Millat al-Islam

Chapter 82 · 19 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Infitar in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Infitar (1352 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ ١Göy parçalanacağı zaman وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ ٢Ulduzlar dağılıb səpələnəcəyi zaman وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ ٣Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ٤Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman عَلِمَتۡ نَفۡسٌ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ٥Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ٦Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ٧O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı فِيٓ أَيِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ ٨Sənə Özü istədiyi surətdə biçim verdi كـَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ ٩Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ ١٠Sizin üstünüzdə gözətçi mələklər كِرَامًا كَٰتِبِينَ ١١(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ ١٢Onlar sizin nə etdiklərinizi bilirlər إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ ١٣Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٍ ١٤Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ ١٥Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ ١٦Onlar əsla oradan çıxan deyillər وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٧(Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٨Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət) يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٌ لِّنَفۡسٍ شَيۡـًٔاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٍ لِّلَّهِ ١٩O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.