Millat al-Islam

Chapter 69 · 52 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Haaqqa in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Haaqqa (1332 reciters)
Meccanسورة الحاقة52 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡحَآقَّةُ ١Haqq olan qiyamət مَا ٱلۡحَآقَّةُ ٢Nədir qiyamət وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ ٣Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi) كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ ٤Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ ٥Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi وَأَمَّا عَادٌ فَأُهۡلِكُواْ بِرِيحٍ صَرۡصَرٍ عَاتِيَةٍ ٦Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٍ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٍ ٧Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ ٨İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ ٩Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةً رَّابِيَةً ١٠Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ ١١Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ ١٢Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٌ وَٰحِدَةٌ ١٣Sur bircə dəfə üfürüləcəyi وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً ١٤Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman فَيَوۡمَئِذٍ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١٥Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٍ وَاهِيَةٌ ١٦Və (göy) süst düşüb parçalanacaqdır وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٍ ثَمَٰنِيَةٌ ١٧Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır يَوۡمَئِذٍ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٌ ١٨O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ ١٩Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ ٢٠Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ٢١Bundan belə o, xoş güzəran içində فِي جَنَّةٍ عَالِيَةٍ ٢٢Yüksək bir Cənətdə olacaqdır قُطُوفُهَا دَانِيَةٌ ٢٣(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər) كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ ٢٤(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ ٢٥Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ ٢٦Hesabımın nə olduğunu bilməyəydim يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ ٢٧Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim) مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ ٢٨Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi) هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ ٢٩Mülküm (səltənətim) də məhv olub getdi!” خُذُوهُ فَغُلُّوهُ ٣٠(Allah dərgahından belə bir nida gələcəkdir:) “Onu tutub qandallayın ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ ٣١Sonra da Cəhənnəmə atın ثُمَّ فِي سِلۡسِلَةٍ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعًا فَٱسۡلُكُوهُ ٣٢Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ ٣٣Çünki o, böyük olan Allaha inanmırdı وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ٣٤O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٌ ٣٥Bu gün bax burda onun yaxın bir dostu yoxdur وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٍ ٣٦İrindən başqa bir yeməyi də yoxdur لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ ٣٧Onu ancaq günahkarlar yeyər!” فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ ٣٨And içirəm gördüklərinizə وَمَا لَا تُبۡصِرُونَ ٣٩Və görmədiklərinizə ki إِنَّهُۥ لَقَوۡلُ رَسُولٍ كَرِيمٍ ٤٠Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٍۚ قَلِيلًا مَّا تُؤۡمِنُونَ ٤١O, şair sözü deyildir! Nə az inanırsınız وَلَا بِقَوۡلِ كَاهِنٍۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٤٢O, kahin sözü də deyildir! Nə az düşünürsünüz تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٤٣O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ ٤٤Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ ٤٥Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq) ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ ٤٦Sonra onun şah damarını qopardardıq فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ ٤٧Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz وَإِنَّهُۥ لَتَذۡكِرَةٌ لِّلۡمُتَّقِينَ ٤٨Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ٤٩(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ ٥٠Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər) وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ ٥١Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٥٢Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.