بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ١And olsun batmaqda olan ulduza مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ٢Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ ٣O, öz istəyi ilə danışmır إِنۡ هُوَ إِلَّا وَحۡيٌ يُوحَىٰ ٤Bu, ona təlqin edilən bir vəhydir عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ٥Bunu ona çox qüvvətli olan öyrətdi – ذُو مِرَّةٍ فَٱسۡتَوَىٰ ٦gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ ٧O, ən uca üfüqdə idi ثُمَّ دَنَا فَتَدَلَّىٰ ٨Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ٩O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ ١٠Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ ١١Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ ١٣Onu bir daha öz sürətində enərkən gördü – عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ ١٤son həddəki Sidr ağacının yanında عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ ١٥Məva bağı da onun yanındadır إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦O zaman Sidr ağacını bürüyən bürümüşdü مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ١٨O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ ١٩Siz tapındığınız Lat və Uzzanı gördünüzmü وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ ٢٠Həmçinin üçüncü olan Mənatı da أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ ٢١Məgər oğlanlar sizin, qızlar Onundurmu تِلۡكَ إِذًا قِسۡمَةٌ ضِيزَىٰٓ ٢٢Onda bu ədalətsiz bölgü olardı إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٌ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ ٢٤Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥Axirət də, dünya da Allahındır ۞ وَكَم مِّن مَّلَكٍ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔا ٢٨Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٢٩Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ ٣٣Gördünmü üz çevirəni وَأَعۡطَىٰ قَلِيلًا وَأَكۡدَىٰٓ ٣٤malından azacıq verib sonra heç verməyəni أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ ٣٥Məgər o, qeybi bilirmi ki, bunu görsün أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ ٣٦Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ ٣٧Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi أَلَّا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰ ٣٨Heç bir günahkar başqasının günah yükünü daşımaz وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ٣٩İnsan can atdığı şeyə nail olar وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ ٤٠Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ ٤١Sonra da ona bunun əvəzi tam veriləcəkdir!” وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢Son dönüş sənin Rəbbinədir وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ ٤٣Güldürən də, ağladan da Odur وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا ٤٤Öldürən də, dirildən də Odur وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ٤٥O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı – مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ ٤٦axıdılan bir nütfədən وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ ٤٧Təkrar diriltmək də Ona aiddir وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ ٤٨Dövlətli edən də, kasıb edən də Odur وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ ٤٩Şiranın da Rəbbi Odur وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ ٥٠O, əvvəlki Ad tayfasını məhv etdi وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ ٥١Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı وَقَوۡمَ نُوحٍ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ ٥٣Alt-üst olmuş kəndləri də O viran qoydu فَغَشَّىٰهَا مَا غَشَّىٰ ٥٤Onların başına gətirdiyini gətirdi فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən هَٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ٥٦Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır أَزِفَتِ ٱلۡأٓزِفَةُ ٥٧Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥٨Allahdan başqa heç kəs onun qarşısını ala bilməz أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ ٥٩Siz bu Sözə təəccüblənirsiniz وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ ٦٠gülürsünüz, heç ağlamırsınız وَأَنتُمۡ سَٰمِدُونَ ٦١və oynayıb əylənirsiniz فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ ۩ ٦٢Siz Allaha səcdə qılın və Ona ibadət edin