Millat al-Islam

Chapter 81 · 29 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah At-Takwir in Azerbaijani

Arabic with tafsir Listen to Surah At-Takwir (1302 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ١Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ ٢Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ ٣Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ ٤(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ ٥Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ ٦Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ ٧Ruhlar (bədənlərə) qovuşacağı zaman وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ ٨Diri-diri torpağa gömülən körpə qızdan بِأَيِّ ذَنۢبٍ قُتِلَتۡ ٩“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ ١٠Əməl dəftərləri açılacağı zaman وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ ١١Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ ١٢Cəhənnəm alovlandırılacağı zaman وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ ١٣Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman عَلِمَتۡ نَفۡسٌ مَّآ أَحۡضَرَتۡ ١٤Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ ١٥And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ ١٦(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə) وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ ١٧Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ ١٨Və sökülməkdə olan dan yerinə ki إِنَّهُۥ لَقَوۡلُ رَسُولٍ كَرِيمٍ ١٩Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٍ ٢٠(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir) مُّطَاعٍ ثَمَّ أَمِينٍ ٢١(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir وَمَا صَاحِبُكُم بِمَجۡنُونٍ ٢٢(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ ٢٣And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٍ ٢٤O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٍ رَّجِيمٍ ٢٥O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir فَأَيۡنَ تَذۡهَبُونَ ٢٦Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz إِنۡ هُوَ إِلَّا ذِكۡرٌ لِّلۡعَٰلَمِينَ ٢٧O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ٢٨Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٩(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin)

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.