Millat al-Islam

Chapter 99 · 8 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Az-Zalzala in Azerbaijani

Arabic with tafsir Listen to Surah Az-Zalzala (1306 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا ١Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا ٢Yer öz yükünü çıxardıb atacağı zaman وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا ٣İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman يَوۡمَئِذٍ تُحَدِّثُ أَخۡبَارَهَا ٤Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا ٥Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur) يَوۡمَئِذٍ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتًا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ ٦O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar) فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرًا يَرَهُۥ ٧Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır) وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ ٨Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.