ملة الإسلام

السورة 70 · 44 آية · Alikhan Musayev

سورة المعارج باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة المعارج (1,289 قارئاً)
مكيةسورة المعارج٤٤ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَأَلَ سَآئِلُۢ بِعَذَابٍ وَاقِعٍ ١İstəyən kimsə baş verəcək əzabı istədi – لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٌ ٢bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ ٣O, dərəcələr sahibi olan Allahdandır تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٍ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٍ ٤Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar فَٱصۡبِرۡ صَبۡرًا جَمِيلًا ٥Sən təmkinlə səbir et إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدًا ٦Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər وَنَرَىٰهُ قَرِيبًا ٧Biz isə onun yaxın olduğunu görürük يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ ٨O gün göy əridilmiş metal kimi olacaqdır وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٩Dağlar da didilmiş yuna bənzəyəcəklər وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمًا ١٠Dost dostunun halını xəbər almayacaq يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ ١١Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ١٢həyat yoldaşını və qardaşını وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ ١٣ona sığınacaq vermiş nəslini وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ١٤və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin كـَلَّآۖ إِنَّهَا لَظَىٰ ١٥Xeyr! Bu, alovu şölələnən Oddur – نَزَّاعَةً لِّلشَّوَىٰ ١٦başın dərisini sıyırıb çıxaran bir od تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ ١٧O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni وَجَمَعَ فَأَوۡعَىٰٓ ١٨və mal-dövlət yığıb saxlayanı ۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا ١٩Həqiqətən, insan kəmhövsələ yaradılmışdır إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا ٢٠Ona bir pislik toxunduqda özündən çıxır وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا ٢١bir xeyir nəsib olduqda isə xəsislik edir إِلَّا ٱلۡمُصَلِّينَ ٢٢Namaz qılanlar istisnadır ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ ٢٣O kəslər ki, namazlarını həmişə qılırlar وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ مَّعۡلُومٌ ٢٤O kəslər ki, onların mallarında məlum bir haqq vardır لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ٢٥dilənən və həya edib dilənməyən miskinlər üçün وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ ٢٦O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ ٢٧O kəslər ki, Rəbbinin əzabından qorxurlar إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٍ ٢٨Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ٢٩O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar – إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٣٠zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٣١Bundan artığını istəyənlər isə həddi aşanlardır وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٣٢O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ ٣٣O kəslər ki, şahidliklərində mətindirlər وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٣٤Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٍ مُّكۡرَمُونَ ٣٥Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ ٣٦Sənə doğru tələsən kafirlərə nə olub belə – عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ٣٧sağdan-soldan dəstələrlə ətrafına yığışırlar أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٍ ٣٨Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər كـَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ٣٩Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ ٤٠And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, – عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرًا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٤١onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ٤٢Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعًا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ ٤٣O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٌۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ٤٤O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün

الترجمة: Alikhan Musayev.