Millat al-Islam

Chapter 100 · 11 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Adiyat in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Adiyat (1269 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحًا ١And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara فَٱلۡمُورِيَٰتِ قَدۡحًا ٢And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara فَٱلۡمُغِيرَٰتِ صُبۡحًا ٣And olsun sübh çağı hücum edən atlara فَأَثَرۡنَ بِهِۦ نَقۡعًا ٤And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا ٥Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ ٦İnsan öz Rəbbinə qarşı çox nankordur وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ ٧Və o özü də buna şahiddir وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ ٨Həqiqətən, insan var-dövlətə çox hərisdir ۞ أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ ٩Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ ١٠Ürəklərdə olanlar faş ediləcəyi zaman إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٍ لَّخَبِيرُۢ ١١Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.