Millat al-Islam

Chapter 74 · 56 verses · Khan Musayev

Surah Al-Muddathir in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Muddathir (1206 reciters)
Meccanسورة المدثر56 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ١Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər قُمۡ فَأَنذِرۡ ٢Qalx və insanları xə­bər­dar et وَرَبَّكَ فَكَبِّرۡ ٣Təkcə Rəbbini uca tut وَثِيَابَكَ فَطَهِّرۡ ٤Geyimini təmiz saxla وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ ٥Pis şeyləri tərk et وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ ٦Yaxşılığı təmənna məq­sə­dilə etmə وَلِرَبِّكَ فَٱصۡبِرۡ ٧Rəbbin üçün səbir et فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ ٨Sur üfürülərkən – فَذَٰلِكَ يَوۡمَئِذٍ يَوۡمٌ عَسِيرٌ ٩Çətin bir gün olacaq عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٍ ١٠Həmin gün kafirlərə asan olma­ya­caq ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدًا ١١Məni yaratdı­ğım kimsə ilə tək burax وَجَعَلۡتُ لَهُۥ مَالًا مَّمۡدُودًا ١٢Mən ona bolluca var-dövlət ba­ğış­ladım وَبَنِينَ شُهُودًا ١٣qayğısına qalan oğullar verdim وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدًا ١٤və onu hər cür imkan­larla təmin etdim ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ١٥Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır كـَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدًا ١٦Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir سَأُرۡهِقُهُۥ صَعُودًا ١٧Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨Çünki o, fikirləşərək qə­rara gəldi فَقُتِلَ كَيۡفَ قَدَّرَ ١٩Ona ölüm olsun! Necə qərara gəldi ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ ٢٠Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi ثُمَّ نَظَرَ ٢١Sonra o nəzər saldı ثُمَّ عَبَسَ وَبَسَرَ ٢٢Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ ٢٣Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ يُؤۡثَرُ ٢٤və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ ٢٥Bu, adi insan kəlamıdır سَأُصۡلِيهِ سَقَرَ ٢٦Mən onu Səqərə sala­ca­ğam وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ ٢٧Sən haradan biləsən ki, Səqər nədir لَا تُبۡقِي وَلَا تَذَرُ ٢٨O, kimsəni sağ-salamat bu­rax­maz لَوَّاحَةٌ لِّلۡبَشَرِ ٢٩dərini yandırıb-yaxar عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ ٣٠Onun üzərində on doq­quz gözətçi mələk var وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنًا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ٣١Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır كـَلَّا وَٱلۡقَمَرِ ٣٢Xeyr! And olsun aya وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ ٣٣And olsun dönüb uzaq­laşan ge­cəyə وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ ٣٤And olsun ağarmaqda olan sübh çağına إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ ٣٥Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir نَذِيرًا لِّلۡبَشَرِ ٣٦həm bəşəriyyət üçün xə­bərdar­lıqdır لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ ٣٧həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ ٣٨Hər bir kəs qazan­dığı­nın giro­vuna çevrilir إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ ٣٩sağ tərəf sahiblərindən başqa فِي جَنَّٰتٍ يَتَسَآءَلُونَ ٤٠Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar – عَنِ ٱلۡمُجۡرِمِينَ ٤١günahkarlar barəsində مَا سَلَكَكُمۡ فِي سَقَرَ ٤٢Sizi Səqərə salan nədir قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ ٤٣Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ٤٤Kasıbı da yedizdirməz­dik وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ ٤٥Batil sözlər danışanlarla birlikdə biz də danışardıq وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ ٤٦və Haqq-hesab gününü yalan hesab edərdik – حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ ٤٧ölüm yəqinliyi bizə gə­lə­nə qədər” فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ٤٨Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ ٤٩Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər كَأَنَّهُمۡ حُمُرٌ مُّسۡتَنفِرَةٌ ٥٠Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki فَرَّتۡ مِن قَسۡوَرَةِۭ ٥١ovçulardan yaxud aslan­dan qaçır­lar بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفًا مُّنَشَّرَةً ٥٢Əksinə, onlardan hər bi­ri vəhy olunmuş səhifələrin məhz ona verilmə­sini istəyir كـَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ ٥٣Xeyr! Əksinə, onlar Axi­rətdən qorxmurlar كـَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٌ ٥٤Xeyr! Bu Quran bir nə­sihətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ٥٥İstəyən onu xatır­layar وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ ٥٦Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur

Translation: Khan Musayev.