بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلۡحَآقَّةُ ١Haqq olan Qiyamət مَا ٱلۡحَآقَّةُ ٢Nədir haqq olan Qiyamət وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ ٣Sən nə biləsən ki, nədir haqq olan Qiyamət كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ ٤Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ ٥Səmud tayfası qorxunc bir səslə məhv edildi وَأَمَّا عَادٌ فَأُهۡلِكُواْ بِرِيحٍ صَرۡصَرٍ عَاتِيَةٍ ٦Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٍ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٍ ٧Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ ٨Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ ٩Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةً رَّابِيَةً ١٠Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ ١١Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ ١٢Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٌ وَٰحِدَةٌ ١٣Sur bircə dəfə üfürüləcəyi وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً ١٤yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – فَيَوۡمَئِذٍ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١٥həmin gün Vaqiə qopacaq وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٍ وَاهِيَةٌ ١٦Göy yarılacaq və həmin gün o, süst olacaqdır وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٍ ثَمَٰنِيَةٌ ١٧Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır يَوۡمَئِذٍ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٌ ١٨O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ ١٩Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ ٢٠Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam” فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ٢١O, xoşbəxt həyat sürəcəkdir – فِي جَنَّةٍ عَالِيَةٍ ٢٢uca bir Cənnətdə – قُطُوفُهَا دَانِيَةٌ ٢٣elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ ٢٤Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ ٢٥Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ ٢٦Hesabımdan da xəbərim olmayaydı يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ ٢٧Kaş ilk ölümüm həmişəlik olaydı مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ ٢٨Var-dövlətim məni əzabdan qurtarmadı هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ ٢٩Hökmranlığım da məhv olub getdi” خُذُوهُ فَغُلُّوهُ ٣٠Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ ٣١Sonra da Cəhənnəmə atın ثُمَّ فِي سِلۡسِلَةٍ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعًا فَٱسۡلُكُوهُ ٣٢Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ ٣٣Çünki o, Böyük Allaha iman gətirmirdi وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ٣٤və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٌ ٣٥Bu gün burada onun üçün bir dost tapılmaz وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٍ ٣٦Qanlı irindən başqa yeməyi də yoxdur لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ ٣٧Onu ancaq günahkarlar yeyər” فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ ٣٨And içirəm həm gördüklərinizə وَمَا لَا تُبۡصِرُونَ ٣٩və həm də görmədiklərinizə إِنَّهُۥ لَقَوۡلُ رَسُولٍ كَرِيمٍ ٤٠Bu, möhtərəm bir Elçinin sözüdür وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٍۚ قَلِيلًا مَّا تُؤۡمِنُونَ ٤١O, şair sözü deyildir! Necə də az inanırsınız وَلَا بِقَوۡلِ كَاهِنٍۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٤٢O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٤٣O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ ٤٤Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ ٤٥Biz onu sağ əlindən yaxalayar ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ ٤٦sonra da şah damarını kəsərdik فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ ٤٧İçərinizdən heç kəs buna mane ola bilməzdi وَإِنَّهُۥ لَتَذۡكِرَةٌ لِّلۡمُتَّقِينَ ٤٨Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ٤٩Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ ٥٠Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ ٥١Sözsüz ki, bu Quran əsl həqiqətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٥٢Elə isə Böyük Rəbbinin adına təriflər de