Millat al-Islam

Chapter 74 · 56 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Muddathir in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Muddathir (1206 reciters)
Meccanسورة المدثر56 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ ١Ey (libasına) bürünüb sarınan (Peyğəmbər) قُمۡ فَأَنذِرۡ ٢Qalx (qövmünü Allahın əzabı ilə) qorxut وَرَبَّكَ فَكَبِّرۡ ٣Öz Rəbbini uca tut وَثِيَابَكَ فَطَهِّرۡ ٤Libasını təmizlə! (Nəfsini günahlardan pak et) وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ ٥(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et) وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ ٦(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma) وَلِرَبِّكَ فَٱصۡبِرۡ ٧Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ ٨Elə ki, sur çalındı فَذَٰلِكَ يَوۡمَئِذٍ يَوۡمٌ عَسِيرٌ ٩O gün çox ağır bir gün olacaqdır عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٍ ١٠(O gün) kafirlər üçün asan olmayacaqdır ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدًا ١١(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır) وَجَعَلۡتُ لَهُۥ مَالًا مَّمۡدُودًا ١٢Mən ona bollu mal-dövlət əta etdim وَبَنِينَ شُهُودًا ١٣Yanında hazır duran oğullar (verdim) وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدًا ١٤Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim) ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ ١٥(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir كـَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدًا ١٦Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu سَأُرۡهِقُهُۥ صَعُودًا ١٧Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi فَقُتِلَ كَيۡفَ قَدَّرَ ١٩Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi) ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ ٢٠Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi ثُمَّ نَظَرَ ٢١Sonra (qövmünün üzünə) baxdı ثُمَّ عَبَسَ وَبَسَرَ ٢٢Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ ٢٣Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ يُؤۡثَرُ ٢٤Və dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ ٢٥Bu yalnız bəşər sözüdür!” سَأُصۡلِيهِ سَقَرَ ٢٦Biz onu Səqərə atacağıq (orada yandıracağıq) وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ ٢٧(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər لَا تُبۡقِي وَلَا تَذَرُ ٢٨O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz لَوَّاحَةٌ لِّلۡبَشَرِ ٢٩İnsanı yandırıb-yaxar عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ ٣٠Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنًا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ٣١Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi) olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu (vəsf olunan Səqər) insanlar üçün ancaq bir öyüd-nəsihətdir كـَلَّا وَٱلۡقَمَرِ ٣٢Xeyr! (İş heç də bu müşriklərin zənn etdiyi kimi deyildir). And olsun aya وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ ٣٣Dönüb-qayıdan (yaxud gündüzün dalınca gələn) gecəyə وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ ٣٤Və sökülməkdə olan dan yerinə ki إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ ٣٥(Cəhənnəm) böyük bəlalardan biridir نَذِيرًا لِّلۡبَشَرِ ٣٦(O, Allahın əzabı ilə) qorxudur insanları لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ ٣٧Sizdən (yaxşı işlərdə) irəli düşmək, yaxud geri qalmaq istəyənləri كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ ٣٨Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır) إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ ٣٩Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla فِي جَنَّٰتٍ يَتَسَآءَلُونَ ٤٠Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar عَنِ ٱلۡمُجۡرِمِينَ ٤١Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər) مَا سَلَكَكُمۡ فِي سَقَرَ ٤٢“Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ ٤٣Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ٤٤Yoxsulu da yedirtməzdik وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ ٤٥Batilə dalanlarla birlikdə biz də dalardıq وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ ٤٦Haqq-hesab gününü yalan sayardıq حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ ٤٧Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)” فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ٤٨Şəfaət edənlərin şəfaəti onlara fayda verməz فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ ٤٩Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar) كَأَنَّهُمۡ حُمُرٌ مُّسۡتَنفِرَةٌ ٥٠Onlar sanki vəhşi eşşəklərdir فَرَّتۡ مِن قَسۡوَرَةِۭ ٥١(O eşşəklər ki) aslandan hürküb qaçarlar بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفًا مُّنَشَّرَةً ٥٢Xeyr, onların hər biri özünə (göydən) nazil olmuş səhifələr verilməsini istəyər كـَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ ٥٣Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar كـَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٌ ٥٤Xeyr, bu (Qur’an) bir öyüd-nəsihətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ٥٥İstəyənlər ondan öyüd alar وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ ٥٦Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.