Millat al-Islam

Chapter 70 · 44 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Maarij in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Maarij (1275 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَأَلَ سَآئِلُۢ بِعَذَابٍ وَاقِعٍ ١(Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٌ ٢(O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ ٣(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٍ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٍ ٤Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar فَٱصۡبِرۡ صَبۡرًا جَمِيلًا ٥(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدًا ٦Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar) وَنَرَىٰهُ قَرِيبًا ٧Biz isə onu yaxın görürük (ona inanırıq) يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ ٨O gün göy göyərmiş mis kimi olacaq وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٩Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمًا ١٠Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır) يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ ١١Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ١٢Övrətini və qardaşını وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ ١٣(Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını) وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ١٤Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın كـَلَّآۖ إِنَّهَا لَظَىٰ ١٥Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir نَزَّاعَةً لِّلشَّوَىٰ ١٦(Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır) تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ ١٧Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni وَجَمَعَ فَأَوۡعَىٰٓ ١٨Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı) ۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا ١٩Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا ٢٠Ona bir pislik üz verdikdə fəryad qoparar وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا ٢١Ona bir xeyir nəsib olduqda isə xəsis olar إِلَّا ٱلۡمُصَلِّينَ ٢٢Namaz qılanlar istisnadır ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ ٢٣O kəslər ki, daim namaz qılarlar وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ مَّعۡلُومٌ ٢٤O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ٢٥Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ ٢٦O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ ٢٧O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٍ ٢٨Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ٢٩O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər) إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٣٠Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٣١Bundan artığını istəyənlər isə həddi aşanlardır وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٣٢O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ ٣٣O kəslər ki, düzgün şəhadət verərlər وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٣٤Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٍ مُّكۡرَمُونَ ٣٥Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ ٣٦(Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ٣٧Sağdan və soldan dəstə-dəstə gəlirlər أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٍ ٣٨Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir كـَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ٣٩Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur) فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ ٤٠Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرًا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٤١Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt’i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz) فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ٤٢Elə isə (ya Peyğəmbər!) qoy onlar və’d olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعًا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ ٤٣O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٌۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ٤٤Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və’d olunmuş həmin qiyamət günüdür

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.