بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡقَارِعَةُ ١Ürəkləri dəhşətə salan qiyamət مَا ٱلۡقَارِعَةُ ٢Nədir qiyamət وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ٣Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ٤O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq) وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ٥Dağlar isə didilmiş yun kimi olacaqdır فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ٦(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ٧(Cənnətdə) xoş güzəran içində olacaq وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ٨Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə فَأُمُّهُۥ هَاوِيَةٌ ٩Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ١٠Sən nə bilirsən ki, o (Haviyə) nədir نَارٌ حَامِيَةُۢ ١١O çox qızmar bir atəşdir