nunla müjdələ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٌ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ ١٤Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər

Translation: Khan Musayev.